Məhkəmə qərarları › İş №3(004)-4032/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4032/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4032/2023 31.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayob İcra Hakimiyyəti YYÇİHM üzrə komissiyanın məsul katibi X14, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və onun nümayəndəsi və vəkili “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1972-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küç, 510,13B,12 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X12 25 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-168/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-168/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs 21 dekabr 2016-cı il təvəllüdlü X13 ilə hər həftənin bazar günü saat 11:00-dan 16:00-a qədər ünsiyyətdə olmasına icazə verilməlidir. Nəticədə borclu X11 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X12 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(004)-168/2022 nömrəli icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs 21 dekabr 2016-cı il təvəllüdlü X13 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00-a qədər ünsiyyətdə olmasına icazə verilməlidir. X1 icradan yayınır, çünki övladı X13 atası Zərərçəkmiş şəxs ilə görüşməkdən imtina edir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X11 barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, X4 uşağı X9 psixoloji təsir göstərməməsi barədə xəbərdar etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs X11 öz izahatında bildirmişdir ki, onun tərəfindən icra sənədi icra olunur və onun icra sənədinə dair heç bir etirazı yoxdur, lakin icra vərəqəsinin onun tərəfindən icra olunması faktiki mövcud deyildir. İcra sənədinin icra edilməməsinin səbəbkarı o deyildir. Zərərçəkmiş şəxs qızı Aynur ilə bir neçə dəfə görüşməyə cəhd etmiş, hətta ünsiyyət zamanı mütəxəssis qismində dəvət edilmiş Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşlarıda iştirak etmişlər, lakin azyaşlı X13 atası ilə görüşmək istəmir. O uşağı hər həftənin bazar günü görüş üçün hazır edir, ya Zərərçəkmiş şəxs uşağı görmək üçün gəlmir, ya da Zərərçəkmiş şəxs gəlsədə, qızları Aynur atası ilə görüşməkdən qəti şəkildə ağlayaraq imtina edir. O zorla atası ilə ünsiyyətdə olması üçün övladını məcbur edə bilmir, çünki uşaq bundan imtina edir. Belə olan halda qərarın icrası ondan asılı olmayan səbəbdən yəni azyaşlı uşaqlarının atası ilə görüşmək istəməməsi səbəbindən baş tutmamışdır. Bu səbəbdən onun əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 nümayəndəsi və vəkili “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, övladı X13 ilə ünsiyyətdə olmaq məqsədi ilə təyin olunan gündə lazımı yerə gəlmiş, lakin qızı onunla görüşmək istəmədiyini bildirmişdir. O hesab edir ki, Aynurun onunla görüşmək istəməməsinin səbəbi Könül Quliyevanın ona etdiyi təsirlərdir. X3 qızı Aynurla onun ünsiyyətdə olmalarına maneə törətdiyi və icazə vermədiyi üçün barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, onun altı yaşı var. Hazırda 20 nömrəli orta məktəbin birinci sinifində oxuyur. Könül onun anası, Məmli isə atasıdır. O, çoxdandır atasını görmür, çünki ondan qorxur və onu görmək istəmir. Atasını görmək istəməməsinin səbəbi atasının pis olması, onu evinə pis aparmasının istəməsi, bundan əlavə atası Məmlinin onun və anası Könülün pullarının oğurlaması, atasının işləmək istəməməsi, onun paltarlarını və oyuncaqlarının oğurlamaq istəməsi olmuşdur. Bütün bu dediklərini o anasından eşitmişdir. Ümumiyətlə anası tez-tez onunla atası haqqında danışır. Hazırki məhkəmə iclasında əvvəl anası onunla atasının necə pis olması və onların evlərini əllərindən almaq istəməsi barədə danışmışlar. Müdafiəçinin sualına cavab olaraq o bildirmişdir ki, anası Könül ona atası ilə görüşməməsi barədə heçnə deməyib. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(004)-168/2022 saylı icra sənədinə əsasən ərizə qismən təmin edilmişdir. İddiaçı Zərərçəkmiş şəxs 21 dekabr 2016-cı il təvəllüdlü X13 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00-a qədər ünsiyyətdə olmasına icazə verilməlidir. İcraata başlama haqqında 27 dekabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin X5 ünvanladığı tələbin könüllü icrası haqqında 27 dekabr 2022-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(004)-168/2022 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün X5 xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2023-cü il tarixli 11/126 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs halhazırda fərdi-psixoloji xüsusiyyətlərində xx.xx.2016-cı il təvəllüdlü X13 ilə ünsiyyətdə olmasına mane ola biləcək və emosional-iradi sferasında neqativ təsir göstərə biləcək əlamətlər müəyyən olunmur. xx.xx.2016-cı il təvəllüdlü X6 hal-hazırda atası Zərərçəkmiş şəxs olan münasibət ilə bağlı hər hansı psixoloji gərginlik üzə çıxmır. xx.xx.2016-cı il təvəllüdlü X13 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, onun psixikasında və davranışlarında atası Zərərçəkmiş şəxs münasibəti ilə bağlı müəyyən psixoloji təsir əlamətləri üzə çıxır. xx.xx.2016-cı il təvəllüdlü X10 hal-hazırda anası X5 və atası Zərərçəkmiş şəxs qızına bağlılığı müəyyən olunmaqla, anası X5 bağlılığı daha çoxdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, 21 dekabr 2016-cı il təvəllüdlü X7 anası X8r. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)- 4032/2023 nömrəli qərarına əsasən X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-1660/2023 nömrəli qərarına əsasən birinci instansiya məhkəməsi icra işini tələb edərək öyrənməli, iş üzrə azyaşlı Aynur Quliyevanı müvafiq səlahiyyətli qurumun nümayəndəsinin iştirakı ilə dinləməli, iş materiallarında olan məhkəmə-psixoloji ekspertizanın rəyini qiymətləndirərək bununla bağlı digər məsələləri ətraflı araşdırmalıdır. X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-4032/2023 nömrəli qərarı ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(004)-168/2022 saylı icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs 21 dekabr 2016-cı il təvəllüdlü X13 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00-a qədər ünsiyyətdə olmasına icazə verilmişdir. İcra sənədi üzrə 27 dekabr 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin məhkəmə müvafiq səlahiyyətli qurumun nümayəndəsinin iştirakı ilə Aynur Quliyevanı dindirərək və iş materiallarında olan məhkəmə-psixoloji ekspertizanın rəyini qiymətləndirərək hesab edir ki, Aynur Quliyevanın atası Zərərçəkmiş şəxslə görüşmək istəməməsi barəsində protokol tərtib edilmiş X3 ona etdiyi təsirlərin nəticəsində baş vermişdir. Bununla bağlı icra məmurunun Könül Quliyeva ilə söhbətlər aparmasına baxmayaraq sonuncu bu növ hərəkətləri etməkdən çəkinməmişdir. Beləlikə məhkəmə hesab edir ki, X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X3 himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən X3 əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs X3 barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə X3 törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar