Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3967/2023 07.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımlının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Firmasının rəhbəri Şəxs iştirakları ilə, "xxxx" Firmasının rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş 21 iyul 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-596/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən barışıq sazişinə görə 10710.89 manat "xxxx" müəssisəsinə ödənilməlidir. Nəticədə "xxxx" Firmasının rəhbəri Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımlı inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-596/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" Firmasına qarşı cavabdeh “X1”-ndan icarə haqqı və istifadə edilmiş kommunal xidmətlərin xərci olaraq cəmi 12 710.89 manat məbləğində pulun tutularaq "xxxx" Müəssisəsinə ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və mülki iş üzrə icraata xitam verilsin: 1. Ümumi müddəalar. 1.1 Tərəflər bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə bu Sazişin şərtlərinə uyğun həll edirlər. 1.2 Tərəflər bəyan edirlər ki, barışıq Sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir. 1.3. Tərəflər bəyan edirlər ki, cavabdeh “X1”nın icarə haqqı və istifadə edilmiş kommunal xidmətlərin xərci olaraq "xxxx" Müəssisəsinə borcu: məhkəmədə iddia qaldırılan vaxta 12 710.89 (on iki min yeddi yüz on manat səksən doqquz qəpik) manat, eləcə də vəkilə (nümayəndəyə) və dövlət rüsumu üçün çəkilmiş xərclərin dəyəri 330 manat (cəmi - 13040,89 manat) təşkil etmişdir. Bu Saziş imzalandığı anadək “X1” tərəfindən ödənilmiş 2330.00 manat çıxılmaqla, hazırda qalıq borc məbləği 10710.89 manat təşkil edir və həmin məbləğin bu Sazişdə şərtləşdiriİmiş qaydada və müddətdə ödənilməsinə razılaşırlar. 2. Tərəflərin öhdəlikləri, hüquq və vəzifələri. 2.1. "xxxx" Müəssisəsinin öhdəlikləri, hüquq və vəzifələri: 2.1.1. "xxxx" Müəssisəsi öz öhdəsinə götürür ki, “X1”-nın - icarə haqqı və istifadə edilmiş kommunal xidmətlərin xərci olaraq cəmi 12710.89 manat, eləcə də vəkilə (nümayəndəyə) çəkilmiş xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 330 manat, cəmi 13 040,89 (on üç min qırx manat səksən doqquz qəpik) borcun olmasını qəbul etdiyi və borc məbləğinin bir hissəsini bu saziş bağlananadək, qalan 10710.89 (on min yeddi yüz on manat səksən doqquz qəpik) məbləği bu Sazişdə razılaşdırılmış şərtlər və qaydalarla ödəməyi öhdəsinə götürməsi müqabilində, hazırki iş üzrə cavabdehə qarşı iddia tələbindən imtina edir. 2.1.2. "xxxx" Müəssisəsi hüququ vardır ki, hazırki Sazişin şərtlərinə uyğun olaraq, “X1”-nın Müəssisəyə bu Sazişin imzalanması amma qalan 10710,89 (on min yeddi yüz on manat səksən doqquz qəpik) manat borc məbləğinin hər ayın 10-dək 1000 manat olmaqla ödənilməsini tələb etsin. Ümumilikdə hazırki Sazişin imzalandığı andan 01 may 2021-ci il tarixədək cəmi 10710,89 (on min yeddi yüz on manat səksən doqquz qəpik) manat ödəniləcəyi müqabilində, “X1”-na qarşı hazırki mübahisə ilə əlaqədar hər hansı tələb irəli sürməyəcəkdir. 2.2. “X1”-nın öhdəlikləri, hüquq və vəzifələri. 2.2.1. “X1” hazırki iş üzrə iddia qaldırılan vaxta 13 040,89 (on üç min qırx manat səksən doqquz qəpik) manat borcunun olduğunu qəbul edir və həmin məbləğin 2330 manat hissəsini bu Sazişin imzalanması anında, qalan hissəsini isə, hər ay 1000 manat, sonuncu ayda 710,89 manat olmaqla Sazişin imzalanmasından sonrakı hər ayın 10-dan gec olmayaraq - ümumilikdə hazırki Sazişin imzalandığı andan 01 may 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürür. 2.2.2. “X1” öhdəsinə götürür ki, bu Sazişin tam və bütünlükdə icrası ilə bağlı tərəflərin hərəkətlərinə maneə ola biləcək hər hansı hərəkətlərə yol verməyəcəkdir. 3. Digər şərtlər. 3.1 Hazırki barışıq sazişi ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini icra etməyən tərəf məsuliyyət daşıyır. 4. Sazişin müddəti. 4.1 Bu barışıq Sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin Saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. 5. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri. 5.1 Barışıq Sazişi məhkəmədə təsdiq edilir. Barışıq Sazişinin pozulması və ya layiqincə icra edilməməsi icra vərəqəsinin verilməsi və icra icraatının başlanması üçün əsasdır. 5.2 Bu saziş 3 (üç) orijinal nüsxədə imzalanır. Bir nüsxəsi “X1”, bir nüsxəsi "xxxx" Müəssisəsində saxlanılır, digər-nüsxəsi Bakı Kommersiya Məhkəməsinə təqdim edilir. Tərəflərə izah edilmişdir ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İcra sənədi üzrə icraata 05 noyabr 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Hazırda borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu "xxxx" Firmasının rəhbəri Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, "xxxx" Firması ilə arasında olan hüquqi münasibətləri yalnız formal olaraq kağız üzərində olmuşdur. Dostunun xahişi əsasında firmanın qauni nümayəndəsi kimi o qeyd edilmişdir. Şirkətin faktiki rəhbəri o olmamış yalnız sənədlərə imza etmişdir. Buna görə qətnamədə göstərilən pullardan xəbərdar deyildir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-596/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" Firmasına qarşı cavabdeh “X1”ndan icarə haqqı və istifadə edilmiş kommunal xidmətlərin xərci olaraq cəmi 12 710.89 manat məbləğində pulun tutularaq "xxxx" Müəssisəsinə ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və mülki iş üzrə icraata xitam verilsin:
1. Ümumi müddəalar 1.1 Tərəflər bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə bu Sazişin şərtlərinə uyğun həll edirlər. 1.2 Tərəflər bəyan edirlər ki, barışıq Sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir. 1.3. Tərəflər bəyan edirlər ki, cavabdeh “X1”nın icarə haqqı və istifadə edilmiş kommunal xidmətlərin xərci olaraq "xxxx" Müəssisəsinə borcu: məhkəmədə iddia qaldırılan vaxta 12 710.89 (on iki min yeddi yüz on manat səksən doqquz qəpik) manat, eləcə də vəkilə (nümayəndəyə) və dövlət rüsumu üçün çəkilmiş xərclərin dəyəri 330 manat (cəmi - 13040,89 manat) təşkil etmişdir. Bu Saziş imzalandığı anadək “X1” tərəfindən ödənilmiş 2330.00 manat çıxılmaqla, hazırda qalıq borc məbləği 10710.89 manat təşkil edir və həmin məbləğin bu Sazişdə şərtləşdiriİmiş qaydada və müddətdə ödənilməsinə razılaşırlar.
2. Tərəflərin öhdəlikləri, hüquq və vəzifələri 2.1. "xxxx" Müəssisəsinin öhdəlikləri, hüquq və vəzifələri: 2.1.1. "xxxx" Müəssisəsi öz öhdəsinə götürür ki, “X1”-nın - icarə haqqı və istifadə edilmiş kommunal xidmətlərin xərci olaraq cəmi 12710.89 manat, eləcə də vəkilə (nümayəndəyə) çəkilmiş xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 330 manat, cəmi 13 040,89 (on üç min qırx manat səksən doqquz qəpik) borcun olmasını qəbul etdiyi və borc məbləğinin bir hissəsini Bu saziş bağlananadək, qalan 10710.89 (on min yeddi yüz on manat səksən doqquz qəpik) məbləği bu Sazişdə razılaşdırılmış şərtlər və qaydalarla ödəməyi öhdəsinə götürməsi müqabilində, hazırki iş üzrə cavabdehə qarşı iddia tələbindən imtina edir. 2.1.2. "xxxx" Müəssisəsi hüququ vardır ki, hazırki Sazişin şərtlərinə uyğun olaraq, “X1”-nın Müəssisəyə bu Sazişin imzalanması amma qalan 10710,89 (on min yeddi yüz on manat səksən doqquz qəpik) manat borc məbləğinin hər ayın 10-dək 1000 manat olmaqla ödənilməsini tələb etsin. Ümumilikdə hazırki Sazişin imzalandığı andan 01 may 2021-ci il tarixədək cəmi 10710,89 (on min yeddi yüz on manat səksən doqquz qəpik) manat ödəniləcəyi müqabilində, “X1”-na qarşı hazırki mübahisə ilə əlaqədar hər hansı tələb irəli sürməyəcəkdir. 2.2. “X1”-nın öhdəlikləri, hüquq və vəzifələri 2.2.1. “X1” hazırki iş üzrə iddia qaldırılan vaxta 13 040,89 (on üç min qırx manat səksən doqquz qəpik) manat borcunun olduğunu qəbul edir və həmin məbləğin 2330 manat hissəsini bu Sazişin imzalanması anında, qalan hissəsini isə, hər ay 1000 manat, sonuncu ayda 710,89 manat olmaqla Sazişin imzalanmasından sonrakı hər ayın 10-dan gec olmayaraq - ümumilikdə hazırki Sazişin imzalandığı andan 01 may 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürür. 2.2.2. “X1” öhdəsinə götürür ki, bu Sazişin tam və bütünlükdə icrası ilə bağlı tərəflərin hərəkətlərinə maneə ola biləcək hər hansı hərəkətlərə yol verməyəcəkdir.
3. Digər şərtlər 3.1 Hazırki barışıq sazişi ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini icra etməyən tərəf məsuliyyət daşıyır.
4. Sazişin müddəti 4.1 Bu barışıq Sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin Saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir.
5. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 5.1 Barışıq Sazişi məhkəmədə təsdiq edilir. Barışıq Sazişinin pozulması və ya layiqincə icra edilməməsi icra vərəqəsinin verilməsi və icra icraatının başlanması üçün əsasdır. 5.2 Bu saziş 3 (üç) orijinal nüsxədə imzalanır. Bir nüsxəsi “X1”, bir nüsxəsi "xxxx" Müəssisəsində saxlanılır, digər-nüsxəsi Bakı Kommersiya Məhkəməsinə təqdim edilir. Tərəflərə izah edilmişdir ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. “İcraata başlamaq haqqında” 05 noyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-596/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə borclu "xxxx" Firmasına göndərilmişdir. “Tələbin könüllü icrası haqqında” 05 noyabr 2021-ci il tarixli bildirişdən görünür ki, bildirişin surəti 12 noyabr 2021-ci il tarixdə Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Şəxsdur. Beləliklə, müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-596/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" Firmasına qarşı cavabdeh “X1”-ndan icarə haqqı və istifadə edilmiş kommunal xidmətlərin xərci olaraq cəmi 12 710.89 manat məbləğində pulun tutularaq "xxxx" Müəssisəsinə ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və mülki iş üzrə icraata xitam verilsin: 1. Ümumi müddəalar. 1.1 Tərəflər bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə bu Sazişin şərtlərinə uyğun həll edirlər. 1.2 Tərəflər bəyan edirlər ki, barışıq Sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir. 1.3. Tərəflər bəyan edirlər ki, cavabdeh “X1”nın icarə haqqı və istifadə edilmiş kommunal xidmətlərin xərci olaraq "xxxx" Müəssisəsinə borcu: məhkəmədə iddia qaldırılan vaxta 12 710.89 (on iki min yeddi yüz on manat səksən doqquz qəpik) manat, eləcə də vəkilə (nümayəndəyə) və dövlət rüsumu üçün çəkilmiş xərclərin dəyəri 330 manat (cəmi - 13040,89 manat) təşkil etmişdir. Bu Saziş imzalandığı anadək “X1” tərəfindən ödənilmiş 2330.00 manat çıxılmaqla, hazırda qalıq borc məbləği 10710.89 manat təşkil edir və həmin məbləğin bu Sazişdə şərtləşdiriİmiş qaydada və müddətdə ödənilməsinə razılaşırlar. 2. Tərəflərin öhdəlikləri, hüquq və vəzifələri. 2.1. "xxxx" Müəssisəsinin öhdəlikləri, hüquq və vəzifələri: 2.1.1. "xxxx" Müəssisəsi öz öhdəsinə götürür ki, “X1”-nın - icarə haqqı və istifadə edilmiş kommunal xidmətlərin xərci olaraq cəmi 12710.89 manat, eləcə də vəkilə (nümayəndəyə) çəkilmiş xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 330 manat, cəmi 13 040,89 (on üç min qırx manat səksən doqquz qəpik) borcun olmasını qəbul etdiyi və borc məbləğinin bir hissəsini Bu saziş bağlananadək, qalan 10710.89 (on min yeddi yüz on manat səksən doqquz qəpik) məbləği bu Sazişdə razılaşdırılmış şərtlər və qaydalarla ödəməyi öhdəsinə götürməsi müqabilində, hazırki iş üzrə cavabdehə qarşı iddia tələbindən imtina edir. 2.1.2. "xxxx" Müəssisəsi hüququ vardır ki, hazırki Sazişin şərtlərinə uyğun olaraq, “X1”-nın Müəssisəyə bu Sazişin imzalanması amma qalan 10710,89 (on min yeddi yüz on manat səksən doqquz qəpik) manat borc məbləğinin hər ayın 10-dək 1000 manat olmaqla ödənilməsini tələb etsin. Ümumilikdə hazırki Sazişin imzalandığı andan 01 may 2021-ci il tarixədək cəmi 10710,89 (on min yeddi yüz on manat səksən doqquz qəpik) manat ödəniləcəyi müqabilində, “X1”-na qarşı hazırki mübahisə ilə əlaqədar hər hansı tələb irəli sürməyəcəkdir. 2.2. “X1”-nın öhdəlikləri, hüquq və vəzifələri. 2.2.1. “X1” hazırki iş üzrə iddia qaldırılan vaxta 13 040,89 (on üç min qırx manat səksən doqquz qəpik) manat borcunun olduğunu qəbul edir və həmin məbləğin 2330 manat hissəsini bu Sazişin imzalanması anında, qalan hissəsini isə, hər ay 1000 manat, sonuncu ayda 710,89 manat olmaqla Sazişin imzalanmasından sonrakı hər ayın 10-dan gec olmayaraq - ümumilikdə hazırki Sazişin imzalandığı andan 01 may 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürür. 2.2.2. “X1” öhdəsinə götürür ki, bu Sazişin tam və bütünlükdə icrası ilə bağlı tərəflərin hərəkətlərinə maneə ola biləcək hər hansı hərəkətlərə yol verməyəcəkdir. 3. Digər şərtlər. 3.1 Hazırki barışıq sazişi ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini icra etməyən tərəf məsuliyyət daşıyır. 4. Sazişin müddəti. 4.1 Bu barışıq Sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin Saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. 5. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri. 5.1 Barışıq Sazişi məhkəmədə təsdiq edilir. Barışıq Sazişinin pozulması və ya layiqincə icra edilməməsi icra vərəqəsinin verilməsi və icra icraatının başlanması üçün əsasdır. 5.2 Bu saziş 3 (üç) orijinal nüsxədə imzalanır. Bir nüsxəsi “X1”, bir nüsxəsi "xxxx" Müəssisəsində saxlanılır, digər-nüsxəsi Bakı Kommersiya Məhkəməsinə təqdim edilir. Tərəflərə izah edilmişdir ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İcra sənədi üzrə icraata 05 noyabr 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Borclu təşkilat tərəfindən isə könüllü icra müddəti ərzində heç bir ödəniş edilməmişdir. Buna görə də icra məmuru tərəfindən məcburi icra tədbirləri həyata keçirilmiş, borclunun əmlak vəziyyətinin öyrənilməsi üçün ayrı-ayrı təşiklatlara sorğular verilərək müvafiq cavablar alınmışdır. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində heç bir ödəniş edilməmiş, həmçinin borclu təşkilatın nümayəndəsi icra şöbəsinə gəlməmiş və icra sənədinin icra edilməməsini səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu "xxxx" Firmasının rəhbəri Şəxs rəhbərlik etdiyi Firmaya bu günədək qərardaddakı ödənişi etməməsi, icra sənədlərinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədlərinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, "xxxx" Firmasının direktoru Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə "xxxx" Firmasının rəhbəri Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə "xxxx" Firmasının rəhbəri Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
"xxxx" Firmasının rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov