Məhkəmə qərarları › İş №3(004)-40/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-40/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-40/2025 08.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı AZ1012, ünvan 1 «Geoengineering” ASC (VÖEN: 1********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: AZ1012, ünvan 1 «Geoengineering” MMC barəsində məhkəməyə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən xx.xx.2024-cü il tarixli, EP0187653 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/028167 saylı xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar müəyyən edilmişdir ki, həmin raportda qeyd edilən "GEOENGİNEERİNG” ASC tərəfindən **********6828 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2024-cü il tarixdən bitmiş, lakin "GEOENGİNEERİNG” ASC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/028167 saylı xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda qeyd edilən "GEOENGİNEERİNG” ASC tərəfindən **********6828 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2024-cü il tarixdən bitmiş, lakin "GEOENGİNEERİNG” ASC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2021- ci il tarixli **********6828 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş yüklərin ölkə ərazisinə geri qaytarma müddətinin son tarixi bəyan olunduğu gündən 1(bir) il müddət, yəni xx.xx.2022-ci il tarix, "GEOENGİNEERİNG” ASC tərəfindən verilmiş xx/xx/017400 nömrəli xx.xx.2022- ci il tarixli müvəqqəti idxal(ixrac) müddətinin uzadılmasına dair ərizə əsasında xx.xx.2023-cü il tarix və 3-33-1100/1-023285/2023 nömrəli xx.xx.2023-cü il tarixli müvəqqəti idxal(ixrac) müddətinin uzadılmasına dair ərizə əsasında xx.xx.2024-ci il tarix müəyyən edilmişdir.Qeyd olunan raportda göstərilənlər dən araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs ASC xx.xx.2021-ci il tarixli **********6828 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti İxrac” gömrük prosedurunda bəyan edilən yüklərin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi xx.xx.2024-cü il tarix müəyyən edilsədə, adı qeyd olunan Açıq Səhmdar Cəmiyyəti tərəfindən bəyan ediləm malların öhdəlik müddəti bitənədək digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir və malların öhdəlik müddəti bitdikdən 18(on səkkiz) gün sonra xx.xx.2024-cü il tarixdə 3-33- 1100/012/028167 nömrəli raportla hüquqpozma faktı aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3-cü bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir və göstərilən müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Qeyd olunan raportda göstərilənlər araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən **********6828 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitmişdir. Lakin öhdəlik müddətinin bitməsinə baxmayaraq şirkət tərəfindən yüklərin digər gömrük proseduru altında rəsmiləşməsinə dair tədbir görülməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydalan”nın 3-cü bəndinə əsasən müvəqgəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında galma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir və göstərilən müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məgsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Bununla da Şəxs ASC İXM-in 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, EP0187653 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxs) və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs ASC - nin əməlində inzibati xətanın tərkibi var və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin Əməliyyat və istintaq İdarəsinin raportundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 nömrəli 14 yanvar 2014-cü il tarixli “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının 7.1-ci bəndinə əsasən daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti 2 (iki) ildən artıq olmamalıdır. Həmin qərarın 7.6-cı bəndinə əsasən icazə sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı daxildə emal xüsusi gömrük prosedunun başa çatma müddətinin 1 (bır) ilədək uzadılması barədə qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «Geoengineering” ASC-nin İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 499.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə gaytarılması məcburi olan, əvvəllər müvəggəti gətirilmiş və ya aparılmış mallar və ya nəgliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmagla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə gaytarılmasına görə, yəni: on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə gaytarılması inzibati məsuliyyətə səbəb olur. «Geoengineering” ASC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, xx.xx.2024-cü il tarixli raport, Gömrük Xidmətinin “X1 sistemi” informasiya resursundan çıxarış və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Geoengineering” ASC İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi olmaqla 1200 manat (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar