Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4049/2024 27.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 21178618 saylı inzibati xəta haqqında protokol üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 21178618 saylı inzibati xəta haqqında protokol üzrə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN BDYPİ -nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21178618 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X6 İdarəsi tərəfindən idarə etdiyi Hyundai ix35 markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri H.Əliyev küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsi - Azadlıq prospektində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən Qanunla ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə barəsində xx.xx.2024-cü il tarixdə EQ 21178618 nömrəli elektron protokol və qərar qəbul edilərək “ASAN ödəniş” sistemində mənim şəxsi kabinetimə yerləşdirilmiş və mənə SMS məlumatı daxil olmuşdur. Bununla bağlı şəxsi kabinetim vasitəsi ilə elektron protokol və qərarın qanunsuz və əsassız olmasına görə ləğv edilməsi haqqında şikayət verilmişdir. Lakin şikayətinə baxılmamış və xx.xx.2024-cü il tarixdə barəmdə tətbiq edilmiş cəriməni qanunvericiliklə müəyyən edilmiş 2 ay müddətində ödəmədiyinə görə İXM-İn 150.11 -ci maddəsinə əsasən inzibati xəta törədilərkən idarə olunan nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilmişdir. “ASAN ödəniş” sisteminə daxil edilmiş məlumatlara əsasən mənim inzibati xətanı xx.xx.2024- cü il tarixdə törətməyimə baxmayaraq BDYPİ tərəfindən barəmdə inzibati xəta haqqında elektron protokol və qərar xx.xx.2024-cü il tarixdə, yəni 1 ay, 26 gün sonra qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında elektron protokol və qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizənin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixdə EQ 21178618 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024cü il tarixli, EQ 21178618 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 20 mart 2024-cü il tarixdə idarə etdiyi Hyundai ix35 markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini Bakı şəhəri H.Əliyev küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsi - Azadlıq prospektində qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadan idarə etmişdir. İş materiallarında olan “Asan ödəniş” sistemindən əldə edilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli, EQ 21178618 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati xətanın törədilmə vaxt xx.xx.2024-cü il tarixdə olsa da, həmin qərar şəxsin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə görə - Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən isə - Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, X3 20 mart 2024-cü il tarixdə idarə etdiyi Hyundai ix35 markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini Bakı şəhəri H.Əliyev küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsi - Azadlıq prospektində qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadan idarə etdiyinə görə Azərbaycan Respublikasının DİN Baş X6i İdarəsi (BDYPİ) tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə EQ 21178618 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilməmiş və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, X3 tərəfindən inzibati xəta hadisəsi xx.xx.2024-cü il tarixdə törədilsə də onun barəsində inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilərək həmin tarixdə də şəxsin elektron kabinetinə yerləşdirilmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 38.6 və 122.1-ci maddələrinin tələbləri gözlənilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X2 şikayət ərizəsi təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixdə EQ 21178618 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X3 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 21178618 saylı qərarı ləğv edilsin. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21178618 saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4049/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4049/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver