Məhkəmə qərarları › İş №3(004)-4039/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4039/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4039/2022 20.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin MN ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və nümayəndəsi, vəkil X4 məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 30 iyun 2022-ci il tarixdə onun barəsində inzibati xəta haqqında protokol (MN 1497538) tərtib etmiş və həmin protokol əsasında da 13 iyul 2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında o, Azərbaycan Respublikası İXM-in 192.5-cı maddəsinə əsasən (işçilərin məzuniyyət hüquqlarının pozulmasına görə) təqsirli bilinərək barəmdə 2000 (iki min) manat cərimə tətbiq edilmişdir. Sözügedən qərarı 22 iyul 2022-ci il tarixdə rəsmi əldə etmişdir. Hesab edir ki, qəbul edilmiş qərar əsassızdır və qanunvericiliyin pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məlumat üçün bildirmişdir ki, şikayət etmiş bütün işçilər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqavilələrinə xitam verilmişdir. AR Əmək Məcəlləsinin müvafiq müddəalarına əsasən işçilərin əsas məzuniyyət günləri hesablanmaqla, onlara son haqq-hesabı qanunla müəyyən edilmiş müddətə verilmişdir. Lakin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan qanunsuzluğa yol vermiş, heç bir əsas olmadan onun əməlində İXM-İn 192.5-ci maddəsinin nəzərdə tutulan tərkibin olmasını hesab edərək əsassız qərar çıxartmışdır. Belə ki, İXM-in 192.5-ci maddəsinə əsasən işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə məsuliyyət müəyyən edilir. Bildirmişdir ki, rəhbərlik etdiyi "xxxx" MMC işçilərin hüquqlarını pozmamış və inzibati qərarı qəbul etmiş orqanın istinad etdiyi 192.5-ci maddəsində nəzərədə tutulmuş xətanı törətməmişdir. İşçilərə qanunla müəyyən edilmiş və onlara düşən məzuniyyət günləri hesablanmış və onlara istifadə edilməmiş məzuniyyət pulları tam olaraq ödənilmişdir. Onun əməlində Əmək Məcəlləsinin 192.5-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası Əmək və Əahilinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı ərazi İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inz:bati tənbeh vermə haqqında qərar qərəzli və qanunvericilik tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi butun işçilərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Lakin inzibati tənbeh vermə haqqında qərar verən orqan bu məqamı nəzərə almamış və əlavə məzuniyyətlərə görə də pul əvəzinin verilməsini əsas gəlirərək əsassız qərar qəbul etmişdir. Bununla da yuxarıda qeyd edilənləri nəzərə alaraq barəsində inzibati xəta haqında qərar qəbul edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmadığından, həmçinin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən məhkəmədən həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X8 məhkəməyə verdiyi izahatında bildirdi ki, müəssisə tərəfindən işçilərin məzuniyyət hüququ pozulmuş, belə ki, işçilərə əlavə məzuniyyət verilməmişdir. Buna görə də inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin MN ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X6 İXM-in 192.5-ci maddəsi ilə (İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə) təqsirli bilinib 2000 manat cərimə edilmişdir. Arzu Qasımovaya və Humay Nəbiyevaya və digərlərinə əlavə məzuniyyətlərin verilməməsinə görə. Həmin qərar xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar