Məhkəmə qərarları › İş №3(004)-397/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-397/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-397/2024 30.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən o, 1500 manat məbləğində cərimə edilmişdir. O, sözügedən qərarla razı deyil. Belə ki, qərar onun və ya rəsmi nümayəndəsinin iştirakı olmadan qəbul edilmişdir. Bununla yanaşı bildirmək istəyir ki, adıçəkilən qərar poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə 15 nömrəli Uşaq Poliklinikasına daxil olmuşdur. Hesab edir ki, X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməlidir. Belə ki, X2 əmək müqaviləsinə xitam verilərkən qüvvədə olan əmək qanunvericiliyinə tələbləri rəhbər tutulmuşdur. Bunun bariz nümünəsi kimi Yasamal Rayon Məhkəməsinin № 2(004)-5757/2023 nömrəli 15 dekabr 2023-cü il tarixli Qətnaməsi göstərmək olar. Bununla yanaşı bildirir ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Hər hansı bir inzibati xəta törətmədiyi halda barəmdə əsassız olaraq protokol tərtib edilərək inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən cərimə olunmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş AR ƏƏSMN yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X7 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, AR ƏƏSMN yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərara əsasən X9 İXM-in 192.4 və 192.6-cı maddələri ilə təqsirli bilinmiş və törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilməklə 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən işəgötürən tərəfindən işçi X2 əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verildiyinə görə Əmək Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Bundan başqa iş materiallarında olan “Bakı şəhəri Baş Səhiyyə Mərkəzi” X13 15 nömrəli uşaq poliknikasının xx.xx.2023-cü il tarixli 243-k nömrəli əmrindən müəyyən edilir ki, 15 nömrəli uşaq poliknikasının 1-ci Pediatriya şöbəsinin sahə həkimi-pediatr vəzifəsində işləyən X2 bağlanmış 3YVTM7000100 nömrəli əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin b bəndinə - əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar 01,07.2023-cü il tarixindən xitam verilməsi və işçinin xx.xx.2018-ci il tarixindən xx.xx.2023cü il tarixədək istifadə edilməmiş 19 məzuniyyət gününün son haqq-hesabının qanunverciliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasının lazımi qeydlər aparılaraq özünə verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 45.1-ci maddəsin əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 68.2-ci maddəsinin “b” bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsası kimi göstərilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, 15 nömrəli uşaq poliknikasının 1-ci Pediatriya şöbəsinin sahə həkimi-pediatr vəzifəsində işləyən X2 bağlanmış 3YVTM7000100 nömrəli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməli olduğu halda, yalnışlıqla həmin Məcəllənin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar