Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3928/2023 02.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə xx.xx.1961-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Zəngilan rayonu, İç Müslan kəndində ünvanında qeydiyyatda olan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: X5 xx.xx.2023-cü il tarixdə saat 08:55 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində “TOYOTA COROLLA minik” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olduğu məlum olmuşdur. Bununla da o, İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X3 məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, həqiqətən avtomobili idarə edərkən polis əməkdaşları onu saxlamışlar. Alkotestlə müayinə etmişlər və müayinə nəticəsində spirtli içki içməsi müəyyən edilmişdir. Lakin alkotestin göstəricisi ona göstərilməmişdir. Polisin təklifi ilə protokolda yazmışdır ki, spirtli içki içmişdir. Buna baxmayaraq sonradan tibbi müayinəyə getmiş və onun sərxoş olmadığı barədə tibbi sənəd almışdır. Ona görədə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə saat 07:46:37 dəqiqədə aparılmış alkotestin nəticəsinə əsasən spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 2/18793 saylı, xx.xx.2023-cü il tarixli (saat 11:56 dəqiqədə) protokoldan görünür ki, X5 ayıqdır. İş materiallarında olan X3 məhkəməyədək icraat zamanı verdiyi izahatında göstərmişdir ki, spirtli içki içmişdir. Məhkəmə həmin sənədlərə qiymət verərək qeyd edir ki, şəxsin alkotestlə ilkin müayinəsi ilə, sonradan tibb məntəqəsindəki tibbi müayinəsi arasında 3 saata qədər vaxt keçmişdir. Buna görədə ilkin müayinədə vaxtından müəyyən müddətin keçməsi, həmin müddətdə sərxoşluqdan ayılmaq üçün müəyyən vasitələrdən istifadənin edilməsinin mümkünlüyü, şəxsin ilkin müayinə zamanı sərxoşluğunun olmasını istisna etmir. Buna görə də X3 həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli alkotestin nəticəsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 manat (dörd yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3928/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3928/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver