Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-40/2024 25.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, "xxxx" MMC-nin direktoru X6 vəkili və eyni zamanda nümayəndəsi X5, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 4 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: "xxxx" MMC-nin direktoru X10 məhkəməyə şikayət verərək AR ƏƏSMN yanında DƏMX-in Bakı şəhər İdarəsinin 4 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 noyabr 2023-cü il tarixli, ******* nömrəli protokolu əsasında "xxxx" MMC-nin direktoru X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi əsas gətirilərək xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar qəbul edilməklə X10 şərti olaraq 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Belə ki, X14 Xidmətinin Bakı Şəhər İdarəsində X11 müraciətinə baxılarkən bu barədə onlara heç bir məlumat verilməmiş və ətraflı araşdırma aparılmadan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixdə rəsmi qaydada onlara təqdim olunsa da, 23 noyabr 2023-cü il tarixli, ******* nömrəli protokol hazırki vaxta qədər təqdim edilməmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda "xxxx" MMC-də X11 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə əmək qabiliyyətinin olmamasına baxmayaraq xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi göstərilmişdir. Həmin qərarla əsassız və qannusuzdur. Belə ki, onlar tərəfdən təqdim olunmuş materialları, aktların və əmrlərin surətlərini nəzərə almadan birtərəfli qaydada və ətraflı araşdırma aparılmadan qərar qəbul edilmişdir. Şikayətə əlavə edilən əmrlərin surətlərindən də göründüyü kimi X12 "xxxx" MMC-də çalışdığı müddət ərzində dəfələrlə nizam-intizam qaydalarını pozmuş və onun barəsində intizam tənben tədbirləri tətbiq olunmuşdur. Belə ki, 4 sentyabr 2023-cü tarixli, 334 nömrəli əmrdə "xxxx" MMC-nin müalicə işləri üzrə direktor müavini X11 2 sentyabr 2023-cü ildə xəstəxana daxili vəzifəsindən istifadə edərək nizam-intizam qaydalarını pozması qeyd olunmaqla onun barəsində intizam tənbeh tədbiri tətbiq olumuşdur. Lakin şikayətə əlavə edilmiş "İşçinin töhmət verilməsi ilə bağlı əmrlə tanış olduqdan sonra imtina edilməsi barədə" 4 sentyabr 2023-cü il və 14 sentyabr 2023cü il tarixli tarixli aktlardan göründüyü kimi X12 "xxxx" MMC tərəfindən verilmiş 334 nömrəli əmrlə tanış olmaqadan və sənədi imzalayıb bir nüsxəsini almaqdan imtina etmişdir. İşçi imtinasının səbəbini izah etməmişdir. Həmçinin 14 sentybar 2023-cü il tarixli, 360 nömrəli əmrdə isə X11 14 sentyabr 2023-cü il tarixində əmək funksiyasını qismən yerinə yetirmədiyinə görə intizam qaydalarını pozması və sairə göstərilmişdir. Bununla əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC Klinikaya məxsus obyektdə plandankənar yoxlama keçirilmişdir. Həmin yoxlama nəticəsində qəbul edilmiş yoxlama materiallarına baxılmanın nəticələri üzrə 13 sentyabr 2023-cü il tarixli, 1075 nömrəli qərara əsasında müəyyən olunmuşdur ki, tibb müəssisəsində tibbi qeydiyyat sənədlərinin təmin olunmasında çatışmazlıqların, müəssisədaxili tibbi və digər aidiyyətli işlərin təşkilində boşluqların olmasını göstərilir. Xəstəlik tarixinin bir neçə hissəsində qeydlər və imzalar yoxdur, diaqnoz və təyinata dair qeydlər tam aparılmayıb, xəstəlik tarixində xəstənin müşahidəsi, müalicəsi, evə yazılması və digər məlumatlar tam qeyd olunmamışdır. (Xəstəlik tarixində stasionar şöbəyə daxil olunması və çıxarılması ilə bağlı növbətçi personala dair və digər sənədlərdə xəstənin hansı vəziyyət və şəraitdə evə yazılması, klinikadan çıxarılması və yaxud ölümünə dair heç bir qeydiyyat yoxdur.) Göründüyü kimi "xxxx" MMC tərəfindən 14 sentybar 2023-cü il tarixli, 360 nömrəli Səmədov Səmədin əmək funksiyasını qismən yerinə yetirməməsi barədə əmrin çıxarılmasından 1 gün əvvəl, yəni 13 sentyabr 2023-cü il tarixdə "xxxx" MMC-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən yoxlama aparılmış və "xxxx" MMCnin fəaliyyətində nöqsanlar aşkar edilmişdir. Həmin hallarla əlaqədar araşdırma aparıldığı zaman 14 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş aktdan göründüyü kimi "xxxx" MMCnin müalicə işləri üzrə direktor müavini (baş həkim) X1 düzgün və vaxtında icra etməməsi, iş rejimini vaxtaşırı pozaması, onun səlahiyyətinə aid sənədləşmələrin vaxtlı vaxtında aparılmaması müəyyən olunmuşdur. Belə ki, cari il ərzində xəstəxanada 2 ölüm faktı baş həkim X11 məsuliyyətsizliyi səbəbindən sənədləşməmiş, 7 hal üzrə xəstələrə vaxtında tibb arayışı verilməmişdir. X3 xx.xx.2023-cü il tarixdə istədiyi vaxta işə gəlmiş və istədiyi vaxtda da işi tərk etmişdir. Bütün bu kimi hallar xəstələrin narazılığına səbəb olmuşdur. Bunun da nəticəsində X12 tərəfindən əmək funksiyalarını lazımınca yerinə yetirməməsi qənaətinə gəlinərək 14 sentybar 2023-cü il tarixli, 360 nömrəli əmrlə onun barəsində intizam tənbeh tədbiri seçilmiş, gələcəkdə belə hallar baş verdikdə qanunvericiliyə əsasən ona qarşı daha ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla belə X12 dəfələrlə xəbərdaqlıq edilməsinə baxmayaraq öz əmək funksiyalarını pozmaqda davam etmiş və buna görə də onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Həmin müddət ərzində onun əmək qabiləyyətinin olmaması da şübhə doğurur. X7 həmin müddət ərzində bir neçə dəfə "xxxx" MMC-yə gəlmiş və hər zaman olduğu kimi istədiyi vaxt işi tərk etmişdir. Belə ki, də onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin pozuntusu hallarına yol verilməmişdir. Bundan başqa S.Səmədovun "xxxx" MMC-də baş həkim vəzifəsində çalışmasına və klinikanın bütün lazımi avadanlıqlara malik olmasına baxmayaraq yol verdiyi nöqsanlara görə onun barəsində "xxxx" MMC tərəfindən araşdırma aparıldığını bildikdən sonra Abşeron Rayonunda yerləşən tibb müəssisəsinə müraciət etmişdir. Bu da öz növbəsində S.Səmədovun xəstəliyinin olmasını da sual altına alaraq onun əslində yol verdiyi nöqsanlara görə məsuliyyədən yayınmaq məqsədilə qeyri-rəsmi yollarla bülleten aldığını ortaya qoyur. Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, X12 tibbi fəaliyyətlə məşğul olmaq üçün lazımi lisenziya olmadan "xxxx" MMC-də baş həkim vəzifəsində çalışmışdır. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 4 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şikayət vermiş Olimp-Hospital MMC-nin direktoru X6 vəkili və eyni zamanda nümayəndəsi X8 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 4 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqanın nümayəndəsi X4 bildirmişdir ki, qəbul edillmiş qərar qanunidir və bununla bağlı sübutlar iş materialına əlavə edilməsi üçün məhkəməyə təqdim olunumuşdur. Buna görə də şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 4 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, işəgötürən "xxxx" MMC-nin direktoru X10 tərəfindən "xxxx" MMC-də işləyən X11 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə əmək qabiliyyətinin olmamasına baxmayaraq əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və eyni zamanda S.M.Səmədovun son haqq-hesabının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Buna görə də "xxxx" MMC-nin direktoru X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrlərində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Masazır Ailə Sağlamlıq Mərkəzindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə əmək qabiliyyəti olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 383 saylı “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin surətindən görünür ki, “Olimp-Hospital" bölməsində “Müalicə işi üzrə direktor müavini” (Baş həkim) vəzifəsində işləyən X12 ilə bağlanmış əmək müqaviləsinə ARƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrlərinə əsasən, müvafiq olaraq işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə və işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Belə ki, tərtib olunmuş protokol və işə əlavə edilmiş materiallardan açıq-aşkar görünür ki, “Olimp-Hospital" MMC-nin müalicə işləri üzrə direktor müavini X11 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə əmək qabiliyyəti olmamasına baxmayaraq onunla bağlanmış əmək müqaviləsinə "xxxx" MMC-nin direktoru X10 tərəfindən xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70cü maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Halbuki Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə onunla əmək müqaviləsinin ləğv edilməsini qadağan edən hal kimi qeyd edilmişdir. Bundan başqa həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Olimp-Hospital MMC-nin direktoru X10 tərəfindən "xxxx" MMC-də işləyən X11 xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək müddətdə əmək qabiliyyətinin olmamasına baxmayaraq əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və eyni zamanda S.M.Səmədovun son haqq-hesabının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrlərində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında 4 dekabr 2023-cü il tarixli, MN ******* saylı tarixli qərar qəbul edilmişdir. Beləliklə Məhkəmə hesab edir ki, Olimp-Hospital MMC-nin direktoru X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrlərində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 4 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Olimp-Hospital MMC-nin direktoru X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 4 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apelliyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-40/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-40/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver