Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4086/2025 25.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 44 ünvanında yerləşən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı ünvanına üzərində SMGU8849509 nömrəli konteyner olan 94325693 nömrəli vaqon ilə gətirilən malların xx.xx.2025-ci il tarixli **********5038 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edilməyərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3- 33- 1100/028/013113 nömrəli raporta əsasən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına üzərində SMGU8849509 nömrəli konteyner olan 94325693 nömrəli vaqon ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, üzərində SMGU8849509 nömrəli konteyner olan 94325693 nömrəli vaqon ilə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixdə saat 16:10-də "Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********5038 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar üzərində SMGU8849509 nömrəli konteyner olan 94325693 nömrəli vagon ilə xx.xx.2025-ci il tarixdə saat 16:10-də “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair gısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir, lakin xx.xx.2025-ci il tarixli **********5038 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair tərtib edilmiş **********7400 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə daxil olduqdan sonra, yəni xx.xx.2025-ci il tarixdə saat 12:02 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Bununla da o, İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, № 00100-01435/25 (EP 0234921) saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X4 bildirmişdir ki, şirkətin heç bir məsuliyyəti yoxdur, çünki onlar "xxxx" MMC ilə gömrük təmsilçiliyi müqaviləsi bağlamışlar və həmin müqaviləyə əsasən gömrük orqanlarında bütün prosedurlar təmsilçi şirkət tərəfindən həyata keçirilməlidir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə qətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Həmin məcəllənin 113.2-ci maddəsində qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatların əks edilməli olduğu, 114.1-ci maddəsində isə qısa idxal bəyannaməsinin məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edildiyi göstərilmişdir. Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan müvafiq sənədlərə əsasən müəyyən edilir ki, Şəxs və "xxxx" MMC arasında gömrük təmsilçiliyi müqaviləsi bağlanmışdır. Lakin müqavilə üzrə tərəf olan təmsilçi şirkət tərəfindən müvafiq qanunlara əməl edilməməsi Şəxs şirkətini məsuliyyətdən azad etmir. Belə ki, ölkə ərazisinə idxal olunmuş yüklər Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına göndərilmiş və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi müvafiq dövlət qurumuna təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (bir min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-4086/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4086/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver