Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3975/2023 02.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilən TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, X6 xx.xx.2023-cü il saat 11:11 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq 1 ünvanında yerləşən dairəyə öz istifadəsində olan "xxxx" MMC məxsus **-AB-*** qeydiyyat nişanlı avtomobillə dairəyə daxil olan zaman Bakı şəhəri, DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru polis serjantı X9 xidməti motor ilə qarşısına çıxmışdır. O, hərəkətdə olan avtomobili dairəyə daxil olmadan tamamilə dayandırmışdır, lakin inspektor uca səslə “niyə mənə yol vermirsən” deyərək avtomobilinə saxla əmri vermişdir. Qanuna müvafiq qaydada istifadəsində olan avtomobili saxlayaraq müvafiq sənədləri təqdim etdikdə inspektor, ona İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsində nəzərdə tutulmuş qayda pozuntusunu törətdiyini bildirərək İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli protokol tərtib etmişdir. O, protokoldan narazı olduğunda protokolun qeyd hissəsinə “etiraz edirəm” sözlərini yazaraq imza etmişdir. Lakin inspektor hadisəyə münasibətdə izahatını yazmağa icazə verməmişdir. O, sözügedən protokoldan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət vermişdir, şikayəti araşdırmada olduğu təqdirdə həmin protokol qərarlaşdırılmışdır və hal-hazırda üzərinə dəbbə(faiz) hesablanmaqdadır. Bununla əlaqədar Bakı şəhər DYPİ-nin inspektoru polis mayoru Rəşad Əliyev onu qəbul edərək şikayətinin əsassız olduğunu bildirmişdir. Lakin faiz (dəbbə) hesablanmasının araşdırılma müddətində X4 avtomatik qərarlaşdırıldığını bildirmişdir. Həmin cərimənin üzərində dəbbə (faiz) hesablanmasının dayandırılması barədə qərardad qəbul edilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ərizə təqdim etmişdir. Lakin hazıradək müddətin axını dayandırılmamışdır. Eyni zamanda bildirir ki, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP5761317 nömrəli xx.xx.2023-cü il tarixli qərara əsasən şikayətinin təmin olunmadığı müəyyən edilməkdədir. Bu qərar tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Həmin qərardan Yasamal Rayon Məhkəməsinə şikayət verilmişdir tərəfindən qismən ləğv edilərək yenidən baxılaraq Bakı şəhəri Yol Polisi İdarəsinə həvalə edilmişdir. Ona rəsmi məlumat verilmədən iştirakı olmadan təkrarən həmin protokol qüvvəyə minmişdir. Tərəfindən araşdırıldıqda bildirilmişdir ki, məhkəmənin qərarı əsassızdır protokol yenidən qüvvədə saxlanılmalıdır. Sonradan xx.xx.2023-cü il tarixdə TP5848324 nömrəli qərar qəbul edilmişdir. Həmin qərardan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada şikayət verilmişdir yuxarı vəzifəli şəxs tərəfindən protokolun ləğv edilməsi məsələsi həll edilməmişdir. Aşağıdaki əsaslara görə hesab edir ki, Bakı şəhər DYPİ-nin İnzibati xəta haqqında İXP5426066 nömrəli xx.xx.2023-cü il tarixli protokola əsasən təkrarən qəbul edilmiş TP5848324 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir: Protokol tərtib olunan zaman protokolda inzibati xətanın faktiki halları göstərilməmişdir yəni inzibati xətanın nədən ibarət olması qeyd edilməmişdir yalnız İXM-nin 327.2 maddəsi göstərilməklə tərtib edilmişdir. Belə ki həmin maddədə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. Maddənin hansı hissəsinin tələbinin pozulduğu qeyd edilmir. Bakı şəhər DYPİ olan video görüntüdə açıq aşkar dairənin ətrafında və ya yerdə avtomobilin hansı zolaqda dayandırılmasına işarə edən heç-bir nişan yoxdur. YPX inspektorunun idarə etdiyi motonun və avtomobillərin keçə biləcəyi qədər yol verərək tamam ilə avtomobilimi dayandırıb dairəyə daxil olan avtomobilləri və motonu gözləmişdir. Bakı şəhər DYPİ-nin İnzibati xəta haqqında İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli protokola əsasən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarın, protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onların iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şikayətçi məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsi, iclasın növbəti vaxta təxirə salınmasını xahiş etsə də, səhhəti ilə bağlı hər hansı bir tibbi sənədə istinad etməmiş, məhkəməyə göndərməmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilən TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 xx.xx.2023-cü il tarixdə saat 11:10 radələrində “NİSSAN SENTRA minik” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, M.Müşfiq küçəsində “nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulmasına görə” İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Şikayətdə göstərilən dəlillər isə inzibati məsuliyyəti istisna edən və ya inzibati məsuliyyəti aradan qaldıran hal kimi qiymətləndirilə bilmir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokoldan görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilən TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3975/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3975/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver