Məhkəmə qərarları › İş №3(004)-4075/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4075/2020

02.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4075/2020 02.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə toplanmış inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsinin müdiri X1 tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC 2018-ci il üzrə maliyyə hesabatlarının 2019-cu ildə auditinin aparılmamasına görə inzibati xəta törətmişdir. Məhkəmə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən daxil olmuş inzibati xəta haqqında materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi “Kommersiya təşkilatlarının dövlət reyestri məlumatları haqqında” X2 portalından çıxarışla müəyyən edilir ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1 məhəllə 1212 ünvanıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112.4-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə toplanmış inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar