Məhkəmə qərarları › İş №3(004)-4052/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4052/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4052/2024 27.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Bas Gömrük İdarəsi “İpək Yolu” gömrük postundan daxil olmuş 3-33-1100/029/018485 saylı, xx.xx.2024-cü il tarixli raportdaidxalatçı Şəxs adına Rusiya Federasiyasından 3 saylı xx.xx.2024-cü il tarixli invoys əsasında 77NL763/99YF403 nömrə nişanlı avtomaşında daxil olan və **********6631 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə rəsmiləsən yükə gömrük yoxlaması keçirən zaman Gömrük Bəyannaməsinin 14-cü mal mövqeyində karnavallar üçün əşyalar və aksesuarlar qeyd olunan yükə baxış keçirilən zaman 2053 ədəd hər biri 50 ABŞ dolları, 2547 ədəd hər biri 100 EURO olan xarici ölkələrə məxsus pul əskinazlarına bənzər lakin üzərində heç bir seria nömrələri olmayan yüklər aşkar edilmişdir. Azərbaycan Respublikasının vətəndaşı Şəxs tərəfindən bəyan edilməyən malların dəyəri işin halları ilə uyğun olub-olmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan məhkəmə ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır. Aparılmış araşdırma zamanı 2053 ədəd hər biri 50 ABŞ dolları, 2547 ədəd hər biri 100 EURO olan xarici ölkələrə məxsus pul əskinazlarına bənzər lakin üzərində heç bir seria nömrələri olmayan yükünün qiymətləndirilməsi məqsədilə xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-004523/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinə müraciət edərək ekspertizanın aparılması Birliyin ekspertlərinə həvalə edilmişdir. “Azərekspertiza” Birliyindən Bakı Bas Gömrük idarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 105NQ-İİ Ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş gömrük orqanına bəyan olunmayan 1 ədəd 50 ABŞ dolları 0.03 AZN, 1 ədəd 100 EİRQ - 0.03 AZN olmaqla xarici ölkələrə məxsus pul əskinazlarına bənzər lakin üzərində heç bir eria nömrələri olmayan malların xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 2053 ədəd hər biri 50 ABŞ dolları -6 1.59 manat, 2547 ədəd hər biri 100 EURO - 76.41 manat olmaqla cəmi 138 (yüz otuz səkkiz) manat olduğu müəyyən edilmişdir. Həmin malların ayrı - ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində qeyd edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Şəxs tərəfindən gömrük orqanına bəyan edilməyən malların ümumilikdə orta bazar qiyməti 138 (yüz otuz səkkiz) manat təşkil edir. Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallaını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Bas Gömrük İdarəsi “İpək Yolu” gömrük postundan daxil olmuş 3-33-1100/029/018485 saylı, xx.xx.2024-cü il tarixli raportdaidxalatçı Şəxs adına Rusiya Federasiyasından 3 saylı xx.xx.2024-cü il tarixli invoys əsasında 77NL763/99YF403 nömrə nişanlı avtomaşında daxil olan və **********6631 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə rəsmiləsən yükə gömrük yoxlaması keçirən zaman Gömrük Bəyannaməsinin 14-cü mal mövqeyində karnavallar üçün əşyalar və aksesuarlar qeyd olunan yükə baxış keçirilən zaman 2053 ədəd hər biri 50 ABŞ dolları, 2547 ədəd hər biri 100 EURO olan xarici ölkələrə məxsus pul əskinazlarına bənzər lakin üzərində heç bir seria nömrələri olmayan yüklər aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 105 saylı, xx.xx.2024-cü ıl tarixli ekspert rəyi ilə təsdiq olunur ki, Gömrük orqanına bəyan olunmayan 1 ədəd 50 ABŞ dolları-0.03 AZN, 1 ədəd 100 EURO-0.03 AZN olmaqla olan xarici ölkələrə məxsus pul əskinazlarına bənzər lakin üzərində heç bir seria nömrələri olmayan malların xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 2053 ədəd hər biri 50 ABŞ dolları- 61.59 manat, 2547 ədəd hər biri 100 EURO- 76.41 manat olmaqla cəmi 138 manat olaraq müəyyən edildi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ıdxalatçı Şəxs adına Rusiya Federasiyasından 3 saylı xx.xx.2024-cü il tarixli invoys əsasında 77NL763/99YF403 nömrə nişanlı avtomaşında daxil olan və **********6631 sorğu nömrəli GB-lə rəsmiləşən yükə gömrük yoxlaması keçirən zaman, GB-nin 14-cü mal mövqeyində karnavallar üçün əşyalar və aksesuarlar qeyd olunan yükə baxış keçirilən zaman 2053 ədəd hər biri 50 ABŞ dolları , 2547 ədəd hər biri 100 EURO olan xarici ölkələrə məxsus pul əskinazlarına bənzər lakin üzərində heç bir seria nömrələri olmayan yüklər aşkar edilmişdir. İş materiallarında olan **********6631 nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, “OOO RUSTORQ tapş. İlə OOO REMİS” şirkəti tərəfindən Şəxs ünvanına karnavallar üçün əşyalar və aksesuarlar göndərilmişdir. İş materiallarında olan 3 nömrəli xx.xx.2024-cü il tarixli “invoys”-dan görünür ki, “Heics Silkway BV” şirkəti tərəfindən Şəxs ünvanına karnavallar üçün əşyalar və aksesuarlar ümumi dəyəri cəmi 138 manat olmuşdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 40 faizi məbləğində, yəni 55.2 ( əlli beş manat 20 qəpik) manat məbləğində cərimə edilməlidir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115, 128-130 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və qismində ödənilməli olan 138 (yüz otuz səkkiz) manat gömrük ödənişlərinin məbləğinin 40 faizi məbləğdə, yəni 55.20 manat (əlli beş manat 20 qəpik) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar