Məhkəmə qərarları › İş №3(004)-4056/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4056/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4056/2024 22.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi X1 iştirakı ilə "xxxx" MMC-in direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında EP ******* saylı, 05 avqust 2024-cü il tarixli protokola əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də (MMC) xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində plandankənar tematik yoxlama aparılmışdır. Yoxlamanın ilk günündə yoxlayıcıların tələbi ilə təqdim edilmiş valyuta mübadiləsi məntəqəsindəki müşahidə kameralarına baxış keçirilməyə başlanılmış və görüntülərin ilkin tədqiqi həyata keçirilmiş, MMC tərəfindən xarici valyuta əməliyyatlarının aparılması qaydasının pozulması və valyuta əməliyyatları barədə məlumatların "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vahid informasiya sisteminə təqdim edilməməsi halları aşkar edilmişdir. Növbəti gün yoxlamanın davam etdirilməsi məqsədilə müşahidə kameralarmdakı görüntülər "xxxx" MMC-nin direktoru X3 tərəfindən yoxlayıcıya təqdim edilməmişdir. Buna səbəb olaraq müşahidə kamerasının yaddaş qurğusunun sıradan çıxması göstərilmişdir. Bununla da "xxxx" MMC-in direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də (MMC) xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində plandankənar tematik yoxlama aparılmışdır. Yoxlamanın ilk günündə yoxlayıcıların tələbi ilə təqdim edilmiş valyuta mübadiləsi məntəqəsindəki müşahidə kameralarma baxış keçirilməyə başlanılmış və görüntülərin ilkin tədqiqi həyata keçirilmiş, MMC tərəfindən xarici valyuta əməliyyatlarının aparılması qaydasmm pozulması və valyuta əməliyyatları barədə məlumatlarm "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vahid informasiya sisteminə təqdim edilməməsi halları aşkar edilmişdir. Növbəti gün yoxlamanın davam etdirilməsi məqsədilə müşahidə kameralarmdakı görüntülər "xxxx" MMC-nin direktoru X3 tərəfindən yoxlayıcıya təqdim edilməmişdir. Buna səbəb olaraq müşahidə kamerasının yaddaş qurğusunun sıradan çıxması göstərilmişdir. Halbuki, "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarmm aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası nın (Qayda) 4.6-cı və 4.7-ci bəndlərinə görə valyuta mübadiləsi məntəqəsində xəzinədarı və müştərini, habelə müştəriyə xidmət sahəsini qeydə ala biləcək yerdə müşahidə kameraları quraşdırılmalıdır. Qeydə alman görüntülər ən azı 6 (altı) ay müddətində qeydə almdığı valyuta mübadiləsi məntəqəsində, əlavə obyekt olduğu halda həmin görüntülərin ehtiyat nüsxələri isə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin əsas binasmda saxlanmalıdır. Qeyd edilən görüntülər İnzibati Xətalar Məcəlləsinin 80.2-ci və Qaydanın 4.6-cı və 4.7-ci bəndlərinə əsasən yoxlama aid sənədlər hesab edildiyindən həmin sənədlərin yoxlayıcıya təqdim edilməməsi inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi üzrə inzibati məsuliyyət yaratmış olur. Qeyd olunanları nəzərə alaraq, "xxxx" MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə vəzifəli şəxsin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş “Yoxlama haqqında hesabatdan” görünür ki, X4 məxsus ünvan 2 ünvanında plandankənar, tematik yoxlama aparılaraq hesabat tərtib edilmişdir. 09 iyul tarixli aktdan görünür ki, mübadilə məntəqəsi "Delta Capital” MMC-nin direktoru Şəxs, direktor müavini F.R.Rəsulov, xəzinədarları B.S.Heydərov, F.R.İbrahimov, K.R.Əsədullayev, K.Ə.Babaşov və Azərbaycan Respublikasının Mərkəzi Bankının "Kredit təşkilatlarının fəaliyyətinə-nəzarət" departamentinin əməkdaşları E.M.Xəlilzadə və R.A.Məmmədov bu aktı tərtib etdik ona görə ki, 06-09 iyul tarixləri aralığında mübadilə məntəqəsinin müşahidə kamera görüntüləri seçmə üsul ilə izlənilmiş və aşağıdakı uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, məntəqənin müşahidə kamera görüntüləri vasitəsilə aşağıdakı cədvəldə göstərilmiş mübadilə əməliyyatlarının faktiki olaraq icra edilməsi izlənilsə də, həmin əməliyyatların X5 Xidmətlər portalında əks etdirilməsi təmin edilməmişdir. Bundan əlavə olaraq məntəqənin müşahidə kamera görüntülərinə baxış keçirilən zaman xx.xx.2024-cü il tarixində saat 09:05 radələrində məntəqənin kassasından 10.000 (on min) avro vəsaitin sayılaraq müştəriyə təqdim edilməsi aşkar edilmişdir (müştəri tərəfindən əvəzi verilmədən). Bununla bağlı məntəqənin direktor müavini izahat təqdim etmişdir. İzahat akta əlavə edilir. Müşahidə kameralarının yaddaşlarında olan video görüntülər xx.xx.2024-cü il tarixindən əvvəlki dövrləri əhatə etmir. 10 iyul tarixli aktdan görünür ki, mübadilə məntəqəsi "xxxx" MMC-nin direktoru Şəxs, direktor müavini F.R.Rəsulov, xəzinədarları B.S.Heydərov, F.R.İbrahimov, K.R.Əsədullayev, K.Ə.Babaşov və Azərbaycan Respublikasının Mərkəzi Bankının "Kredit təşkilatlarının fəaliyyətinə nəzarət" departamentinin əməkdaşları E.M.Xəlilzadə və R.A.Məmmədov bu aktı tərtib etdik ona görə ki, 06-10 iyul tarixləri aralığında mübadilə məntəqəsinin müşahidə kamera görüntüləri seçmə üsul ilə izlənilmiş və aşağıdakı uyğunsuzluqlar aşkar edilmişdir. Mübadilə məntəqəsində tematik plandankənar yoxlamanın aparılmasına xx.xx.2024-cü il tarixində başlanılmışdır. Yoxlama zamanı məntəqədə 2 video müşahidə qeydiyyatçısının (DVR) olduğu müəyyən edilmişdir. DVR-lar kassa qovşağı və məntəqənin digər ərazilərinin video görüntülərini əhatə edir. Tematik yoxlama başlanan tarixdə (xx.xx.2024) kassa qovşağının görüntülərini qeydə alan video qeydiyyatçının yaddaş qurğusunda olan görüntülərin 12 təqvim günü (xx.xx.2024-cü il tarixindən əvvəlki dövrləri əhatə etməməsi), məntəqənin digər ərazilərinin görüntülərini qeydə alan video qeydiyyatçının yaddaş qurğusunda olan görüntülərin isə 5 təqvim günü (xx.xx.2024-cü il tarixindən əvvəlki dövrləri əhatə etməməsi) müddətində mövcud olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixində məntəqənin müşahidə kamera görüntüləri vasitəsilə aşağıdakı cədvəldə göstərilmiş mübadilə əməliyyatlarının faktiki olaraq icra edilməsi izlənilsə də, həmin əməliyyatların X5 Xidmətlər portalında əks etdirilməsi təmin edilməmişdir. Həmçinin görüntülərə baxış zamanı xx.xx.2024 cü il tarixində saat 09:05 radələrində məntəqənin kassasından 10.000 (on min) avro vəsaitin sayılaraq müştəriyə təqdim edilməsi aşkar edilmişdir (müştəri tərəfindən əvəzi verilmədən). Bununla bağlı məntəqənin direktor müavini izahat təqdim etmişdir. İzahat akta əlavə edilir. xx.xx.2024-cü il tarixində kassa qovşağında yerləşən DVR-da olan video görüntülər (mübadilə əməliyyatlarının aparılması daha dəaiq görünən) yoxlama qrupuna təqdim edilməmişdir. İnzibati xəta haqqında EP ******* saylı, 05 avqust 2024-cü il tarixli protokola əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də (MMC) xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində plandankənar tematik yoxlama aparılmışdır. Yoxlamanın ilk günündə yoxlayıcıların tələbi ilə təqdim edilmiş valyuta mübadiləsi məntəqəsindəki müşahidə kameralarına baxış keçirilməyə başlanılmış və görüntülərin ilkin tədqiqi həyata keçirilmiş, MMC tərəfindən xarici valyuta əməliyyatlarının aparılması qaydasının pozulması və valyuta əməliyyatları barədə məlumatların "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vahid informasiya sisteminə təqdim edilməməsi halları aşkar edilmişdir. Növbəti gün yoxlamanın davam etdirilməsi məqsədilə müşahidə kameralarmdakı görüntülər "xxxx" MMC-nin direktoru X3 tərəfindən yoxlayıcıya təqdim edilməmişdir. Buna səbəb olaraq müşahidə kamerasının yaddaş qurğusunun sıradan çıxması göstərilmişdir. "xxxx" MMC-nin təsisçinin 01 avqust 2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Şəxs təyin edilmişdir. İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 600000.00 AZN olan "xxxx"MMC-nin hüquqi ünvanı ünvan 3021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.2. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarmm aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası nın (Qayda) 4.6-cı və 4.7-ci bəndlərinə görə valyuta mübadiləsi məntəqəsində xəzinədarı və müştərini, habelə müştəriyə xidmət sahəsini qeydə ala biləcək yerdə müşahidə kameraları quraşdırılmalıdır. Qeydə alman görüntülər ən azı 6 (altı) ay müddətində qeydə alındığı valyuta mübadiləsi məntəqəsində, əlavə obyekt olduğu halda həmin görüntülərin ehtiyat nüsxələri isə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin əsas binasmda saxlanmalıdır. Məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlarla Şəxs AR İXM-nin 602.4-cü maddəsi ilə təqsirli olması sübuta yetirildiyindən vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati icraat aparılan Şəxs barəsində məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati icraat aparılan Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 602.4-cü maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 manat (min) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar