Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4057/2023 24.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində qəbul edilmiş qərardan şikayət verən şəxs X oğlunun, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, X oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X oğlu məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X oğlu hal-hazırda Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, Bakı şəhəri Səbail rayonu Neftçilər pr-ti 143 ünvanında Reklam Çarxlarının hazırlanması ilə sahəsində çalışır. Hər ay qanuni şəkildə vergi, kommunal xidmətləri və s. ödənişlərini dövlət büdcəsinə ödəyir. Hal-hazırda rəhbərliyi altında 1 nəfər əmək müqaviləsi əsasında işçisi vardır. O, xx.xx.2021-ci il tarixli MN1497473 saylı protokol ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin rəisi X5 tərəfindən cərimə olunmuşdur. Guya ki, vəzifəli şəxs kimi Əliyev Şıx-Tural Azad oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir və barəsində xx.xx.2023-ci il tarixli MN1497473 saylı protokol tərtib edilərək vəzifəli şəxs kimi 4.000 manat əsassız yerə cərimə olunmuşdur. Səbəb isə o göstərilmişdir ki, vətəndaş X2 fiziki şəxs kimi mən Əliyev Şıx-Tural Azad oğlu tərəfindən guya ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlədilmişdir. Buna görə də Əliyev Şıx-Tural Azad oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4.000 manat cərimə olunmuşdur. Halbuki, onun işçisi öz istəyi ilə işdən azad olunmuşdur. Əmək haqqını gec aldığı üçün DOST mərkəzinə şikayət edərək səhv məlumatlar vermişdir. Sonradan səhvini başa düşərək həmin DOST mərkəzinə 2 dəfə ərizə ilə şikayətinin geri götürməsi ilə bağlı müraciət etmişdir. Lakin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsi bunu nəzərə almayaraq Əliyev Şıx-Tural Azad oğlunu əsassız cərimə etmişdir. O, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsi tərəfindən yazılan inzibati tənbeh vermə haqda qərarı ədalətsiz qərar olduğunu düşünür. Həmin inzibati xəta haqqında iş üzrə protokoldan razı olmamışdır. Həmin protokol hərtərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin səlahiyyətli nümayəndəsi X3 şikayətin dəlilləri ilə razılaşmayaraq bildirmişdir ki, vətəndaş X2 fiziki şəxs X oğlu tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu səbəbdən də, X oğlu barəsində X4 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X5 tərəfindən 01 iyun 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iştirak edən barəsində qəbul edilmiş qərardan şikayət verən şəxs Əliyev Şıx-Tural Azad oğlu şikayətin də qeyd etdiyi xüsusatları bir daha təsdiq edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X2 bildirmişdir ki, əsəbi olduğundan və keçmiş müdiri X oğlunu onun maaşının gecikdirməsinə görə incitmək istəmiş və buna görə də onun barəsində DOST mərkəzinə şikayət etmişdir. Belə ki, iş materiallarında olan 01 iyun 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X oğlu tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Ona görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 əvvəllər şirkətində çalışdığı müdiri X oğluna qarşı içində intiqam hissi bəslədiyindən, onun barəsində süni şəkildə şişirdilmiş məlumat verməklə müvafiq dövlət orqanına şikayət ilə müraciət etmiş və bunun nəticəsində də, X oğlu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və, o, müvafiq maddə ilə cərimə edilmişdir. Belə olan halda X oğlunun əməlində AR İXM-nin 192.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, q ə r a r a a l d ı: X oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayət təmin edilsin və həmin qərar ləğv edilsin. İşə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən ətraflı araşdırma aparmaqla yenidən baxılsın. X oğlunun Azərbaycan Respublikası İXM-in 192.1-cı maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4057/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4057/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver