Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-399/2023 27.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin “TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə tənbeh vermə qərarının ləğv edilməsini xahiş etmişdir. Lakin barəsində şikayət verilmiş həmin qərar X7 adlı şəxs barəsində qəbul edilmişdir. Qərarda da bu şəxsə aid məlumatlar yazılmışdır. Yəni barəsində qərar qəbul edilmiş şəxs başqa adamdır, şikayət vermiş şəxs isə başqa adamdır. Məhkəmə iclasında X5 bildirdi ki, qərarda adı göstərilən X7 adlı şəxsi tanımır, onun adından şikayət vermək üçün müvafiq səlahiyyətlərə malik etibarnaməsi yoxdur. Ona görə də hesab edir ki, onun avtomobili barədə başqa şəxsin adına cərimə yazılması qanunsuzdur, bu səbəbdən də şikayət etmişdir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxsin özü və ya onun müdafiəçisi inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Bununla da E.Heydərov adlı şəxs barəsində qəbul edilmiş qərardan şikayəti Q.Məmmədov vermişdir. Q.Məmmədovun həmin şikayəti E.Heydərov adından imzalamaq səlahiyyətinə dair şikayətə hər hansı bir sənəd əlavə edilməmişdir. Bununla da şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi üçün hazırkı şikayətə baxılması mümkün olmadığından, şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 128-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət və ya protest veri bilməz. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-399/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-399/2023
27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver