Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4017/2020 10.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Şikayətçi X1 Bakı şəhər Dövlət X5 TP-4002651 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X3 Bakı şəhər Dövlət X5 TP-4002651 saylı, xx.xx.2020-ci il tarixli qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 Azərbaycan Respublikasının Baş Dövlət Yol Polisinin TP-4002651 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərar TP-4002651 saylı, xx.xx.2020-ci il tarixli qərarı ona rəsmi qaydada xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Həmin qərardan xx.xx.2020-ci il tarixdə şikayət ərizəsilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bakı İnzibati Məhkəməsinin böyük məsləhətçisi İradə Hüseynova tərəfindən onun şikayətinə baxılaraq, xx xxxxxx 2020-ci il tarixli məktubla hazırkı mübahisə ilə bağlı şikayət ərizəsi ilə müvafiq olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə hesab edir ki, qeyd etdiyi əsasları nəzərə alıb iş üzrə qəbul edilmiş qərardan şikayət verilmə müddətinin bərpa edilməklə şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Baş Dövlət Yol Polisinin TP-4002651 saylı, xx.xx.2020-ci il tarixli qərarından narazıdır və hesab edir ki, aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Azərbaycan Respublikasının Baş Dövlət Yol Polisinin TP-4002651 saylı, xx.xx.2020-ci il tarixli qərarı tamamilə əsassızdır. O, Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, bu barədə Azərbaycan Respublikasının Baş Dövlət Yol Polisinin əməkdaşlarına etirazını bildirmişdir. Onun bu xətanı törətməsinə dair heç bir sübut olmadan protokol tərtib edilmişdir. İş üzrə kifayət qədər sübutlar olmadığından həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq şikayətçi və qərarından şikayət verilmiş orqan Bakı şəhər Dövlət X7 məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Dövlət X5 TP-4002651 saylı, xx.xx.2020ci il tarixli qərarından görünür ki, X3 İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən, 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 - 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 227- 1, 229, 249, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 368 - 379, 381 - 383, 387-388-1, 394.0.5 (açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1-1, 398, 399, 401 - 404, 406 - 409, 410.3, 411- 1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 441, 442, 443.1, 445-1, 448, 449, 450.1, 451, 456, 459.1, 459.2, 459- 1, 462 (siyasi partiyalara münasibətdə) 464 - 466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 517-1, 520, 523, 525 - 535, 537.1, 538-1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 592-1, 594 - 596, 598 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599-602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Yuxarıda qeyd edilən normalardan aydın olur ki, Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə məhkəmə tərəfindən baxılır. Hazırkı halda isə Bakı şəhər Dövlət X7 öz səlahiyyətinə aid olmadığı halda X3 barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, onu 400 manat məbləğində cərimə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2- ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri də tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmamasıdır. Göründüyü kimi, Bakı şəhər Dövlət X5 TP-4002651 saylı, xx.xx.2020-ci il tarixli qərarı qəbul edilərkən İXM-nin 31 – 34-cü maddələrinin tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Dövlət X5 TP-4002651 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Dövlət X6 göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Dövlət X4 TP-4002651 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər Dövlət X6 göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4017/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4017/2020
10.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver