Məhkəmə qərarları › İş №3(004)-4056/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4056/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4056/2023 28.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tağı Şahbazi, ev 108 olan Şəxs MMC (VÖEN: **********) Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 24 iyul 2023cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, İD********** nömrəli müraciət əsasında idxal edilmiş dekorativ gül məhsullarına dair sınaq protokolunu regional bölməyə təqdim etməmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X3 protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş hüquqi şəxsin barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd edilən İD********** nömrəli müraciət cəmiyyət tərəfindən edildikdən sonra agentlik tərəfindən qeyd edilmiş dövlət rüsumu tam şəkildə ödənilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Şəxs MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə idxal olunan əkin-səpin və bitkilərin genetik materiallarına idxal karantin icazəsinin verilməsi üçün elektron ərizədən görünür ki, İD********** nömrəli müraciət edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin Şəxs MMC-yə ünvanlanmış 14 iyul 2023-cü il tarixli 3-44-1/2-2-6937/23 nömrəli məktubundan görünür ki, Sizin idxal etdiyiniz məhsullara idxal icazəsinin alınması ilə bağlı olan İD********** müraciətinizə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsində baxılmışdır. Müraciət qanunvericiliyə uyğun olaraq müvafiq qaydada icraya götürülsə də, malların təhlükəsizliyinə dair məlumatlar (malların Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən aparılan tədqiq (sınaq) nəticələrinə dair protokolu) tərəfinizdən Agentliyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Qida X1 3.0.33-16-ci bendinə əsasən Azərbaycan Respublikasına getirilmiş və ölkədən aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışı keçirmək və laboratoriya ekspertizasını aparmaq Agentliyin vəzifələrinə aid edilmişdir. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1.1- ci ve 12.1.4-cü maddələrinə əsasən öz ərazilərində və obyektlərində müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən fitosanitar nəzarəti və baxışının keçirilməsi və fitosanitar nəzarətində olan karantin obyektlərinin və ya bitki mühafizə vasitələrinin təqdim edilməsi üçün şərait yaratmaq, eyni zamanda fitosanitar tədbirlərin yerinə yetirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qərarlarına emel etmək hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahesinde vəzifə və öhdəlikləridir. Həmin qanunun 13.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi yüklərdən ekspertiza və analiz aparmaq məqsədilə nümunələr götürülməsi və nəticələr əldə olunanadək yükün saxlanılması idxal olunmuş məhsullara tətbiq edilen fitosanitar tədbirlər sırasına aid edilmişdir. Azerbaycan Respublikası Qida X1 4.0.3-cü yarımbəndinə əsasən fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barede sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq Agentliyin hüquqlarına aid edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, tərəfinizdən ölkəyə idxal olunmuş mallar (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması) barədə məlumatları və həmin malların təhlükəsizliyinə dair məlumatların (malların Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən aparılan tədqiq (sinaq) nəticələrinə dair protokolu) xx.xx.2023-cü il tarixinədək Agentliyin Bakı regional bölməsinə təqdim etməyiniz sizdən xahiş olunur. Qeyd: Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin Şəxs MMC-yə ünvanlanmış 20 iyul 2023-cü il tarixli 3-44-1/2-2-7300/23 nömrəli məktubundan görünür ki, onların idxal etdikləri məhsullara idxal karantin icazəsinin alınması ilə bağlı olan İD********** müraciətinizə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsində baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Qida X1 4.0.3.-cü yarımbəndinə əsasən, fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar barədə sorğu vermək və onlardan belə məlumatları almaq Agentliyin hüquqlarına aid edilmişdir. Bununla bağlı sözügedən mallar (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması) barədə məlumatların və həmin malların təhlükəsizliyinə dair məlumatların (malların Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən aparılan tədqiq (sınaq) nəticələrinə dair protokolun) əldə edilməsi üçün xx.xx.2023-cü il tarixli 3-44-1/2-2-6937/23(1) nömrəli məktub ünvanlanmışdır. Sözü gedən məhsul partiyaları barədə Agentliyin Bakı regional bölməsinə 19.07 2023-cü il tarixinədək məlumat verilməsi qeyd olunsada, lakin hal hazırki dövrə qədər tərəfinizdən qeyd olunan məlumatlar təqdim edilməmişdir. Məlumat üçün bildiririk ki, Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraata başlanması ilə bağlı səbəblər olduğu üçün həmin məcəllənin 100.1-ci və 100.2-ci maddələrinin tələblərini nəzərə alınaraq xx.xx.2023-cü il tarixində saat 1125-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 185B ünvanında yerləşən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə gəlmələri zəruridir. Qeyd: İşə baxılmasına gəlmədikləri təqdirdə iştirakları olmadan İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılacaqdır. İşə baxılmasında iştirak edəcək səlahiyyətli nümayəndənin şəxsiyyət vəsiqəsini və səlahiyyətinin olmasını təsdiq edən sənədi təqdim etməlidir. “Azerexpresspost” poçt xidmətinin xəbərnaməsindən görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin Şəxs MMC-yə ünvanlanmış 20 iyul 2023-cü il tarixli 3-44-1/2-2-7300/23 nömrəli məktub 25 iyul 2023-cü il tarixdə Nəsirov tərəfindən qəbul edilmişdir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC emitentin iliik hesabatını qanunvericiliklə müəyyən edilmiş müddət ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə təqdim etməmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 544.2-ci maddəsinə əsasən İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 544.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar