Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3940/2024 05.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X13 iştirakları ilə, Şikayətçi “X11 və Təmir Tikinti” MMC-nin direktoru X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinin 22 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi “X11 və Təmir Tikinti” MMC-nin direktoru X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinin 22 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X19 tərəfindən qəbul edilmiş 22 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tam əsassızdır. Belə ki, həmin qərara əsasən X4, X5 və X21 “X11 və Təmir Tikinti” MMC tərəfindən əmək müqaviləsi olmadan işlərə cəlb edilmişdir. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığımız şəxslərin adma Nazirliyin "Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməməsi bildirilmişdir. xx.xx.2024-cü il il tarixində 3 saylı “Bakı DOST Mərkəzində” inzibati xəta haqqında protokolun tərtibi ilə bağlı müazakirə zamanı X9 əlaqələndirici şəxsi tərəfindən verilən məlumata əsasən aşağıda adları qeyd olunan vətəndaşlar: A:ak:s:> e Cavanşir Akif oğlu və X21 ilə əmək müqaviləsi olmadan r-orral üzərindən aktiv icazəsinin olduğu bildirilmişdir. əvvəllər işçilərimiz olmuş X10 'ə Cəmiyyətimiz arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə 27.05 202-l-c il tarixində və X21 ilə Cəmiyyətimiz arasında bağlanmış 01.02 2 22-cü il tarixli əmək müqaviləsinə isə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilmiş həmin şəxslərlə bundan sonra hər hansı əlaqəmiz olmamış və hər hansı bir işlərin görülməsinə cəlb edilməmişdir. Bundan başqa “X11 və Təmir Tikinti” MMC ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli №VLT/2023/12/51 saylı podarat müqaviləsinə əsasən “Xocalı şəhərində xarici elektrik təchizatı və küçə işıqlandırma” işlərini həyata keçiririk. Bununla bağlı Qarabağ zonasına “giriş” və “çıxış” icazələrinin alınması "xxxx" MMC tərəfindən “Qarabağ icazə portalları ilə bağlı şərtlər və qaydaları” əsasında həyata keçirilmişdir. Həmin qaydalara əsasən işçinin icazəsinin ləğv olunması günü həftənin 3-cü günüdür və ləğv olunan icazələrin siyahısı yalnız şəxsi mesaj vasitəsilə "xxxx" MMC-nin əlaqələndirici nümayəndəsinə göndərilməsi bildirilir. Daha əvvəl işçimiz olmuş X12 xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmiş, bu da həftənin 1-ci gününə təsadüf etmişdir. Bizə təqdim olunmuş qayadalara uyğun olaraq icazələrin ləğvi həftənin 3- cü günü yəni xx.xx.2024-cü il tarixində göndərilməlidir və elə həmin tarixdə də göndərilmişdir. Görüşümüz də xx.xx.2024-cü il tarixinə təsadüf etdiyi üçün əvvəllər işçimiz olmuş X12 adı “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində görünmüşdür. Həmin gün "xxxx" MMC tərəfindən işçinin icazə portalı deaaktiv edilmişdir. Digər əvvəllər işçimiz olmuş X6 ilə bağlanmış Əmək Müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş, bu da həftənin 1-ci gününə təsadüf etmişdir. Bizə təqdim olunan qaydalara uyğun olaraq icazələrin ləğvi həftənin 3-cü günü yəni xx.xx.2024- cü il tarixində "xxxx" MMC-yə göndərilmişdir. Buna baxmayaraq əvvəllər işçimiz olmuş X1 adının “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində görünməsindəki səbəb kimi Cəmiyyətimiz tərəfindən göndərilmiş sorğuya cavab olaraq "xxxx" MMC-dən bildirilmişdir ki, onların portal icazələri ilə bağlı səlahiyyətli nümayəndəsinin etdiyi texniki səhv olmuşdur. Bu texniki səhvin aradan qaldırılması üçün aidiyyatı üzrə göstəriş verdiklərini bizə bildirdilər və həmin məktubu Sizə təqdim edirik. Bundan başqa, əvvəllər işçimiz olmuş X5 ilə əmək müqaviləsinə öz ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bu barədə müvafiq zəruri tədbirlər görülmüşdür. Göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 iyul 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X22 şikayətin əsassız olduğunu qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, qeyd edilən qərar DİN-nin məlumatı əsasında qəbul edilmişdir. Həmin məlumata əsasən “X11 və TƏmir Tikinti” MMC-nin əməkdaşları Qarabağ və Şərqi Zəngəzur zonasına getmək üçün icazə alınmışdır. Lakin “X11 və TƏmir Tikinti” MMC-nin əməkdaşlarının izahatları alınmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayətçi “X11 və Təmir Tikinti” MMC-nin direktoru X8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə “X11 və Təmir Tikinti” MMC-nin direktoru X3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinin 22 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərdə iş icazəsi alınmış X4, X21 və X7 adlarına Nazirliyin Əmək və Məşğulluq altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar edilməmiş həmin işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Nəticədə “X11 və Təmir Tikinti” MMC-nin direktoru X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında qərar qəbul edilmiş, vətəndaş X4, X21 və X2 izahatı alınaraq zəruri araşdırma aparılmamış, həmin vətəndaşla “X11 və Təmir Tikinti” MMC-nin arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilməmişdir. Bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Belə ki, qanunvericiliyin tələbinə görə dövlət orqanlarından (qurumlarından) məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir və inzibati araşdırma tələb olunduğu halda, inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs bu barədə qərardad qəbul edib işin bütün hallarını araşdırmalıdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının X14 Xidməti Bakı Şəhər İdarəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Nazirliyi altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni “X11 və Təmir Tikinti” MMC tərəfindən icazəsi istənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Belə olan vəziyyətdə, X4, X21 və X2 həqiqətən məlumatda qeyd edilən tarixlərdə qeyd edilən rayonlara gedib getməmələri, icazə almaqla həmin ərazilərə getmişlərsə orada “X11 və Təmir Tikinti” MMC tərəfindən işlərin görülməsinə cəlb edilib-edilməmələri müəyyənləşdirilməli idi. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən zərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinin 22 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X11 və Təmir Tikinti” MMC-nin direktoru X8 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinin 22 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3940/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3940/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver