Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4083/2025 20.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyini yanında ƏMDX-nin Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyini yanında ƏMDX-nin Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət geri qaytarılmalıdır. Belə ki, X2 inzibati tənbeh vermə haqqında qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Bundan əlavə məhkəməyə təqdim edilmiş qərardan şikayət X2 tərəfindən imzalanmamışdır. Buna görə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyini yanında ƏMDX-nin Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının həqiqətən də mövcud olmasını müyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Eyni zamanda məhkəmə izah edir ki, gələcəkdə məhkəməyə müraciət ediləcəyi halda şikayətin formasına riayət edilməsi, şikayət edilən qərarın və digər sənədlərin işə əlavə olunması zəruridir. Digər tərəfdən məhkəmə inzibati qəradan şikayət verən şəxsin nəzərinə çatdırır ki, barəsində qəbul edilmiş inzibati orqanın qərarından yaşayış yeri üzrə (əlavə ərizə təqdim etməklə) və ya xətanın baş verdiyi yer üzrə məhkəməyə verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyini yanında ƏMDX-nin Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət imzalanmadığından və qərar əlavə olunmadığından ərizə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyini yanında ƏMDX-nin Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati protokoldan verdiyi şikayəti geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4083/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4083/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver