Məhkəmə qərarları › İş №3(004)-4016/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4016/2020

27.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4016/2020 27.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi ilə, X1 tərəfindən verilmiş “Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsinin xx xxxxxx 2020-ci il tarixli protokolunun qərarının ləğv edilməsi” barədə şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsinin xx xxxxxx 2020-ci il tarixli protokolunun qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, şikayətə rəsmi cavab verilmədən ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğinin xitamı barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, birincisi X1 tərəfindən şikayət imzalanmamışdır. Digər tərəfdən X1 protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, X1 tərəfindən verilmiş “Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsinin xx xxxxxx 2020-ci il tarixli protokolunun qərarının ləğv edilməsi” barədə şikayət ərizəsi Azərbaycan Respublikası İXM-nin 128 və 129-cu maddələrinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X1 tərəfindən verilmiş “Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsinin xx xxxxxx 2020-ci il tarixli protokolunun qərarının ləğv edilməsi” barədə şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar