Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4032/2022 26.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2-ci ərazi X8 idarəsinin inspektoru X3 iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuş, evli, ünvan 1 ünvanında yerləşən obyektin sahibkarı, vəzifəli şəxs X6 (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 2-ci ərazi X8 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Vəzifəli şəxs X4 məxsus ünvan 1 ünvanında yerləşən “Passage Laundry” adı altında fəaliyyət göstərən obyektdə xx.xx.2022-ci il tarixdə keçirilən planlı yanğın-texniki müayinə zamanı sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməməsi, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlə baxış keçirilməsinə mane olmuşdur. Bununla da o, İXM-in 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, MN1268575 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2-ci ərazi X8 idarəsinin inspektoru X7 tərtib olunmuş protokolu müdafiə edərək X6 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmaq inzibati xəta kimi müəyyən edilmişdir. X2 həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, xx.xx.2022-ci il tarixli aktla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinərək, 1000 manat (min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Murad Məmmədov İş № 3(004)-3020/2022 Bakı şəhəri Yasamal Rayon Məhkəməsi məhkəmə iclasının PROTOKOLU «05» iyul 2022-ci il Bakı şəhərində Bakı şəhər Yasamal rayon məhkəməsinin hakimi Səfərov Hüseyn Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Təhminə Xeybər qızının katibliyi ilə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair inzibati işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. İclas saat 15:30-da başlandı. Sədrlik edən məhkəmə iclasını açır və baxılaçaq işi elan edir. İş üzrə icraatda iştirak edən şəxslərin məhkəməyə gəlmələri vəziyyəti yoxlanılır. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, icraatda iştirak edən şəxslərə məhkəmə iclasnın yeri və vaxtı barədə lazımi qaydada xəbər verilmiş, lakin tərəflər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəblərinin üzürlü olması barədə məhkəmədə məlumat yoxdur. Sədrlik edən yerində qısa müşavirə edərək Qərara aldı Tərəflərin iştirakı olmadan işin baxılması mümkün hesab edilsin Sədrlik edən daxil olmuş protokolu və işin digər materiallarını elan etməklə, iş materiallarını tədqiq edir. Sədrlik edən işin tədqiqinin bitmiş olunduğunu bildirir. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan apellyasiya şikayəti və protest verilməsi, protokola tanış olmaq qaydasını və müddətini izah edir. Məhkəmə iclası saat 15:35 dəqiqədə bağlı elan olunur. Protokol xx.xx.2022-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Məhkəmə iclasının katibi:
Məhkəmə qərarları › İş №3(004)-4032/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4032/2022
26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver