Məhkəmə qərarları › İş №3(004)-403/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-403/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-403/2024 17.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “Fərəh Su” şirkətində işləyən, Qobustan rayonu, Təklə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 yanvar 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində ictimai asayişi pozmuş və polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinin polis sahə inspektoru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Yasamal RPİ DYPŞ-nin polis əməkdaşları xx.xx.2024-cü il tarixində saat 12:30 radələrində Tbilisi prospektində xidmət apararkən “Ford Tranzit” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin palçıq önləyiciləri olmadığı üçün polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı sürücüyə yaxınlaşıb özünü təqdim etmiş, qayda pozuntusunu izah etdikdən sonra, sənədlərini təqdim etməsini və avtomobili 5 saylı duracağa yerləşdirilməsini xahiş edən zaman, sürücünün yanında olan sərnişin avtomobildən düşərək 102 xidməti ilə polis əməkdaşına hədə-qorxu gələrək, səs küy salıb DYP əməkdaşının işinə müdaxilə etməyə başlamışdır. Bu zaman DYP əməkdaşı ona işinə müdaxilə etməməsini tələb etsədə Şəxs ona tabesizlik göstərmişdir. Hər iki vətəndaş polis əməkdaşına tabesizlik göstərdiyinə, hədə-qorxu gəldiyinə və iş prinsipini pozduğuna görə Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinə dəvət edilmişdirlər. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, o “Fərəh Su” şirkətində işləyir. 17 yanvar 2024-cü il tarixə işlədiyi şirkətə məxsus “Ford Transit” markalı avtomobil ilə Tbilisi prospektində hərəkətdə olan zaman sərnişin kimi əyləşdiyi avtomobili Yol Patrul Xidməti əməkdaşları saxlamışlar. O yaxınlaşıb avtomobildə palçıq önləyicilərinin olmamasını demişdir. X2 protokol tərtib etməsini xahiş etdi. Lakin polis əməkdaşı avtomobilin duracağa gedəcəyini demişdi. O emosional vəziyyətdə olduğu üçün yüksək səslə polis əməkdaşının hərəkəti ilə bağlı 102 xidmətinə məlumat verəciyini bildirmişdir. DYP əməkdaşı ona işinə müdaxilə etməməsini bildirsədə, o öz hərəkətlərinə davam etmişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, xx.xx.2024-cü il tarixində saat 12:30 radələrində Tbilisi prospektində xidmət apararkən “Ford Tranzit” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin palçıq önləyiciləri olmadığı üçün tərəfindən saxlanılmışdır. O, sürücüyə yaxınlaşıb özünü təqdim etmiş, qayda pozuntusunu izah etdikdən sonra, sənədlərini təqdim etməsini və avtomobili 5 saylı duracağa yerləşdirilməsini xahiş edən zaman, sürücü aqressivləşərək onu telefon vasitəsi ilə çəkməyə başlamışdır. O, sürücünü nə qədər nizam-intizama dəvət etsə də, sürücü öz hərəkətlərinə davam etmişdir. Bu zaman sürücünün yanında olan sərnişin avtomobildən düşərək 102 xidməti ilə ona əməkdaşına hədə-qorxu gələrək onun iş rejimini pozaraq hər ikisi tabesizlik göstərmişdir. Bu zaman o, X9 2463 çağırışlı avtopatrulunu köməyə çağırmışdır. X9 əməkdaşları gələn zaman sürücü sürücülük vəsiqəsini təqdim etdikdən sonra, tabesizlik göstərən sürücünün şəxsiyyəti məlum olmuşdur. O, sürücüyə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə protokol tərtib etmişdir. Hər iki vətəndaş ona tabesizlik göstərdiyinə, hədə-qorxu gəldiyinə və iş prinsipini pozduğuna görə Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinə dəvət edilmişdirlər. Sürücünün yanında əyləşən onun iş prinsipini pozan həmin vətəndaş xx xxxx 1999-cu il təvəllüdlü Şəxs olmuşdur. Dəfələrlə nizam-intizama dəvət edilsədə onun qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra ƏÇPA-nın polis əməkdaşlarının köməyi ilə 27-ci polis şöbəsinə təmin edilmişdir. İş materiallarında olan: Yasamal RPİ DYPŞ-nin polis əməkdaşı Rauf Fətəliyev tərəfindən 27-ci polis şöbəsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 12:30 radələrində Tbilisi prospektində xidmət apararkən “Ford Tranzit” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin palçıq önləyiciləri olmadığı üçün onun tərəfindən saxlanılmışdır. O, sürücüyə yaxınlaşıb özünü təqdim etmiş, qayda pozuntusunu izah etdikdən sonra, sənədlərini təqdim etməsini və avtomobili 5 saylı duracağa yerləşdirilməsini xahiş edən zaman, sürücü aqressivləşərək onu telefon vasitəsi ilə çəkməyə başlamışdır. Polis əməkdaşı sürücünü nə qədər nizam-intizama dəvət etsə də, sürücü qışqıraraq söyüş söyməyə başlamışdır. Bu zaman sürücünün yanında olan sərnişin avtomobildən düşərək 102 xidməti ilə polis əməkdaşına hədə-qorxu gələrək polis əməkdaşının iş rejimini pozaraq hər ikisi ona tabesizlik göstərmişdir. Bu zaman o, X9 2463 çağırışlı avtopatrulunu köməyə çağırmışdır. X9 əməkdaşları gələn zaman sürücü sürücülük vəsiqəsini təqdim etdikdən sonra, tabesizlik göstərən sürücünün 01 iyul 1993-cü il təvəllüdlü X5 olması məlum olmuşdur. məlum olmuşdur. O, sürücüyə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə İXP ******* saylı protokol tərtib etmişdir. Hər iki vətəndaş tabesizlik göstərdiyinə, hədə-qorxu gəldiyinə və iş prinsipini pozduğuna görə Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinə dəvət edilmişdirlər. Sürücünün yanında əyləşən onun iş prinsipini pozan həmin vətəndaş xx xxxx 1999-cu il təvəllüdlü Şəxs olmuşdur. Daha sonra həmin şəxsləri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinə aparmışlar. Əlahiddə X9 6-cı Polis Bölməsinin polis nəfərləri Mirşahin Əliyev və Murad Həsənov tərəfindən 27-ci polis şöbəsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 01:20 radələrində inzibati ərazidə xidmətdə olarkən Tbilisi prospekti, duracağın qarşısında iki nəfər şəxsin Yasamal YPX inspektoruna tabesizlik etdiyini görmüşlər. Onlar ora yaxınlaşıb özlərinə təqdim etmiş və həmin vətəndaşları 27-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxslərin X5 və Şəxs olması məlum olmuşdur. İnzibati qaydada tutma haqqında 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 14:00-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsi və xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafedici izahatından başqa, şahid ifadəsi, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 17 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində səs-küy salıb xırda xuliqanlıq etmiş və Yasamal RPİ DYPŞ-nin polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlini səmimi etiraf edərək peşman olması onun məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinə əsasən onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmaması, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin İXM-nin 34.3-cü maddəsinə əsasən, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar