Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4011/2023 25.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Ağdaş rayonu, Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Ağdaş rayonu, Şıxlı ərazi dairəsi, Şıxlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X3 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 25 iyul 2023-cü il tarixdə saat 01:11-də Bakı şəhəri, Yasamal rayonu, Salamzadə prospektində qeyri-etik ifadələr işlədərək ictimai qaydanı pozmuş cəmiyyətə açıq hörmətsizlik etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 protokolu müdafiə edərək bildirmişdir ki, Yasamal RPİ-nin DYPŞ-nin YPX-nın polis əməkdaşları 25 iyul 2023-cü il tarixdə saat 01:11 radələrində Salamzadə prospektində xidmətdə olarkən Şəxs avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən saxlanılmışdır. Ondan sənədlərini təqdim edilməsi istənilmiş Yaqub Salahov bundan imtina etmişdir. Şəxs törətdiyi qayda pozuntusu izah edilmiş avtomobilin müvəqqəti duracağa təmin ediləcəyi və bu səbəbdəndə avtomobilin avtomobilin açarını təqdim etməsi bildirildikdə o açarı götürərək gizlətmişdir. Bundan sonra telefonla zəng edərək dostlarını həmin yerə çağırmışdır. Daha iki avtomobil oraya yaxınlaşmış və hər üç şəxs birlikdə polis əməkdaşları ilə kobud danışaraq səs-küy salmağa başlamışlar. Şəxs və digər şəxslər polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilsədə onlar buna məhəl qoymayaraq daha da aqressivləşmiş və öz qanunazidd hərəkətlərinə davam etdirmişlər. Buna görədə Şəxs və digər şəxslər 27-ci polis bölməsinə təmin edilmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, 25 iyul 2023-cü il tarixdə Yasamal rayonu, Tbilisi prospekti ilə hərəkətdə olarkən YPX əməkdaşları ərəfindən verilmiş saxla əmrinə tabe olaraq dayanmışdır. Polis əməkdaşı ona yaxınlaşaraq hara təsləsdiyini bildirdikdə atasının xəstə olduğunu bu səbəbdən təsdiyini bildirmişdir. Avtomobilə yaxınlaşmağı istənilmiş o da buna etiraz etməyərək yaxınlaşmış və alkotesterdən keçərək sərxoş olmadığı müəyyən edilmişdir. Polis əməkdaşları avtomobilin müvəqqəti duracağa yerləşdirilməli olduğunu bildirmişdir. Avtomobil şirkətə məxsus olduğundan şirkət əməkdaşlarını oraya çağırmışdır. Bundan sonra o avtomobilin açarı oturacağın altına düşdüyü üçün polis əməkdaşları bunu tabesizlik olaraq qiymətləndirmişlər. Bundan sonra polis əməkdaşları əsassız olaraq ƏÇPA-nın əməkdaşlarını çağıraraq onları 27-ci polis bölməsinə aparmışlar. Onlar tərəfindən səs-küy salınmamış və polisin hər hansı qanuni tələbinə tabesizlik edilməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, 25 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Salamzadə prospektində xidmətdə olarkən “Toyota Prado” markalı avtomobilin sürücüsü tərəfindən qayda pozuntusuna yol verildiyi üçün saxlanılmışdır. Sürücüyə yaxınlaşaraq ona törədilmiş qayda pozuntusunu izah etmiş bundan sonra sürücüdan sənədlər tələb edilmiş, lakin sürücü etibarnamə təqdim edə bilmədiyi üçün avtomobilin müvəqqəti duracağa təmin edilməli olduğu izah edilmişdir. Bu zaman işlək vəziyyətdə olan avomobilə yaxınlaşaraq, açarı çıxarıb oturacağın altına atmışdır. Bundan sonra sürücü tərəfindən daha iki şəxs həmin yerə çağırılmış və onlarla birlikdə sürücü səs-küy salmağa başlamışlar. Onlar tərəfindən dəfələrlə həmin şəxslər nizam-intizama dəvət edilsədə buna məhəl qoymayaraq öz qanunazidd hərəkətlərini davam etdirmişdir. Bundan sonra ƏŞPA-nın əməkdaşları tərəfindən 27-ci polis bölməsinə təmin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin DYPŞ-nin YPX inspektorları Zabil Qiyasov və Hüseyn Bayramov tərəfindən həmin polis bölməsinin rəhbərliyinə ünvanlanmış 25 iyul 2023-cü il tarixli raportdan görünür ki, 5 iyul 2023-cü il saat 01:11 radələrində Salamzadə prospektində 28 saylı avtopatrulla xidmətdə olan zaman ağ rəngli “Toyota Prado” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomaşının çox kobud şəkildə yol hərəkəti qaydalarını pozaraq sərt manevrlər edərək idarə etdiyini görmüşlər. Onlar sürücünü saxlamış bu zaman sürücü özünü qeyri-adekvat apararaq suallarından və tələblərindən yayınmağa başlamışdır. Üzərində heç bir sənəd, yol vərəqəsi və etibarnamə olmamışdır. Onların tələblərinə laqeyd yanaşaraq telefonla digər şəxslərə zəng edərək onları küçə söhbətinə aparmaq üçün hadisə yerinə çağırmış və tələblərindən yayınmışdır. Bir neçə dəqiqə sonra ağ rəngli “BMW F30” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-Benz Galenwagen” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomaşın sürücüləri polis maşınının qarşısını kəsərək üzərlərinə gəlib həmin sürücünü saxlama səbəbini soruşaraq xidməti fəaliyyətlərinə ciddi çətinlik və müdaxilə edərək onlara mane olmağa xidmət aparmağa əngəl olmağa çalışmışlar. Onlar həmin iki şəxsin üzərlərinə gəlməsindən və onlara problem yaratmasından narahat olaraq dərhal köməyə çevik naryadından kömək istəyərək sürücülərin qanunları heçə sayaraq polis əməkdaşının qarşısını kəsərək özbaşınalıqlar etməyə çalışmalarının qarşısını almaq üçün çağırmışlar. Çevik naryadları köməyə gələrək dərhal bu məsələyə müdaxilə etmiş və onları 27-ci PB-nə dəvət etmişlər. İnzibati qaydada tutma haqqında 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01:25-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsi və xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 25 iyul 2023-cü il tarixdə Yasamal RPİ-nin DYPŞ-nin YPX-nın polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və xırda xuliqanlıq etmişdir. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama və xırda xuliqanlıq kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 25 iyul 2023-cü il tarixdən saat 01:11-dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 25 iyul 2023-cü il tarixdən saat 01:11-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4011/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4011/2023
25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver