Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3919/2024 13.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X6 Radio Yayımları Şirkəti”nin nümayəndəsi X3 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 241 olan «X6 Radio Yayımları Şirkəti» (VÖEN: **********) “X6 Radio Yayımları Şirkəti”nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X6 Radio Yayımları Şirkəti”nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən tərtib edilmiş 02 avqust 2024-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 241 ünvanında xx.xx.2024-cü il tarixdə saat 13:20-də “İTV”-nin efirində yayım zamanı alkoqollu işkidən istifadə səhnəsini nümayiş etdirərkən “18+” yaş kateqoriyasına aid, informasiya məhsuluna qoyulmuş saat məhdudiyyətinə əməl etməmiş və bu informasiyanı “18+” xəbərdarlığını işarələmədən efirə vermişdir. Nəticədə “X6 Radio Yayımları Şirkəti” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Audiovizual Şurasın nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək “X6 Radio Yayımları Şirkəti” barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X6 Radio Yayımları Şirkəti”nin nümayəndəsi X5 inzibati xəta haqqında protokola etiraz etməyərək barələrində Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 388-2.0.4-cü maddəsinin sanksiyasında nəzərədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X6 Radio Yayımları Şirkəti”nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, saat 13:00-13:24 arası Almaniyanın Köln şəhərinə həsr edilmiş “1 şəhər 24 saat" proqramının yayımı zamanı (saat 13:20-də) aparıcının restoranlardan birində pivə içmə səhnəsi nümayiş etdirilir və bu zaman o, içdiyi pivə haqqında aşağıdakı fikirləri ifadə edir: “Məşhur Köln pivəsi “Kölş” adlanır. Bir kiçik qabda gəldiyinə baxmayın, yetəri qədər sərt pivədir, əslində. Və ümumiyyətlə çox, çox, çox turistlər tərəfindən sevilən pivədir. Kölnə gələrkən etməli olan əgər 10 şey varsa, onlardan biri də bu pivənin dadına baxmaqdır". İş materiallarında olan xx.xx.2024-cü il tarixli HR-011/2024 nömrəli hüquqi rəydən görünür ki, Təqdim olunmuş arayışda qeyd olunmuş fakt, yəni, proqramda Almaniyanın Köln şəhərində yerləşən restoranların birində pivə içmə səhnəsi zamanı aparıcının səsləndirdiyi məlumat (“Məşhur Köln pivəsi “Kölş” adlanır. Bir kiçik qabda gəldiyinə baxmayın, yetəri qədər sərt pivədir, əslində. Və ümumiyyətlə çox, çox, çox turistlər tərəfindən sevilən pivədir. Kölnə gələrkən etməli olan əgər 10 şey varsa, onlardan biri də bu pivənin dadına baxmaqdır”) “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 4.2.3- ci maddəsində öz əksini tapmış “uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya” olmaqla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir. Həmin Qanunun 1.0.12-ci maddəsinə əsasən, “uşaqların həyat və sağlamlıqlarına təhlükə yaradan əməlləri təbliğ edən informasiya” dedikdə uşaqların həyatına, fiziki və psixi sağlamlığına təhlükə yaradan, o cümlədən intiharı, odlu silah və partlayıcı maddələrdən, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarından, alkoqollu və energetik içkilərdən, habelə tütün məmulatlarından istifadəni təbliğ edən informasiya nəzərdə tutulur. Həmin Qanunun 9.2.2ci maddəsinə əsasən 4.2-ci və 4.3.4-cü maddələrində nəzərdə tutulan, müvafiq olaraq “18+” və “16+” yaş kateqoriyalarına aid informasiya məhsulları - yerli vaxtla saat 6-dan saat 23-dək yayımına məhdudiyyət qoyulur. Qanunun 9.3-cü maddəsinə uyğun olaraq “18+” yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 388-2.0.4-cü maddəsinə əsasən, Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına, yəni: “18+” yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlığı televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üз min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında “X6 Radio Yayımları Şirkəti”nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən “X6 Radio Yayımları Şirkəti”nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “X6 Radio Yayımları Şirkəti” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388- 2.0.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 388-2.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X6 Radio Yayımları Şirkəti” (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3919/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3919/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver