Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4011/2025 12.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Bakı şəhəri Yasamal rayon prokurorluğunun nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon prokurorluğundan daxil olmuş 10 iyun 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, fiziki şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, MİDA 1, 22 nömrəli binanın qarşısında aralarında yaranmış mübahisə zamanı X2 əli ilə vuraraq qəsdən sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan döymə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon prokurorluğunun nümayəndəsi X6 “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarın məzmununa uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Nərminə Quliyevanın övladları ilə birlikdə yaşadığı ünvana getmiş, övladlarını gəzintiyə aparmaq istəmiş, övladının cibində olan telefonu evə qoymasını tələb etmiş, lakin Nərminə buna etiraz etdikdə o, övladının telefonunu aparmasına icazə vermiş, lakin bu zaman Nərminə fikrinin dəyişdiyini və uşaqları gəzməyə aparmağına icaz vermədiyini bildirdi. Bundan sonra aralarında münaqişə yarandı və Nərminə onun üzərinə hücum çəkdi. O, övladları ilə binanı tərk edən zaman Nərminə arxalarınca gələrək səs-küy salaraq onun üzərinə hücum çəkdi. Bu zaman Nərminə müvazinətini itirərək yerə yıxıldı. Daha sonra Nərminənin sakitləşməyəciyini gördüyü üçün övladlarını ona təhvil verərək həmin ərazidən uzaqlaşdı. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 may 2025-ci il tarixli qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan X3 xx.xx.2025-ci il tarixdə Şəxs münaqişə edərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirməsi müəyyən edildiyindən toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması səbəbi ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs xx.xx.2025-ci il tarixdə X3 dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tədbir görülməsi üçün materialın ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi, qəbul edilmiş qərarın surətinin maraqlı tərəflərə göndərilməsi və həmin qərardan Azərbaycan Resçsblikası CPM-in 212.3cü maddəsinə əsasən yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüquqlarının olmasının izah edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna təqdim edilməsi, toplanmış material saxlanılması üçün Bakı şəhər Yasamal rayon prokurorluğunun arxivinə təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 canlı şəxsin ekspertizasının 17 mart 2025-ci il tarixli, 217 saylı rəyindən görünür ki, vətəndaş X1 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ bazu nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, fiziki şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, MİDA 1, 22 nömrəli binanın qarşısında aralarında yaranmış mübahisə zamanı X2 əli ilə vuraraq qəsdən sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan döymə inzibati xətanı törətmişdir. Fiziki şəxs Şəxs (FİN: xxxxxxx)xx.xx.1987-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsi, bağ evi 76 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, qərar və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilməsi, qərarın surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi qərara alınmışdır; Zərərçəkmiş şəxs X1 polis şöbəsində verdiyi izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixində saat 18:55 ərəfələrində birgə nikahdan olan övladları ilə birlikdə yaşadığı ünvanda olan zaman keçmiş həyat yoldaşı Şəxs həmin ünvana gələrək övladlarını gəzdirmək üçün aparan zaman qızı Amiraya telefonunu evdə qoymağını tələb etdikdən sonra onu söyməyə başlamış, uşaqları liftə salaraq qızının getmək istəməməsinə baxmayaraq onu güclə evə salmışdır. Övladlarının çöldə olduğunu gördükdən sonra qışqırmağa başlamış və onun məhkəməyə getməsini, daha sonra qızını gəlib götürməsini dedikdə onu söyməyə davam etmiş, səsə qonşular çıxmışdır. Daha sonra uşaqları 1-ci mərtəbəyə endirmiş, o isə onların arxasınca gedərək oğlunu almağa cəhd edən zaman Anar onun boynunu sıxaraq hərəkətsiz hala gətirmiş, ona müxtəlif xəsarətlər yetirmiş, qonşuların köməyi ilə oğlunu evə aparmaq istəmiş, o isə naməlum istiqamətə uzaqlaşmışdır. O, heç vaxt uşaqlarının ataları ilə görüşməsinə məhdudiyyət qoymamış, Anar isə övladlarına onların psixoloji vəziyyətinə təsir edəcək kinolar izlətdiyi üçün narazıçılığını bildirmişdir. Bədən xəsarətlərinin olduğu üçün tibbi ekspertizadan keçmək istədiyini bildirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs polis şöbəsində verdiyi izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində N.Quliyevanın övladları ilə birlikdə yaşadığı ünvana getmiş və övladlarını gəzintiyə aparmaq istədiyini demişdir. N.Quliyeva əvvəl icazə vermiş və onlar qapıdan çıxan zaman qızı Amiranın cibində telefon olduğunu görmüş və itirməyindən ehtiyyat edib mobil telefonunu evə qoymağını tövsiyyə etmişdir. Bu zaman Nərminə binanın dəhlizində səs-küy salmağa başlamış, o, onun sakitləşməyəcəyini görmüş və qızı Amiranın mobil telefonu üzərində götürməyinə icazə vermiş və mobil telefonu onun cibinə qoymuşdur. Bu zaman Nərminə fikrindən döndüyünü və uşaqları gəzdirməyinə icazə vermədiyini bildirmişdir. Bundan sonra aralarında münaqişə yaranmış və Nərminə onun üzərinə hücum çəkmişdir. O, övladları ilə binanı tərk edən zaman Nərminə arxalarınca gəlmiş və binanın qarşısında səs-küy salaraq, uşaqları əlindən almaq məqsədi ilə üzərinə hücum çəkmişdir. Bu zaman o, müvazinətini itirmiş və yerə yıxılmışdır. Bundan sonra o, çığıraraq oradan keçən şəxslərdən kömək istəmiş və “uşaqları götürüb, məni də öldürmək istəyir” demişdir. Yoldan keçən şəxslər onlara yaxınlaşmış və o, onlara vəziyyəti izah etmişdir. Həmin şəxslər də Nərminəyə iradlarını bildirərək, belə çığırmağa ehtiyyac olmadığını söyləmişlər. Bundan sonra o, onun sakitləşməyəcəyini görüb övladlarını ona təhvil vermiş və oradan uzaqlaşmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX ADNŞ obyektləri üzrə Yanğından Mühafizə Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-18-102/2-103- 142/25 nömrəli arayışdan görünür ki, Şəxs həqiqətən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 47 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin manqa komandiri vəzifəsində xidmət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X1 döyülməsi və bununla da, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin polis şöbəsində verdiyi izahatı, qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 canlı şəxsin ekspertizasının 17 mart 2025-ci il tarixli, 217 saylı rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsi vurmadığını göstərsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə AR İXM-nin 157-ci maddəsinə münasibətdə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-4011/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4011/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver