Məhkəmə qərarları › İş №3(004)-3959/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3959/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3959/2023 01.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş 00700-00161/23 nömrəli 18 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-nin ünvanına Rusiya Federativ Respublikasından 52406998 nömrəli vaqonda göndərilmiş “oduncaqlanmıs materiallardan hazırlanan emal edilməmiş və ya cilalanmadan başqa sonrakı emala məruz qalmamış ağacyonqarlı plitələr (DSP)” yükü xx.xx.2023-cü il tarixli, **********4801 sorğu nömrəli gömrük bəyannaməsi ilə Sumqayıt Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin vaxtında verilmədiyi müəyyən edilmişdir. Belə ki, Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-33-/3-1- 003080/2023 nömrəli raporta əsasən Şəxs MMC-nin ünvanına Rusiya Federativ Respublikasından 52406998 nömrəli vaqonda göndərilmiş xx.xx.2023-cü il tarixli, **********4801 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklər üçün, qanunvericiliklə nəzərdə tutulmuş gaydada mallar gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada gömrük orqanına qısa idxal bəyannaməsi təqdim olunmamışdır, iş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC 11,07.2023-cü il tarixdə Sumqayıt Baş Gömrük idarəsində **********4801 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda rəsmiləşdirilmiş, Rusiya Federativ Respublikasından “oduncaqlanmış materiallardan hazırlanan emal edilməmiş və ya cilalanmadan başqa sonrakı emala məruz qalmamış ağacyonqarlı plitələr (DSP)” yükü 52406998 nömrəli vaqonda göndərilmiş və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməmişdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda 10.07,2023-cü il tarixdə saat 13:27də Xaçmaz Gömrük idarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzi 2-ci bölmənin böyük inspektrou tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli raportdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına (VÖEN: **********) Rusiya Federasiyasından 52406998 nömrə nişanlı nəqliyyat vasitələri ilə “Oduncaqlanmış materiallardan hazırlanlanan emal edilmemiş ve ya cilalanmadan başqa sonrakı emala məruz qalmamış ağacyonqarlı pilteler” (DSP) yükü ölkə ərazisinə daxil olmuş ve **********4801 nömrəli gömrük bəyannaməsi ilə beyan edilmişdir. Rəsmiləşdirmə zamanı mallar gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal beyannaməsinin teqdim edilmədiyi tərəfimizdən aşkar edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar