Məhkəmə qərarları › İş №3(004)-3984/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3984/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3984/2023 23.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Günay Abbaszadə tərəfindən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-617/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 39/İR/2021 №-li əmri ləğv edilməlidir. İcra sənədinin icrası təmin olunmamışdır. "xxxx" MMC icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də "xxxx" MMC icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Borclu "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, tələbkarla artıq razılıq əldə etmişdirlər. Protokolun geri qaytarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, "xxxx" MMCnin nümayəndəsi ilə artıq razılığa gəlmişdirlər. Protokolun geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra məmuru bildirdi ki, borclu və tələbkar öz aralarında razılıqları vardır. Məhkəmə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, protokol natamam olmuşdur. Çünki məhkəmədə müəyyən edildi ki, borclu icra sənədini icra etmək istəyir, tələbkarla borclu arasında bununla bağlı razılıq vardır. Lakin təqdim edilmiş protokolda qeyd edilənlər barədə nə borclunun, nə də tələbkarın izahatı olmamışdır. Halbuki, İXM-in 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları protokolda göstərilməlidir. Həmçinin İXM-in 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar kimi, hazırkı iş üzrə tələbkar ilə borclu arasında razılıq əldə edilməsi protokolda göstərilməmişdir. Belə bir halda tərəflər arasında razılıq vardırsa, onda inzibati xəta tərkibinin olması protokolda kifayət qədər əsaslandırılmamışdır. Bununla da İXM-in 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda əks etdiriləsi məlumatlar və protokola aid tələblərə əməl edilməyərək, hazırkı inzibati xəta haqqında protokolda əks etdirilməsi vacib olan həmin məlumatlar göstərilməmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Yasamal Rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar