Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-404/2021 19.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X9 İXP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X9 İXP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarından şikayət verərək, barəsində qəbul edilmiş AR İXM-nın 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağı barədə qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə və şikayətçinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, X6 10 ildir ki, London taksisində fəaliyyət göstərir. Şirkətin nümunəvi sürücüsüdür. Vaxtıvaxtında planı, vergini, sosialı ödəyir. İndiyənədək borclu qalmayıb və dəfələrlə onu mükafatlandırıblar. Olimpiyada və islam oyunları zamanı ona 4 dəfə fəxri diplom verilib. Onun şikayəti Yol Polis Xidmətlərinin dəfələrlə ona və onun kimi London taksicilərinə haqsız cərimələr yazması barəsindədir. Sizin sayənizdə onun 4 haqsız protokolu ləğv edilib. Ancaq 1 protokulunda Dövlət Yol Polisini məhkəməyə verib. Sildirməyi haqqında məlumat verməyinə baxmayaraq buna heç bir əhəmiyyət vermədən 60 AZN 3 balın üzərinə dəbbə gətirib 73 AZN etmişlər.Ona dəstə rəhbərinin dövlət maşını olduğu üçün cərimə ödəməyi tövsiyə edib. Lakin məhkəmənin haqsız cəriməni ləğv etməsinə baxmayaraq o dəfələrlə Dövlət yol polisinə müraciət etsədə ödədiyi məbləği geri ala bilməmişdir. Ona isə demişlər ki, bu məhkəmə cəriməni ləğv eləyib, amma onun ödədiyi məbləğin geri qaytarılması ilə bağlı qərar çıxarılmayıb. O 2020-ci il 24 iyun təxminən saat 5 radələrində Şəfayət Mehdiyev küçəsindən Bəxtiyar Bahabzadə küçəsinə dönərkən **- RP-*** döş nişanı olan Məmmədov Mübariz yol hərəkəti qaydaları haqqında heç bir anlayışı olmağına baxmayaraq yol patrul xidmətçisi ona 327.2-ci maddəsi ilə 60 AZN 3 bal cərimə yazıb. O həmən dəqiqə 102 xidmətinə haqsız cərimə haqqında məlumat verib. Sözü gedən Dövlət yol polisi həmin anda onun 2 xanım müştərisini də maşından endirib. Bu da müştərilərin haqlı narazılığına səbəb olub. O, ona yol hərəkəti qaydalarından anlayışı olmadığını deyib, o isə buna heç bir əhəmiyyət vermədən öz bildiyi kimi edərək ona cərimə yazıb. Haqsız yazılan cərimələrin 99% -dən sürücülər şikayət etmir. Çünki buna onların nə zamanları, nə də inamları var. Xüsusən də pandemiya dönəmində ağır şəraitdə 16-18 saat çalışdıqlarından da buna imkanları yoxdur. Yol polis xidmətçiləri isə onların bu çarəsizliklərindən istifadə edirlər. Çünki sürücülər hər gün bu barədə ürək ağrısı ilə danışırlar və çox məyus olurlar. Halbuki onlar hər gün 47 manat plan verirlər. O, 102 çağrı xidmətindən çox razıdır. Ona cərimə yazılan günü o 102 xidmətinə məlumat verərək Bakı yol polisinə haqsız protokulun ləğv olunması barədə ərizə yazıb müraciət etdiyini bildirmişdir. Buna baxmayaraq onu 2 gündən sonra Bakı şəhər yol polisinə çağırıb ərizə yazmağını tələb ediblər. O isə onlara bildirmişdir ki, yenidən zamanı alıb ərizə yazmağın heç bir mənası yoxdur. Çünki 108-ci otaqda X4 Bahabzadə küçəsininin kəsişməsində TJya baxıb onun günahkar olmadığını bildiriblər. Hər vəchlə öz əməkdaşlarını təmizliyə çıxarmağa çalışsalar da Məmmədov Mübarizin planşetindəki görüntülərə baxdıqdan sonra orada da onun yol hərəkəti qaydalarını pozmamağı aşkar olub. Sonralar bunu onlar özləri də təsdiq edib. Onun idarə etdiyi London taksisində 10 ildir ki, video registrator var. Olan hadisələri həmişə qeyd edir. Onun video registratorla çəkilən (dırnaq arası) qayda pozuntusunu 15-ə yaxın polis xidmətçisi izləyib. Onun heç bir yol hərəkəti qaydalarını pozmadığını təsdiq edib. Bundan sonra bu görüntüləri bir daha izləmək üçün onu Vaqif Əsədovun otağına göndəriblər. O da dəfələrlə görüntüləri izləyərək onun tərəfindən heç bir qayda pozuntusunun olmadığını bildirmişdi. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən araşdırmanın nəticəsindən narazı qaldığı halda Bakı şəhər Dövlət X9 rəisi Rəşid Piriyev məhkəməyə müraciət etməyə hüququnuzun olduğunu bildirmişdir. O da buna istinad edərək sizdən dönə-dönə haqsız cərimənin silinməsini təmin etmənizi xahiş edir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X9 İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokola əsasən X6 xx.xx.2020-ci il tarixdə saat 14:55 radələrində idarə etdiyi “London Taxi TX 4” markalı, **-TH-*** nömrə nişanlı Şəfayət Mehdiyev küçəsindən Bəxtiyar Bahabzadə küçəsinə dönərkən qayda pozuntusuna görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən 60 manat cərimə edilmişdir. Lakin hazırda şikayətə əlavə edilmiş iş materiallarında olan hazırkı protokolda CD diskə baxış zamanı müəyyən edilir ki, şəxsin təqsirli bilindiyi tarixdə, vaxtda və yerdə X6 **-TH-*** nömrəli avtomobili idarə edərkən, Şəfayət Mehdiyev küçəsindən Bəxtiyar Bahabzadə küçəsinə dönərkən heç bir qayda pozuntusu törətməmişdir. Belə ki, həmin yol kəsişməsində (yolarıcında) svetofor olmamışdır. Həmçinin həmin yol kəsişməsində sola dönərkən, yol kəsişməsində heç bir avtomobil olmamış, heç bir avtomobilə maneçilik törətməmişdir. Bununla da qeyd edilən tarixdə, vaxtda və yerdə şəxs avtomobili idarə edərkən qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilinsə də, həmin tarixdə onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmamışdır və təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X9 İXP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-404/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-404/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver