Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-403/2021 25.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1996-cı ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Cəbrayıl rayonu, Maralyan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 01:00 radələrində idarə etdiyi “Porsche Cayenne minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Kənar Dairəvi yolla hərəkət edərkən Məmmədov Vidadi Böyükkişi oğlunun idarə etdiyi “Mercedes” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında maneə olduğu üçün saxlayıb, avtomobili tam saxlaya bilməyib onun arxa sol hissəsi ilə toqquşmuş, Məmmədov Vidadi Böyükkişi oğluna maddi zərər vurmuşdur. Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Bununla da o, İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki, sürücülük hüququ yoxdur. xx xxxxxx 2021-ci il tarixdə saat 01:00 radələrində dostu X2 məxsus olan və idarə etmək üçün dostunun ona verdiyi “Porsche Cayenne minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Kənar Dairəvi yolla hərəkət edərkən Məmmədov Vidadi Böyükkişi oğlunun idarə etdiyi “Mercedes” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında maneə olduğu üçün saxlayıb, avtomobili tam saxlaya bilməyib onun arxa sol hissəsi ilə toqquşmuş, Məmmədov Vidadi Böyükkişi oğluna maddi zərər vurmuşdur. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin baş inspektoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 01:00 radələrində idarə etdiyi “Porsche Cayenne minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Kənar Dairəvi yolla hərəkət edərkən Məmmədov Vidadi Böyükkişi oğlunun idarə etdiyi “Mercedes” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında maneə olduğu üçün saxlayıb, avtomobili tam saxlaya bilməyib onun arxa sol hissəsi ilə toqquşmuş, Məmmədov Vidadi Böyükkişi oğluna maddi zərər vurmuşdur. Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə dair İXM-ni 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixindən, saat 17:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-403/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-403/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver