Məhkəmə qərarları › İş №3(004)-3932/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3932/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3932/2024 22.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs İstehsal- Kommersiya Firmasının direktoru X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs İstehsal-Kommersiya Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs İstehsal-Kommersiya Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 30 iyul 2024-cü il tarixli, 00100-01926/24 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs İKF-nın ünvanına 33ACE961/33AFM601 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********4921 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükdə mallara dair sənədlərin araşdırılması zamanı Şəxs İKF tərəfindən həmin mal partiyasına aid əvvəlcədən təqdim edilmiş **********3403 nömrəli qısa idxal bəyannaməsinin 2-ci mal mövqeyində göstərilən çəkilər ilə **********4921 nömrəli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində göstərilən çəkilər arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, **********4921 nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsində 2-ci mal mövqeyində brutto çəki 234 kq və netto çəki 227 kq olduğu halda **********3403 nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsində 2-ci mal mövqeyində brutto çəki 237 kq və netto çəki 234 kq qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs İstehsal-Kommersiya Firmasının direktoru X4 izahatında bildirmişdir ki, protokol tərtib edilərkən onlara heç bir bildiriş gəlməmiş və izahatları alınmamışdır. Həmçinin qeyd etmişdir ki, baş verən inzibati xəta AR İXM-nin 485.1-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Çəkilər arasında uyğunsuzluq isə mexaniki səhv olmuşdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 iyun 2024-cü il tarixli raportdan görünür ki, Şəxs İKF-nın ünvanına 33ACE961/33AFM601 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük **********4921 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı faktiki gömrük bəyannaməsinin 2-ci mal mövqeyində göstərilən çəkinin **********3403 nömrəli qısa idxal bəyannaməsində göstərilən çəki ilə uyğunluq təşkil etmədiyi müəyyən edilmişdir. 30 iyul 2024-cü il tarixli, 00100-01926/24 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İKF-nın ünvanına 33ACE961/33AFM601 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********4921 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükdə mallara dair sənədlərin araşdırılması zamanı Şəxs İKF tərəfindən həmin mal partiyasına aid əvvəlcədən təqdim edilmiş **********3403 nömrəli qısa idxal bəyannaməsinin 2-ci mal mövqeyində göstərilən çəkilər ilə **********4921 nömrəli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində göstərilən çəkilər arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, **********4921 nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsində 2-ci mal mövqeyində brutto çəki 234 kq və netto çəki 227 kq olduğu halda **********3403 nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsində 2-ci mal mövqeyində brutto çəki 237 kq və netto çəki 234 kq qeyd edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs İstehsal-Kommersiya Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şəxs İstehsal-Kommersiya Firmasının direktoru X4 izahatında protokol tərtib edilərkən onlara heç bir bildiriş göndərilmədiyini və izahatlarının alınmadığını, həmçinin baş verən inzibati xətanın AR İXM-nin 485.1-ci maddəsi ilə düzgün tövsif olunmadığını qeyd etsə də məhkəmə tərəfin göstərdiyi xüsusatları müdafiə xarakterli qiymətləndirir. Belə ki, göstərilən çəkilər ilə **********4921 nömrəli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində göstərilən çəkilər arasında uyğunsuzluğu mexaniki səhv olaraq qəbul etmişdir. Bundan əlavə olaraq AR İXM-nin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların aparılması barədə təhrif olunmuş məlumatın verilməsinə görə hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Şəxs İstehsal-Kommersiya Firmasının törətdiyi inzibati xəta düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs İKF-nın ünvanına 33ACE961/33AFM601 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********4921 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükdə mallara dair sənədlərin araşdırılması zamanı Şəxs İKF tərəfindən həmin mal partiyasına aid əvvəlcədən təqdim edilmiş **********3403 nömrəli qısa idxal bəyannaməsinin 2-ci mal mövqeyində göstərilən çəkilər ilə **********4921 nömrəli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində göstərilən çəkilər arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, **********4921 nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsində 2-ci mal mövqeyində brutto çəki 234 kq və netto çəki 227 kq olduğu halda **********3403 nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsində 2-ci mal mövqeyində brutto çəki 237 kq və netto çəki 234 kq qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs İstehsal-Kommersiya Firması barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İstehsal-Kommersiya Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İstehsal-Kommersiya Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 250 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar