Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4008/2023 09.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yuxarı dairəvi küçəsi 212-də olan Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Prokurorluğu Bakı Şəhər Yasamal Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Prokurorluğu Bakı Şəhər Yasamal Rayon Prokurorluğu tərəfindən Şəxs ASC barəsində İXM-in 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul olunmuşdur ondan ötəri ki, həmin MMC tərəfindən ünvan 2 ünvanında yerləşən Şəxs ASC-də avtokar sürücüsü işləyən X2 07 fevral 2023-cü il tarixdə həmin avtomaşını təmir edərkən əlinin dəmir qaldırıcıda qalması nəticəsində xəsarətlər alması faktı müəyyən edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Fazil Nəsibov bildirdi ki, ümumiyyətlə Şəxs ASC barəsində tərtib edilən qərar qanunsuzdur. Çünki Yasamal Rayon prokurorluğunun daha əvvəlki müraciəti əsasında Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs ASC İXM-nin 198.2-ci maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə edilmişdir. Odur ki, eyni inzibati xətaya görə eyni maddə üzrə Yasmaal Rayon Prokurorluğunun təkrar məhkəməyə müraciət etməsi əsassızdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh vermək haqqında hakimin səlahiyyətli orqanın qərarı olduqda inzibati xətalar haqqında iş üzrə icraat rədd edilir. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Yasamal rayon prokurorunun köməkçisi Mayıl Vəliyev bildirdi ki, Şəxs ASC həqiqətən də həmin inzibati xətanı törətmişdir. Ona görə də ASC barəsində inzibati tənbeh qərarı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 3(004)-3870/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs ASC, həmin şirkətdə sürücü işləyən X2 xx.xx.2023-cü il tarixdə həmin avtomaşını təmir edərkən əlinin dəmir qaldırıcıda ilişərək qalması nəticəsində xəsarətlər almasına görə, İXM-nin 198.2-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə edilmişdir. Bununla da Şəxs ASC-nin inzibati tənbeh edildiyi Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından 1 il keçməmiş eyni əmələ görə Şəxs ASC barəsində hazırkı inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur. Beləliklə MMC barəsində eyni inzibati xətaya görə İXM-nin 198.2-ci maddəsi ilə 1 dəfə inzibati tənbeh etmək haqqında qərar qəbul edilmiş, bundan sonra eyni pozuntulara görə 1 il keçməmiş eyni maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən də hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-4008/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4008/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver