Məhkəmə qərarları › İş №3(004)-3982/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3982/2020

09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3982/2020 09.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-dən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00:10 radələrində Bakı şəhəri Yasamal rayonu M.Muxtarov küçəsində Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli 1166 nömrəli Fərmanına əsasən elan edilmiş hərbi vəziyyət dövründə komendant rejimi qaydalarını pozaraq xüsusi icazəsi olmadan küçədə və digər ictimai yerlərdə gəzişməsi faktı aşkar edilmişdir. Bununla da, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 517- 2.1-ci maddəsində (xüsusi icazə vərəqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə) nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin və protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada tutulmuş Şəxs xx xxxxxx 2003-cü il təvəllüdlü olmaqla onun yetkinlik yaşına çatmaması nəzərə alınmadan ona hüquqlarının müdafiəsi üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə vəkilin iştirakı məcburi olduğu halda vəkil təqdim edilməmiş, o cümlədən qanuni nümayəndəsi işə cəlb edilməmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli AZA seriyalı 003886 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00:40-da inzibati qaydada tutulmuş, həmin tarixdə saat 06:00-da həbsdən azad edilmişdir. Göstərilənlərlə yanaşı, yetkinlik yaşına çatmayan Şəxs ilk dəfə inzibati xəta haqqında iş üzrə icraata cəlb edilməsi nəzərə alınmaqla onun yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilmə hüququnun olmasına baxmayaraq, bununla bağlı protokol tərtib edən orqan tərəfindən zəruri tədbirlər görülməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. 16.2-ci maddəsinə əsasən inzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər. Həmin Məcəllənin 66.1.-ci maddəsinə əsasən isə inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Həmin Məcəllənin 91-ci maddəsinə görə səlahiyyətli orqan inzibati qaydada tutulmuş şəxsin qanunvericiliklə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat verməli, şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etməli, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmalıdır. İş materiallarından həmçinin müəyyən edilir ki, yetkinlik yaşına çatmayan barəsində inzibati xəta haqqında icraat açılan zaman bu barədə inzibati xəta haqqında işlər üzrə icraata nəzarət edən Yasamal rayon prokurorluğuna qanunvericiliyin tələbləri pozulmaqla məlumat verilməsi təmin edilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 54.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və yetkinlik yaşına çatmayan Şəxs müdafiə hüquqları pozulduğundan, eyni zamanda onun barəsində tərtib edilmiş protokol Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan maddələrinin tələbləri pozulmaqla tərtib edildiyindən və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları və nöqsanları işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Yetkinlik yaşına çatmayan Şəxs barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş material Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar