Məhkəmə qərarları › İş №3(004)-399/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-399/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-399/2021 26.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2-ci ərazi Dövlət X2 xx.xx.2020-ci il tarixli, MN №0486177 saylı və xx.xx.2021-ci il tarixli MN №0486193 saylı inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2-ci ərazi Dövlət X2 xx.xx.2020-ci il tarixli, MN №0486177 və xx.xx.2021-ci il tarixli MN №0486193 saylı inzibati tənbeh vermə haqqında qərarlarını ləğv edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş şikayət ərizəsinə əlavə edilmiş qərarlardan aydın olur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2-ci ərazi Dövlət X2 MN №0486177 saylı qərarı xx.xx.2020-ci il tarixdə, MN №0486193 saylı qərarı isə xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. X3 sözügedən qərarlardan şikayət ərizəsini xx.xx.2021-ci il tarixdə poçta qoymuş, şikayət xx.xx.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2-ci ərazi Dövlət X2 xx.xx.2021-ci il tarixli MN №0486193 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddəti (10 gün) ötürülməsə də, xx.xx.2020-ci il tarixli, MN №0486177 saylı qərardan şikayət vermə müddəti ötürülmüşdür. Hazırda şikayətçi X3 eyni şikayət ərizəsində hər iki qərarın ləğv olunmasını xahiş etsə də, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan səbəbə görə hazırda bu məsələyə baxılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2-ci ərazi Dövlət X2 xx.xx.2020-ci il tarixli, MN №0486177 saylı və xx.xx.2021ci il tarixli MN №0486193 saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayəti Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzürlü sayılmasına dair vəsatət verilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2-ci ərazi Dövlət X2 xx.xx.2020-ci il tarixli, MN №0486177 saylı və xx.xx.2021-ci il tarixli MN №0486193 saylı inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar