Məhkəmə qərarları › İş №3(004)-3926/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3926/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3926/2023 18.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1998-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Astara rayonu, Marzəsəy kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X8 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 16 iyul 2023-cü il tarixdə saat 15:55 radələrində idarə etdiyi “Opel Astra minik” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Ə.Əhmədov küçəsində məhlədən çıxarkən, məhləyə girən X2 idarə etdiyi “BMW” markalı **-HF-*** nömrəli avtomobilin sağ hissəsi ilə toqquşub X3 maddi zərər vurmuşdur. Şəxs avtomobili etibarnaməsi olmadan idarə etmişdir, avtomobilin mülkiyyətçisi avtomobildə olmamışdır. Bununla da o, İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki, 16 iyul 2023-cü il tarixdə saat 15:55 radələrində idarə etdiyi “Opel Astra minik” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Ə.Əhmədov küçəsində məhlədən çıxarkən, məhləyə girən X2 idarə etdiyi “BMW” markalı **-HF-*** nömrəli avtomobilin sağ hissəsi ilə toqquşub X3 maddi zərər vurmuşdur. Hadisə zamanı avtomobildə tək idi və xəsarət alan olmadı, heç kəs sərxoş deyildi. Etibarnaməsi olmamışdır. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X8 Şöbəsinin polis kapitanı X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 16 iyul 2023-cü il tarixdə saat 15:55 radələrində idarə etdiyi “Opel Astra minik” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Ə.Əhmədov küçəsində məhlədən çıxarkən, məhləyə girən X2 idarə etdiyi “BMW” markalı **-HF-*** nömrəli avtomobilin sağ hissəsi ilə toqquşub X3 maddi zərər vurmuşdur. Şəxs avtomobili etibarnaməsi olmadan idarə etmişdir. Şəxsin şəxsiyyətini xarakterizə edən məlumat kimi iş materiallarında olan AZEMİS Elektron sistemdən çıxarışa əsasən müəyyən edilir ki, Şəxs Qaradağ Rayon Məhkəməsinin 3(002)- 1379/2023 saylı, xx.xx.2023-cü il tarixli, qərarı ilə İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilmişdir. XM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə dair İXM-ni 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 10 gün (on gün) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən, saat 16:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi X8 Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar