Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-402/2025 11.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin vəkili “Sirius” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, ünvan 1 ünvanında yerləşən Şəxs MMC (Vöen: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 233.1 və 237.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC-nin fəaliyyəti zamanı atmosferə atılan zərərli qaz qarışıqlarının normadan artıq olması və qaz-toz təmizləyici qurğunun olmaması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 tərtib edilmiş protokolu müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, Şəxs MMC-yə məxsus müəssisədə qurutma sexində qaz-toz tutucu qurğunun olmaması müəyyən edilmişdir. Bunu şirkətin əməkdaşı – baş meneceri X6 izahatında öz ifadəsi ilə təsdiq etmişdir. Eyni zamanda ölçmə aparılan zaman müəssisədən atmosferə atılan zərərli qaz qarışıqlarının normadan artıq olması müəyyən edilmişdir.Qeyd edilənləri nəzərə alaraq protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin vəkili “Sirius” Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, inzibati xəta haqqında iş üzrə icraat düzgün aparılmamış, inzibati orqan tərəfindən əhəmiyyətli pozuntulara yol verilmişdir. Belə ki, Şəxs MMC-yə məxsus müəssisədə ümumilikdə 3 ədəd yerləşdirilmiş 12 ədəd silindr formalı aktivləşdirilmiş karbon filter qurğuları quraşdırılmışdır. Bununla bağlı həmin qurğuları istehsal edən və quraşdıran şirkətlə bağlanmış müqavilə və digər rəsmi sənədlər məhkəməyə təqdim edilmişdir. Bundan başqa inzibati orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən prosessual pozuntulara yol verilmişdir. Belə ki, inzibati araşdırma zamanı şirkətin hər hansı səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmişdir. İştirakı ilə araşdrıma aparıldığı bildirilən X2 ümumiyyətlə şirkəti təmsil etmək hüququ olub-olmaması araşdırılmamış və onun iştirakı ilə yoxlama keçirilmiş, akt tərtib edilmiş, eləcə də bunun əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa inzibati xəta haqqında protokol tərtib edilərkən hüquqi şəxsin səlahiyyətli nümayəndəsinə hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda heç bir qeyd aparılmamışdır. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. Eyni zamanda ölçmə aparılan cihazın texniki cəhətdan saz vəziyyət olması, onun kalibrləşmə sertifikatının olub-olmaması, xəta-meyarı-həddi müəyyən edilməlidir. Çünki onların təşəbbüsü ilə sonradan yəni 20 fevral 2025-ci il tarixdə “X8 Monitorinq” İdarəsinin əməkdaşları tərəfindən təkrar yoxlama keçirilən zaman ərazidə təyin edilmiş qaz qarışıqları və dispers toz hissəciklərinin miqdarının yol verilən norma daxilində olması müəyyən edilmişdir. Eyni orqan tərəfindən aparılmış iki yoxlama nəticələri arasında bu cür ziddiyyətin yaranması şübhə doğurur və bu şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Qeyd edilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, müəssisədə baş menecer vəzifəsində çalışır. İnzibati orqan yoxlama aparan zaman şirkətin nümayəndəsi qismində müəssisənin əməkdaşı X2 iştirakını təmin etmiş və ondan izahat alaraq onun iştirakı ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki şirkətin direktoru tərəfindən X3 şirkəti təmsil etməsi barədə heç bir etibarnamə verilməmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, o, protokolda qeyd edilən tərzdə izahat vermədiyini, əksinə müəssisədə iy-qoxunun qarşısının alınması məqsədilə UV filterlərinin və qaz-toz tutucu qurğuların quraşdırıldığını bildirmişdir. Eyni zamanda bildirmişdir ki, əgər müəssisənin fəaliyyəti ətrafda yaşayan sakinləri narahat etsəydi onların bir çoxu müəssisənin fəaliyyətindən şikayət edərdilər. Halbuki, təkcə Reyhan Quliyeva şikayət etmişdir ki, bu da onun qərəzli olmasını göstərir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokola əsasən Şəxs MMC İXM-nin 233.1 və 237.1-ci maddələri ilə təqsirli bilinmişdir ondan ötəri ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlıgöl massivinin şamalı, ətraf dairəvi küçəsi yerləşən Şəxs MMC-nin fəaliyyəti zamanı atmosferə atılan zərərli qaz qarışıqlarının normadan artıq olması, qaz-toz təmizləyici qurğunun olmaması müəyyən edilmişdir. . İş materiallarında olan “X8 Monitorinq” İdarəsinin 20 fevral 2025-ci il tarixli Şəxs MMC-nin ərazisində və ətrafında aparılmış ölçmələrin nəticələrindən görünür ki, "xxxx" MMC-nın ərazilərində və ətrafında olan "xxxx" MMC-nin həyəti, "xxxx" MMC-nin giriş hissəsi, "xxxx" MMC-nin sağ hissəsi, "xxxx" MMC-nın sol hissəsi, "xxxx" MMC-nin arxa tərəfi sahəsində monitorinq həyata keçirilmişdir. Monitorinq işləri Səyyar Laboratoriya vasitəsilə atmosfer havasında PM2 5, PM10, dəm qazı (CO), Hidrogen sulfid (H2S), Kükürd qazı (SO2), Ammonyak (NH3) və Azot 4-oksid (NO2) üzrə aparılmışdır. Əldə olunan nəticələrə əsasən demək olar ki, ərazidə təyin edilmiş qaz qarışıqları və dispers toz hissəciklərinin miqdarı yol verilən norma daxilindədir. İş materiallarına əlavə olunan “X12” adından Şahid (Vöen: **********) ilə Şəxs MMC (Vöen: **********) arasında imzalanmış xx.xx.2024-cü il tarixli 0212/2931 saylı müqavilənin surətindən görünür ki, tərəflır arasında bağlanmış müqaviləyə əsasən icraçı Şəxs MMC-yə məxsus istehsal müəssisəsində atmosferə atılan zərərli qazların filtrasiyası və neytrallaşdırması üçün slindir formalı, aktivləşdirilmiş karbon hissələrdən formalaşan 3 ədəd qurğu kabinanın quraşdırılması öhdəliyini öhdəsinə götürür. İş materiallarına əlavə olunan fotoşəkillərdən görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən müəssisədə müvafiq avadanlqlar quraşdırılmışdır. İş materiallarına əlavə olunan “X12” (Vöen: **********) ilə Şəxs MMC (Vöen: **********) arasında imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli 0212/2931 saylı müqaviləyə əsasən Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən müəssisədə 3 ədəd karbon filter üçün xüsusi konstruksiyalı kabina və 12 ədəd silindr formalı aktivləşdirilmiş karbon filter quraşdırılaraq təhvil verilmişdir. İş materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixli zəmanət talonundan görünür ki, “X12” tərəfindən istehsal müəssisəndə quraşdırılmış 3 ədəd kabinada yerləşdirilmiş (3x4) ümumilikdə 12 ədəd silindir formalı aktivləşdirilmiş karbon filter üçün 1 il zəmanət (istismar) müddəti təyin edilmişdir. İş materiallarına əlavə olunan “Obyektlərin tüstü bacalarına və havalandırma sisteminə texniki baxışın keçirilməsivə görülmüş işlər barədə” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “istehsal müəssisəsində istismar edilən sobaların tüstü bacalarına atmosferə atılan zərərli qazların və tüstünün filtrasiyası üçün quraşdırılmış silindir formalı aktivləşdirilmiş karbon filterlərin və onların yerləşmə kabinalarının, həmçinin də köməkçi baca hissələri və konstruksiyalarının texniki servisi və təmizlənməsi işləri həyata keçirilərək tam istismara yararlı vəziyyətdə təhvil verilmişdir”. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından görünür ki, Şəxs MMC-nin qanuni təmsilçisi X5r. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 99.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biridir. Həmin Məcəllənin 76-ci maddəsinin tələblərinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə görə müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 100-cü maddəsinin tələblərinə görə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 10.8-ci maddəsinə əsasən Ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilməmiş ölçmə vasitələrinin istismarı qadağandır. Məhkəmə ilk növbədə qeyd edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, iş materiallarına əlavə olunmuş, inzibati protokol tərtib etmiş dövlət orqanının konkret olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər struktur bölməsi olan X8 Monitorinq İdarəsinin 20 fevral 2025-ci il tarixli rəsmi sənədi ilə inzibati xəta haqqında protokolda qeyd edilən hallar inkar olunur. Həmin sənədə əsasən Şəxs MMC-nin həyət, sağ, sol, arxa tərəf hissələrində aparılmış monitorinq nəticəsində komponentlərin miqdarı yol verilən həddə olmuşdur başqa sözlə desək norma daxilində olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 iyul 2022-ci il tаriхli 712/U nömrəli Əmri ilə təsdiq edilmiş Əsasnamənin 1.1-ci maddəsinə əsasən X8 Monitorinq İdarəsi - monitorinq sisteminin yaradılması və idarə olunması, fiziki təsirlərin çirklənmə vəziyyətini müəyyən edən müntəzəm müşahidə və tədqiqat işlərinin həyata keçirilməsi sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur. Həmin əsasnamənin 2.0.5-ci bəndinə əsasən X8 Monitorinq İdarəsi ölkə ərazisində ətraf mühitə atılan, axıdılan zərərli tullantıların atmosfer havası, torpaq, su mühitinə təsirini öyrənilməsi ilə yanaşı, ətraf mühitə fiziki təsirlərin radiasiya, elektromaqnit şüalanması, səs-küy, vibrasiya üzrə monitorinqlər aparmaq hüququ olan orqandır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi Şəxs MMC-nin ərazisində ölçmə analiz işlərini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məhs bu sahədə fəaliyyət göstərən səlahiyyətli orqanı aparmışdır və ona görə də məhkəmə onlar tərəfindən təqdim edilmiş ölçmələrin nəticələrinə dair sənədi iş üzrə mötəbər sübut hesab edir. Belə olan halda məhkəmə qeyd edir ki, Şəxs MMC-nin əməlində İXM-nin 233.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanın olması təsdiqini olunmur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə Şəxs MMC-nin hərəkətlərində İXMnin 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Belə ki, tərtib edilmiş sənədlərdə sözügedən hüquqi şəxsin istehsalat müəssisəsində “qaz-toz təmizləyici qurğunun olmaması” qeyd edilsə də məhkəmə araşdırması zamanı bunun əksini sübut edən mötəbər sübutlar təqdim edilərək həmin hal inkar edilmişdir. Başqa sözlə desək təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, yoxlama aparılan dövrdə müəssisədə qaz-toz tutucu qurğalar mövcud olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X12” (Vöen: **********) şirkəti tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən müəssisədə 3 ədəd karbon filter üçün xüsusi konstruksiyalı kabina və 12 ədəd silindr formalı aktivləşdirilmiş karbon filter quraşdırılaraq təhvil verilmişdir. Bununla da Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsinin tərkibinin olması istisna edilir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, sahibkarlıq subyektində aparılmış yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə də riayət edilməmişdir. Belə ki, həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılmışdır. Həmin qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş əlavədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində aparıla bilən yoxlamaların siyahısı göstərilir. Həmin Fərmanla təsdiq edilmiş əlavədə qeyd edilir ki, Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərindən də göründüyü kimi, sahibkarlıq subyektində yoxlamaların aparılması müvafiq qanunla tənzimlənir, həmin qanunun tətbiqi 2021-ci ilin yanvar ayının 21-dək dayandırılmasına baxmayarq bir sıra yoxlayıcı funksiyası olan orqanlara bu şamil edilmir. Həmin Qanuna və tətbiqi barədə Fərmana nəzər saldıqda məlum olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi orada qeyd edilməmişdir. Belə olan halda hazırkı iş üzrə yoxlayıcı orqan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə sahibkarlıq subyektndə yoxlamanı həyata keçirməli idi. Məhkəmə araşdırması zamanı həmin razılığın olmasını təsdiq edən sübut müəyyən edilməmişdir. Məhkəmə araşdırması zanmanı yoxlayıcı orqanın səlahiyyətli nümayəndəsi ona verilən sula cavab olaraq bildirmişdir ki, aparılan yoxlamanın vahid məlumat reyestrində qeydə alınmaqla yəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun aparılması barədə onda hər hansı məlumat yoxdur. Bu halın müəyyən ediloməsi ilə bağlı eyni zamanda məhkəmə tərəfindən yoxlayıcı orqanın email ünvanına göndərilmiş sorğu da cavabsız qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, yoxlayıcı orqan tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməklə aparıldığından bu cür yoxlamanın gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz o, cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və toplanmış digər materiallar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinəəsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələri ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 233.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-402/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-402/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver