Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3954/2023 26.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X6 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 14572892 saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 14572892 saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, ona xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixlərində 2 dəfə eyni ünvanda, eyni yerdə (Bakı şəhəri, X11 99 ünvanında) “346.1”-ci maddəsi ilə dayanma durma qaydalarını pozduğuna görə “qeyri qanuni” inzibati xəta protokolu tərtib olunub. Həmən küçədə onun saxladığı sırada “3.27” nişanı var, hansı ki dayanma və durmanı qadağan edir. Asfaltda üfuqi “1.4” sarı nişanlama xətti çəkilib və o asfaltda sarı nişanlama xətti bitdiyi yerdə saxlayıb. Yol hərəkətinə və piyadalara maneə olmurdu. O, xx.xx.2023-ci il tarixdə elektron şikayət ərizəsi yazıb. Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinə cənab Ramiz Zeynalova və onun müavinlərinə dəfələrlə təkrar yazıb və şəxsi “AsanPay” kabinetində də yazıb. Hətta 102 qaynar xəttinə də şikayətini bildirib. Dəfələrlə zəng vurub şikayətini bildirmişdir. 2 ay ərzində o, 4 dəfə Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsində olub. Onu orda göndəriblər 108-ci otağa, protokollarına baxıb bildiriblər ki, xitam veriləcək, 10 gün gözlə. O, da 10 gün sonra yenə gedib Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinə və ona bildiriblər ki, yaxınlaşsın dəftərxanaya və o, da gedib oraya. Dəftərxanadan da onu yönləndiriblər 28-ci otağa Kamran Müzəffərovun yanına. Kəmran Müzəfərov bildirib ki, onun işi araşdırılır, halbuki 40 gün keçib. X12 bildirib ki, getsin evə, xəbər veriləcək. O, soruşanda ki, nə vaxt xəbər veriləcək ona bildirib ki, 1 ay onun Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinə gəlməsinə ehtiyac yoxdu, onlar qərarı onun yaşadığı ünvana göndərəcəklər. Onun gözləməyinə baxmayaraq onun ünvanına, yaşadığı yerə heç bir məktub və ya onunla heç kim əlaqə saxlamamışdır. O, da görəndə ki, onun cərimələrinə dəbbə gəlir, şəkayətinə baxılmır və çox məsuliyyətsiz yanaşılır bir daha gedib yaxınlaşıb Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin dəftərxanasına soruşub ki, onun şikəyətinə baxılıb cavab gəlib mi. Dəftərxanada bildiriblər ki, onun cavabı 28-ci otağda Kəmran Müzəfərovun yanında, ora yaxınlaşıb müraciət eləsin. Oda gedib oraya (28-ci otağa). Kəmran Müzəfərov ona bildirib ki, onun protokol cavabını qeydiyyatda olduğu Ucar rayonu, Lək kəndinə göndərib. O, da bildirib ki, heç bir şey gəlməyib ona. Kəmran Müzəfərov göndərdiyini bildirərək artıq onlarlıq olmadığını, poçtla araşdırmağını qeyd edib. O, da yaxşı, heç olmasa ona protokolları üzrə nə qərar verildiyini öyrənmək istəyib. Kəmran Müzəfərov bilmədiyini, onda o barədə məlumat olmadığı deyib. Sonra bir daha yaxınlaşıb dəftərxanaya və orda da ona cavab məktubunun burda olmadığını bildiriblər. Dəftərxanadan onu yönləndiriblər Rəşad Əliyevin yanına bildirərək ki, o baxır onun protokollarına. Rəşad Əliyev ona orada ümumiyyətlə sarı xəttin olmadığı deyib. O, görüb ki, onun işi heç araşdırılmayıb. Ona deyilib ki, “WhatsApp” üzərindən onlara video və şəkil atsın. O, maşını çəkdikləri yerə gedər oradan video və şəkil çəkərək göndəriblər onlara. Onlar da bilriblər ki “3.27” nişanıyla birlikdə üfuqi sarı xətt çəkilməyib, cəriməni ödə. Protokolları ciddi şəkildə araşdırılmasını və onlara hüquqi qiymət verilməsini xahiş etdi və bu məsələ ilə bağlı ona kömək edilmısini xahiş etdi. Bildirdi ki, ədalətə inanır və ümüd edir ki, onun mürəciəti qısa zamanda öz müsbət halını tapacaqdır. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 14572892 saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərarına əsasən X7 xx.xx.2023-cü il tarixdə saat 15:15 radələrində Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində “Hyundai ELANTRA minik” markalı, “**-ER-***” dövlət qeydiyyat nişanlı avtomobillə dayanma qaydalarını pozmağa görə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. Qərar elektron qaydada qəbul edilmişdir. İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. İnzibati Xətalar Məcəİİəsinin 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Beləliklə hazırkı inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Şikayətdən də göründüyü kimi inzibati xətanın qeydə alındığı fotoşəkil şikayətçiyə göndərilmiş, həmin fotoşəkili şikayətçi şikayətə əlavə etmişdir. Qərarda və fotoşəkildə xüsusi texniki vasitələrin göstəriciləri əks etdirilmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 61.1.9-cu maddəsində təsbit edilmiş – yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ da təmin edilmişdir. Beləliklə İXM-in 76.1-ci maddəsinə əsasən xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 14572892 saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3954/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3954/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver