Məhkəmə qərarları › İş №3(004)-3951/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3951/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3951/2024 15.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən tərəfindən qəbul edilmiş 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayəti müdafiə edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixində şəxsi istifadəsində olan mobil nömrəsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini 346.4-cü maddəsinə uyğun olaraq barəsində saat 15:31-də EQ 22774302 saylı elektron qərar tərtib edilməsi ilə bağlı sms bildiriş gəlmişdir. SMS Radar proqramına daxil olduqda görmüşdür ki, sonuncu etibarnamə ilə idarə etməsi ona verilən ** XL *** DQN-lı “Toyota Prado” markalı avtomobillə hansısa bir küçədə və ya prospektdə İXM 346.4-cü maddənin tələbləri pozulduğuna görə 80 (səksən) manat cərimə tətbiq edilib. Bir neçə saat sonra Qəbələ RPİ-nin DYPŞ-nə yaxınlaşıb məsələni aydınlaşdırmaq istəsə də, suallarına cavab verən olmamışdır. Sadəcə bildirilmişdir ki, Qəbələ şəhərində H.Əliyev prospektində dayanma durma qaydalarını pozmuşdur. Barəsində xx.xx.2021-ci il tarixində saat 15:51-də tərtib edilmiş EQ 22774302 saylı elektron qərar tamamilə yanlış və qanunsuzdur. İlk növbədə o, həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixində saat 15:51-də həmin avtomobili Qəbələ şəhərində idarə etməmişdir, istəsə belə idarə edə bilməzdi. xx.xx.2024-cü il tarixində ** XL *** DQN-lı “Toyota Prado” markalı avtomobilin elektronikasında nasazlıq olduğundan maşın hərəkət edən zaman boğulurdu və sürət maximum 10 km/saat-dan yuxarı qalxmırdı (avarinni rejimə düşmüşdü) X8 idarə etdiyindən və evləri həmçinin yaxın olduğundan səhər saatlarında maşını onun evinin həyət yanı sahəsində saxlayıb, açarları götürüb, Cəfərov Rüstəmlə birlikdə saat 12:00 radələrində başqa maşınla , adaptasiya edilməsi məqsədi ilə ustanın gətirmək üçün Şəki şəhərinə yola düşmüşlər və 18:00 radələrində Qəbələ şəhərinə qayıtmışlar. Avtomobilin bir tək açarı var o da onda olduğu üçün həmin vaxt avtomobil hərəkətsiz qalıb və ümumiyyətlə idarə olunmayıb. Qəbələ şəhərində olan bütün TŞ kameralarına baxılsa avtomobilin xx.xx.2024-cü il tarixində saat 15:51-də heç bir küçədə, prospektdə hərəkətdə olmadığının şahidi olarlar. Avtomobil təmir olunduqdan sonra saat 20:00 radələrinə Qəbələ şəhərini tərk edib. O vaxta qədər avtomobil ümumiyyətlə hərəkətsiz halda olub. SMS Radar proqramında əks olunan foto şəkillərə diqqət etdikdə, iddia edilən və qayda pozuntusu kimi qələmə verilən şəkillərin xüsusi texniki vasitə ilə qeydə alınmamasına əsaslı şübhələr var. Çünki, şəkillərdə qayda pozuntusunun tarixi, dayanma-durmanı sübuta yetirəcək vaxt intervalı, qeydə alınma yeri və xüsusi texniki vasitənin sertifikatı və bunun kimi bir çox məqamlar əks olunmayıb. Foto şəkillərin nə zaman və harda çəkilməsi məlum deyil. Qərara əlavə edilən qayda pozuntusunun sübutu kimi təqdim edilən şəkillərə baxdıqda görünür ki, ** XL *** DQN-lı “Toyota Prado” markalı maşın 2 zolaqlı hərəkət zolağının 1-ci cərgəsi ilə hərəkət edir. Avtomobilin dayanma və durma qaydalarının pozulmasından söhbət belə gedə bilməz. Yuxarıda da qeyd etdiyi kimi nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-nin 346-cı maddəsinin tələbinin pozulmasını sübut etmək üçün, nəqliyyat vasitəsinin eyni vəziyyətdə 5 dəqiqə müddətində dayanma və durmasını sübuta yetirən minimum 4 şəkil olmalıdır. DYPŞ-sinin sübut kimi təqdim etdiyi foto şəkillərə istinad etsə, yolda və foto şəkildə əks olunan hər kəs İXM-nin 346.4-cü maddəsinin tələblərini pozub.Çünki bütün maşınlar şəkildə dayanmış formada görünür. Odur ki, göstərilənləri nəzərə alaraq DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən xx.xx.2024-cü il tarixində tərtib edilmiş EQ 22774302 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə tərəfindən təqdim olunması tələb olunan iş materiallarını təqdim etməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 şəhəri, H.Əliyev prospektində saat 12:06-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələbklərini pozduğu üçün barəsində 80 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Təqdim edilən SMS radar proqramından çıxarış edilmiş foto şəkildən görünür ki, ** XL *** DQN-lı “Toyota Prado” markalı avtomobillə hansısa bir küçədə və ya prospektdə dayanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 80 manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan və inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində olan 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli qərarda şikayətçinin də şikayətində qeyd etdiyi kimi hadisənin baş verdiyini özündə əks etdirən fotogörüntüdə qayda pozuntusunun tarixi, dayanma-durmanı sübuta yetirəcək vaxt intervalı, qeydə alınma yeri və xüsusi texniki vasitənin sertifikatı və s. kimi hallar əks olunmadığı üçün qərarda qeyd olunan tarixdə və yerdə inzibati xətanın baş verməsi şübhə altına alınmış, qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, hadisənin videogörüntüsünə baxış keçirilməli, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar