Məhkəmə qərarları › İş №3(004)-3920/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3920/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3920/2024 05.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin polis sahə inspektoru X1, Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti alayının YPX inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 26 dekabr 1993-cu il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 avqust 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, X4 nəlayiq söyüşlər söyərək polisin qanuni tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 26-ci PB-nin polis sahə inspektoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti alayının YPX inspektoru X5 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə A.Şaiq küçəsində xidmətdə olarkən **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nişanlarının tələblərini pozduğuna görə saxlanılmış və sürücüyə yaxınlaşaraq törətdiyi qayda pozuntusunu izah edərək barəsində protokol tərtib etmişdir. Daha sonra sürücü hərəkətə davam edərək onlardan kənarlaşmışdır. Təqribən 5 dəqiqədən sonra həmin şəxs öz avtomobili ilə patrul avtomobilini işarə edərək saxlamasını bildirmişdir. Avtomobili saxladıqdan sonra o, polis əməkdaşları nalayiq sözlərdən istifadə edərək təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, polisə tabe olmamaqda, ictimai qaydanı kobud surətdə pozmada özünü təqsirli bilməyərək, barəsində başlanılmış inzibati işə xitam verilməsini xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi iş materiaları ilə sübuta yetirilmir və ona görə də həmin maddə üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu A.Şaiq küçəsi ərazisində **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nişanlarının tələblərini pozduğuna görə saxlanılmış və yerindəcə həmin şəxsin barəsində protokol tərtib edilmişdir. Daha sonra Şəxs olduğu bilinən şəxs YPX əməkdaşlarına yaxınlaşaraq nalayiq ifadələr işlətmiş, buna son qoyması tələb edildikdə polisin qanuni tələbinə tabe olmayaraq tabesizlik nümayiş etdirmişdir. Məhkəmə hesab edir ki, iddia olunan əməlləri Şəxs törətməsini sübuta yetirən mötəbər sübutlar olmadığından onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Belə ki, barəsində protokol tərtib edilmiş Şəxs münasibətdə İXM-nin 535.1-ci maddəsi ilə icraat başlanıla bilməz, çünki həmin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 535-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal zaldan azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar