Məhkəmə qərarları › İş №3(004)-4087/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4087/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4087/2022 20.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarından şikayət verərək, Bakı şəhəri DYPİ Yol patrul insdpektoru tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolun etibarsız hesab edilməsi, bununla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242.2.4-cü maddəsi ilə 150 manat inzibati cərimə tətbiq edilməsi barədə TP ******* saylı elektron qərarın ləğv olunması və inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı Şamaxı Yolunun 15-ci km hissəsində, Abşeron rayonu ərazisində idarə etdiyi “Opel” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman İİİ tağım YPX inspektoru polis serjantı Məmmədov Xaliq tərəfindən qeyri qanuni tələblər əsasında saxlanılmışdır. İnspektor qanunsuz olaraq pərdə istifadə etdiyimi bildirərək ona İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə protokol tərtib edəcəyini bildirmişdir. O, bununla razılaşmayaraq hüquqlarını müdafiə edib, yazılacaq protokolun qanunsuz olacağını qeyd etdi və protokol yazıldığı təqdirdə qərardan şikayət verəcəyini bildirmiş, lakin inspektor ona gedə biləcəyini bildirmiş və onun sənədlərini qaytarmışdır. Sonradan ona məlum olmuşdur ki, inspektor tərəfindən protokol tərtib edilərək sistemə vurulmuş və hətta qərar belə qəbul edilmişdir. Protokol onun saxlanılmağına baxmayaraq elektron formada tərtib edilmiş, ona təqdim edilməmiş, etirazları da nəzərə alınmamışdır. Bildirmişdir ki, barəsində tərtib edilmiş İXP 478234 saylı protokol və həmin protokola dair qəbul edilmiş TP ******* saylı elektron qərar qanunsuz və əsassızdır. Belə ki göstərilən protokol onun elektron bazadakı ünvanına vurulsa da, həmin inzibati xətanı törətməyinə dair heç bir sübut əlavə edilməmişdir. Hazırda elektron bazada inzibati xətanı törətməyinə dair heç bir sübut əlavə edilməmişdir. Onun tərəfindən avtomobilin ban şüşəsinə heç bir örtük çəkilməmişdir. Gün işığının avtomobildə olan azyaşlı övladına vurmaması üçün qanunvericilikdə və normativ aktlarda istifadəsinin qadağan olunması sübuta yetirilməyən maqnit vasitəsi ilə asanlıqla çıxarıla bilən yan arxa şüşələrə gün qoruyucu taxılmışdır. Protokol tərtib etmiş və inzibati tənbeh qərarı qəbul etmiş X4 bildirdi ki, inzibati xətanın törədilməsi tam təsdiq edilir, bu barədə videogörüntü də vardır və videogörüntüdə də bu fakt təsdiq edilir. Ona görə də şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X8 28 iyul 2022-ci il tarixdə saat 09:21 radələrində “Opel Astra” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Şamaxı yolunda “nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə” yol-hərəkət qaydalarının pozulmasına görə İXM-in 342.2.4-cü maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan CD diskdəki videogörüntüdən görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar