Məhkəmə qərarları › İş №3(004)-3989/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3989/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3989/2024 19.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, X1 nümayəndəsi, vəkil X3 iştirakı ilə X9 və onun nümayəndəsi, vəkil X3 DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 22111356 saylı protokola əsasən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X9 və onun nümayəndəsi, vəkil X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 22111356 saylı protokola əsasən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin (VÖEN: **********) mülkiyyətində olan **-JJ-*** dövlət qeydiyyat nömrəli, Volkswagen Passat markalı minik avtomobili xx.xx.2023-cü il tarixində X8 ( Ş/V: AA 2156569, FİN: 1JF31XQ) və X5 ( Ş/V: AA0995351, FİN: 2VKP8HT) və X6 ( Ş/V: AZE 14978686, FİN: 15199VT) Azərbaycan Respublikası ərazisində idarə edilməsi üçün etibarnamələr verilmişdir. Avtomoli idarə edilərək etibar edilənlər müəyyən vaxtlarda avtomobili müəyyən postlarda və s baxış məntəqəqlərində istənildiyi və tələb edildiyi hallarda DYP-nin əməkdaşlarına təqdim etmişdir. Etibarnamə olmadan avtomobilin idarə edilməsi Qanunvericiliyə əsasən avtomobilin saxlanması və hətta dayanacağa yerləşdirilməsi üçün əsaslardan biridir. İndiyə qədər intizamlı idarə edildiyi üçün belə bir hal baş verməmiş və inzibati protokol/qərar tərtib edilməmişdir. MMC-**-JJ-*** dövlət qeydiyyat nömrəli, Volkswagen Passat markalı minik avtomobilini texniki baxişdan keçirərkən bir neçə inzibati protokol olduğu məlum olub. MMC-nin vəkili və nümayəndəsi (order və etibarnaməsi əlavə edilib) DYPİ-də olduqda bildirdilər ki, bundan başqa köhnə cərimələrdə var və hansı ki çoxdan guya olub onu da əlavə olaraq heç bir araşdırma aparmadan, MMC-yə sorğu və cavab alınmadan, qanunvericiliyə uyğun sübüt edilmədən sistemə saldıqları vəkil sorğusu zamanı bilinib. DYPİ-dən gəldikdən sonra DİN-liyinə cənab Vilayət Eyvazova şikayət ərizəsi yazılıb MMC-tərəfindən. Nizami rayon DYPİ-dən bildirşlə dəvət olduqda məlum oldu ki, MMC-yə bir neçə cərimlər eyni zamanda etibarnamə olmadan avtomobil idarə etmə və təkrarçılıqla cərimələr yazılıb, Yəni MMC barsində tərtib edilib. Amma heç bir cərimə barəsində nə MMC-yə rəsmi məlumatı göndərməyiblər, nə vaxt göndərildiyini, törədilmə görüntülərini təqdim edə bilməyiblər. Həmin ərəfələrdə onun cərimə ilə heç bir aidiyyəti olmayıb. Daha sonra bildirdilər ki, bu cərimələr sistemə salınıb ancaq Məhkəmə qərarı ilə ləğv edilə bilər. Və haqlı səhvlərini qəbul edib məhkəməyə müraciət etməli olunmalı olduğunu bildirdilər. xx.xx.2024-cü il tarixində Nizami RPİ-nə rəsmi olaraq tərtib edilmiş 2021-ci il tarixindən hal hazırkı tarixə qədər bütün inzibatı xətalararın qərarının təqdim edilməsi barədə “Vəkil sorğusu” təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli Vəkil Sorğusu təqdim etdikdən sonra, yəni ki, xx.xx.2024-cü il tarixində təqdim edillmiş, verilmiş qərarla həmin cərimələrin ona yazıldığını bilmişdir. Həmçinin təqdim edilmiş qərarın tarixinə baxdıqda böyük əksəriyyətinin eyni tarixdə (xx.xx.2024-cü il tarixinə) olması yuxarıda qeyd etdiklərini bir daha sübüt edir. Cəmiyyətə və ona heç bir məktub, bidliriş göndərilmədikləri məlum olduğu üçün bütün cərimələri adından araşdırmadan, yoxlamadan, sürücülük vəsiqəsinin olmasına baxmayaraq, ümümiyyətlə o vaxt kimin idarə etməsi barədə cavab almadan, fotorəsmlər olmadan, video görüntü olmadan X4 adına rəsmiləşdirmişlər. Hansı ki sonradan rəsmiləşdirməni belə düzgün etməyiblər, İXM normalarını prosessual müddətləri, tarixləri və.s. halları, normaları kobud pozmaqla vəziyyətdə çıxılmağa çalışılmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 22111356 saylı protokola əsasən xx.xx.2024-cü il tarixli qərarla 50 manat məbləğində cərimə olan inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 nümayəndəsi, vəkil X7 şikayəti müdafiə edərək təmin olunmasını və xx.xx.2024-cü il tarixli EQ 22111356 saylı protokola əsasən xx.xx.2024-cü il tarixli qərarla 50 manat məbləğində cərimə olan inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə tərəfindən təqdim olunması tələb olunan iş materiallarını təqdim etməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 22111356 saylı protokola əsasən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 22111356 saylı protokola əsasən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 xx.xx.2024-cü il tarixində, saat 09:47-də Xətai rayonu, Y.Səfərov küçəsi, Azeriqaz SC-nin qarşısı Mərkəz ist 1-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinin tələblərini pozduğu üçün barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan və inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli EQ 22111356 saylı protokola əsasən xx.xx.2024-cü il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X9 barəsində olan xx.xx.2024-cü il tarixli EQ 22111356 saylı protokola əsasən xx.xx.2024-cü il tarixli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, hadisənin videogörüntüsünə baxış keçirilməli, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X9 və onun nümayəndəsi, vəkil X3 şikayəti qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 22111356 saylı protokola əsasən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X9 və onun nümayəndəsi, vəkil X3 şikayəti qismən təmin edilsin. X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 22111356 saylı protokola əsasən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar