Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4029/2020 27.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X2 Abşeron Rayon Yol Polis İdarəsi tərəfindən çıxarılmış xx xxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İXP3593667 saylı protokola Abşeron Rayon Yol Polis İdarəsi tərəfindən çıxarılmış xx xxxxxxx 2020-ci il tarixli səhv tərtib edilmiş protokolun qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, şikayətə rəsmi cavab verilmədən ödəniş sisteminə daxil edilmiş cərimə məbləğinin xitamı barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş şikayət şikayətçi X4 tərəfindən imzalanmamışdır. Eyni zamanda, X4 şikayəti aidiyyət qaydalarını pozmaqla vermişdir. Belə ki, X2 şikayət ərizəsində yaşayış yeri ünvan 1 ünvanı kimi göstərilsə də, X2 Elektron Məhkəmə Sistemindəki məlumatlarından aydın olur ki, onun ünvanı (qeydiyyatda olduğu yer) Neftçala rayonu, Neftçala şəhəridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Digər tərəfdən, şikayət ərizəsinə əlavə edilmiş qərardan aydın olur ki, Abşeron Rayon Yol Polis İdarəsi tərəfindən çıxarılmış xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə X1 Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib, 100 manat miqdarında cərimə edilmişdir. Həmin qərardan X2 şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. X2 Abşeron Rayon Yol Polis İdarəsi tərəfindən çıxarılmış xx xxxxxxx 2020-ci il tarixli qərarını rəsmi qaydada nə zaman əldə etməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. Ona görə də həmin qərardan şikayət vermə müddətinin ötürülüb-ötürülməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 Abşeron Rayon Yol Polis İdarəsi tərəfindən çıxarılmış xx xxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti imzalanmadığından, aidiyyəti üzrə verilmədiyindən və eyni zamanda Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X2 Abşeron Rayon Yol Polis İdarəsi tərəfindən çıxarılmış xx xxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4029/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4029/2020
27.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver