Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3946/2024 15.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Mirəsttar oğlu Seyidovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) BNA ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. X5 həmçinin Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) BNA ******* saylı, xx.xx.2019-cu il tarixli qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Şikayətçi və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, qərardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilməməlidir. Belə ki, barəsində şikayət verilmiş qərar göründüyü kimi uzun müddət bundan əvvəl, şikayət verildiyi tarixdən 05 il 02 ay əvvəl, yəni 06 ilə yaxın müddətə qəbul edilmişdir. Ötən müddət ərzində şəxsin həmin qərardan xəbərsiz olması qaçılmazdır. Ən azından şəxs həmin qərarın məhz qərardan şikayət verildiyi ərəfələrdə, ən azından şikayət verildiyi tarixdən 10 gün qabaq əldə edilməsi barədə hər hansı bir sübut da əlavə etməmişdir. Qərarın nə vaxt əldə edilməsi barədə məlumatlar vəsatətdə ümumi sözlərlə qeyd edilmişdir. Həmçinin müddət ötürülmüşdürsə, bunun səbəblərinin üzrlülüyü barədə də vəsatətdə əsaslandırma aparılmamışdır, sübut əlavə edilməmişdir. Buna görə də qərardan şikayət vermək üçün ötürülmüş müddətin bərpası barədə vəsatətdə göstərilmiş əsaslar üzürlü hesab edilə bilməz. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı şikayət verilmə müddətini üzrlü səbəbdən buraxılması halları aşkar olunmadı, bu barədə hər hansı bir mötəbər, əsaslı, inandırıcı dəlil və məhz baxılan məsələ üzrə aidiyyəti sübut təqdim edilmədi. Səbəbin üzürlü hesab edilib-edilməməsi ixtiyari bir mülahizəyə görə deyil, əsaslı səbəbə görə müəyyən edilməlidir, hansı ki bu səbəb tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin pozulmasına münasibətdə, tərəflərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması hüququnun pozulmasına münasibətdə, ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına münasibətdə, səbəbin ağlabadanlığına münasibətdə, bu səbəbə haqq qazandırıla bilinsin. Lakin hazırki vəsatətdə göstərilən səbəbə yuxarıda qeyd edilənlərə münasibətdə haqq qazandırıla bilməz. Beləliklə, qərardan şikayət verməsi qaydası və halları, müddəti, buraxılmış müddətin bərpasının hansı hallarda mümkünlüyü İnzibati Xətalar Məcəlləsi ilə dəqiq müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş həmin qaydaların pozulması, buraxılmış müddətin əsassız olaraq bərpa edilməsi son nəticədə İXM-nin yuxarıda sadalanan prinsiplərinə və müəyyən edilmiş qaydalarına ziddir. Buna yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Hazırkı iş üzrə məhkəmə qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpası barədə vəsatəti təmin etməmək qərarına gəlmişdir. Belə olan halda həmin qərardan verilmiş şikayətə baxılması mümkünsüzdur və şikayətə baxıla bilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Bakı Nəqliyyat Agentliyinin (indiki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) BNA ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarından X5 tərəfindən verilmiş şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməsin, qərardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3946/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3946/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver