Məhkəmə qərarları › İş №3(004)-3998/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3998/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3998/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru X1 tərəfindən daxil olmuş Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs MMC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli 2(004)- 1906/2024 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, təqdim edilmiş materiallar onu tərtib etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarında olan cavabdeh Şəxs MMC tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 2(004)-1906/2024 saylı iş üzrə qətnamənin icra üsulunun dəyişdirilməsi üçün ərizə verilmişdir. Hal-hazırda isə həmin ərizəyə baxılmasının nəticəsi barədə iş materiallarında hər hansı bir məlumat yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli 2(004)-1906/2024 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi üzrə ərizənin nəticəsi ilə bağlı iş materiallarında heç bir məlumat olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Yasamal rayon icra şöbəsinə geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar