Məhkəmə qərarları › İş №3(004)-3918/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3918/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3918/2023 17.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1984-cü ildə Zaqatala rayonu, Bəhmətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Zaqatala rayonu, Bəhmətli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 327.1, 332.1, 327.3, 511.1.3 və 333.2-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayonu Polis İdarəsindən və Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Yasamal rayonu Polis İdarəsi DYPŞ tərəfindən İXM-in 327.1, 332.1, 327.3, 511.1.3 və 333.2-ci maddələri ilə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, onun barəsində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrarən, xx.xx.2023-cü il tarixdə “Mercedes Benz CLS 350 minik” markalı **-JT-*** nömrə nişanlı avtomobili Yasamal rayonu ərazisində il ərzində sərxoş halda idarə etmişdir. Həmçinin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozmuşdur. Həmçinin avtomobillə hərəkətdə olarkən avtomobili anidən sürətləndirmiş, asfalt üzərində təkər izləri və təkər səsləri çıxarmaqla avtoxuliqanlıq etmişdir. Bundan başqa Şəxs barəsində Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, o, xx.xx.2023-cü il tarixdə saat 20:10 radələrində Yasamal rayonu, İnşaatçılar prospektində idarə etdiyi “Mercedes Benz CLS 350 minik” markalı, **- JT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən saxla əmri verilmişdir, o, əmrə tabe olmayaraq bilərəkdən hərəkətini davam etdirmiş və qəza şəraiti yaratmışdır. Dəfələrlə saxla əmri verilsə də təkərlərin yerin səthilə sürtünməsi səslərini çıxararaq qaçmışdır. Polis əməkdaşları qarşıdakı naryadlardan kömək istəmişlər, onların köməyi ilə qarşıda süni tıxac yaradaraq onu saxlamışlar. Onlar sürücüyə yaxınlaşaraq onu nizam intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Lakin məhkəmə baxışının nəticəsində şəxsin törətdiyi əməlin İXM-nin 327.1, 332.1, 327.3 535.1, 511.1.3 və 333.1-ci maddələrindəki inzibati xətanın tərkibini yaratdığı müəyyən edilmişdir. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, həqiqətən də yemək vaxtı bir az spirtli içki içmişdir. Bundan sonra avtomobilinə oturub, idarə edərkən yol polisi onu saxlamaq istəmiş, panikaya düşdüyü üçün polislərdən qaçmaq istəmiş və polislər onun dalınca sürmüşlər. Müayinə nəticəsində spirtli içki içməsi müəyyən edilmişdir. Lakin onun barəsində bir il ərzində sərxoş halda avtomobil idarə etməyə görə qüvvəyə minmiş tənbeh qərarı yoxdur. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsinin DYPŞ polis serjantı X4 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, onun barəsində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrarən, xx.xx.2023cü il tarixdə “Mercedes Benz CLS 350 minik” markalı **-JT-*** nömrə nişanlı avtomobili Yasamal rayonu ərazisində il ərzində sərxoş halda idarə etmişdir. Həmçinin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozmuşdur. Həmçinin avtomobillə hərəkətdə olarkən avtomobili anidən sürətləndirmiş, asfalt üzərində təkər izləri və təkər səsləri çıxarmışdır, həmçinin avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Bakı Şəhəri Yasamal Rayonu Polis İdarəsinin DYPŞ polis serjantı X2 Şəxs əvvəl törətdyi İXM-nin 333.1-ci maddəsi ilə mövcud olan inzibati tənbeh qərarının surətinin məhkəməyə təqdim edilməsi tələb edilsə də, o bildirmişdir ki, həmin protokolun qərarı hazırda qüvvəyə minməmişdir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Beləliklə iş materiallarında olan Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli, 2/18321 saylı akta, şəxsin özünün izahatına əsasən müəyyən edilir ki, həqiqətən də Şəxs həmin tarixdə sərxoş halda avtomobil idarə etmişdir. Həmçinin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozmuşdur. Həmçinin avtomobillə hərəkətdə olarkən avtomobili anidən sürətləndirmiş, asfalt üzərində təkər izləri və təkər səsləri çıxarmışdır, həmçinin avtoxuliqanlıq etmişdir. Həmçinin protokol tərtib etmiş səlahiyyətli orqan Şəxs əvvəllər də sərxoş halda avtomobil idarə etdiyinə görə barəsində çıxarılmış tənbeh qərarı qanuni qüvvəyə mindikdən sonra il ərzində təkrar törədilməsində təqsirli bilsə də, belə bir tənbeh qərarını məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən Şəxs törətmiş olduğu əməl İXM-nin 327.1, 332.1, 327.3, 535.1, 511.1.3 və 333.1-ci maddələrindəki inzibati xətanın tərkibini yaradır. Onun həmin inzibati xətanı törətməsi yuxarıda qeyd edilən sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmaqla, inzibati cərimə növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin hazırkı iş üzrə sürücülük vəsiqəsi iş materiallarında olmamışdır. Bununla əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. İXM-nin 153.2-ci maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2 - 152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. İXM-in 153.3-cü maddəsinə əsasən xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Ona görə də şəxs sürücülük vəsiqəsinə özündə saxladıqda, icra edilməsi üçün aidiyyəti səlahiyyətli orqana təqdim etmədikdə, tənbeh qərarının qüvvəyə mindiyi vaxtdan müəyyən müddətin keçməsi həmin tənbehin icrasını istisna etmir və qərarın icra müddətinin keçməsi baş vermir. Belə halda İXM-in 145.1.3 və 146.1-ci maddələrində müəyyən edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinin keçməsi baş vermir. Ona görə də barəsində inzibati tənbeh qərarı çıxarılmış şəxs hazırkı qərarın icra olunması üçün sürücülük vəsiqəsini İXM-nin 152.2 - 152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana (Baş Dövlət Yol Polisi İdarəsinə) təqdim etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şirinov X3 Xətalar Məcəlləsinin 327.1, 332.1, 327.3, 535.1, 511.1.3 və 333.1-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 750 manat (yeddi yüz əlli manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar