Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-395/2023 16.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 29-cu polis şöbəsinin sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1974-cü ildə Ağcabədi rayonunun, Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağcabədi rayonu, Hindarx qəsəbə ərazi dairəsi, Hindarx qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 16 yanvar 2023-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 29-cu polis şöbəsinin 15 yanvar 2023-cü il tarixli qərarından və rədd materiallarına əsasən tərtib edilmiş 16 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında X1 məxsus əşyaları oğurlayaraq ona 98 manat dəyərində maddi ziyan vurmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin sahə inspektoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15:41-də X4 Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə, həmçinin ərizə ilə Yasamal RPİ-nin 29cu PŞ-nə müraciət edərək 09 yanvar 2023-cü il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metro stansiyasının çıxışının və “KFC” əyləncə mərkəzinin yaxınlığında yerləşən “OBA” marketə alış veriş etmək məqsədi ilə daxil olaraq qapısı bağlanmayan saxlanc yerininə qoyduğu, içərisində 10 manat pul, bank kartları, övladlarına və ona məxsus olan şəxsiyyət vəsiqələri qoyulmuş pul kisəsi və qızına məxsus idman geyimi olan üzərində “Kulis” sözləri yazılmış qırmızı rəngli politlen torbanın naməlum qadın tərəfindən oğurlanmasını, bank kartlarından pulun çıxarılmamasını göstərmiş və hadisəni törətmiş şəxsi müəyyən edib barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsinin Şəxs tərəfindən törədildiyi müəyyən edilmiş və o 15 yanvar 2023-cü il tarixdən saat 20:20-də saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yekun olaraq X6 məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metro stansiyasının çıxışında, “KFC” əyləncə mərkəzinin yaxınlığında yerləşən “OBA” marketdə alış veriş edərək, tələsik marketdən çıxan zaman saxlanc yerində qoyduğu torbanı başqa torba ilə səhv salaraq götürmüş, qaçaraq 77 saylı avtobusa oturmuşdur. Bir dayanacaq getdikdən sonra həmin torbanı geri qaytarmaq istəmiş, lakin qorxduğu üçün bunu etməmişdir. Bundan sonra o torbanın içərisində olan şəxsiyyət vəsiqələrini, pul kartlarını xx.xx.2023-cü il tarixdə “Saf Su” adlanan ərazidə zibil qablarına atmışdır. Onun məqsədi Həmiyə Səfərovaya və övladlarına məxsus şəxsiyyət vəsiqələrini və pul kartlarını oğurlamaq olmamışdır. Əlavə olaraq bildirdi ki, o himayəsində olan 1-ci qrup əlil oğluna tək baxır. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildir ki, hazırda müvəqqəti olaraq Baki şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, fərdi yaşayış evində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Kamran Cavadov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 yanvar 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində X4 Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metro stansiyasının çıxışının və “KFC” əyləncə mərkəzinin yaxınlığında yerləşən “OBA” marketə alış veriş etmək məqsədi ilə daxil olaraq qapısı bağlanmayan saxlanc yerininə qoyduğu, içərisində 10 manat pul, bank kartları, övladlarına və ona məxsus olan şəxsiyyət vəsiqələri qoyulmuş pul kisəsi və qızına məxsus idman geyimi olan üzərində “Kulis” sözləri yazılmış qırmızı rəngli politlen torba Şəxs tərəfindən oğurlanmış, bank kartlarından pul çıxarılmamış, kartlar fəaliyyətsizləşdirilmiş, yalnız Beynəlxalq Banka məxsus tam kartla Z.Əliyeva adına tam orta məktəbin yaxınlığında yerləşən “Xəzər” marketdən naməlum şəxs tərəfindən 20 AZN məbləğində alış-veriş edilmişdir, baş vermiş oğurluq hadisəsi nəticəsində Həmiyə Səfərovaya 98 (doxsan səkkiz) manat maddi ziyan dəymişdir. Belə olan halda X4 məxsus 11.30 AZN pulu, idman geyimini oğurlamış Şəxs qızının əməlində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkib əlamətləri vardır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə əsasən 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyəti əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Ona görə də, X2 məxsus 11.30 AZN pulu və idman geyimini oğurlamış Şəxs əməli Azərbaycan Respublikasının CM- nin 177-cı maddəsi ilə tövsif oluna bilməz. Odur ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 177-cı maddəsi ilə cinayət işinin başlanması rədd edilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 15 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:20-də inzibati qaydada tutulmuş, 16 yanvar 2023-cü il tarixdə saat 15:00-da azad olunmuşdur. Məhkəmə, Şəxs zərərçəkmiş şəxs X2 məxsus paketə bilməyərəkdən götürməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatı inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi nəticəsinə gəlir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş iş materialları ilə tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, ictimai işlər növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxsnu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 160 (bir yüz altmış) saat müddətində ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-395/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-395/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver