Məhkəmə qərarları › İş №3(004)-398/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-398/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-398/2024 23.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən Vəkil1 iştirakları ilə, xx.xx.1953-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvansız söyüşlər söyərək polisin qanuni tələbini qəsdən pozmuş və tabesizlik nümayiş etdirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədovun 3(004)- 6035/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən Vəkil1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 6035/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2461/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-6035/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı həmin hissədə ləğv edilmiş və inzibati xəta haqqında iş həmin hissədə yenidən baxılıb araşdırılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, ona istinad edilən əməlləri törətmədiyini bildirmiş və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda protokolda qeyd olunmuş inzibati xəta hadisəsi ilə bağlı iş materiallarına əlavə edilmiş DVD diksə baxış keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Vəkil1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs istinad edilən inzibati xəta hadisəsinin sübuta yetirilməməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 və protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarında olan DVD diskə baxış keçirərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsi iş materiaları ilə sübuta yetirilmir və ona görə də həmin maddə üzrə inzibati icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sübutlara konkret olaraq İş materiallarına əlavə edilmiş hadisənin videogörüntülərini özündə əks etdirən DVD disklərə məhkəmə iclasında baxış keçirən zaman xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunanlar öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, barəsində protokol tərtib edilmiş Şəxs münasibətdə İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş protokol əsasasızdır və həmin şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar