Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4094/2023 17.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1, AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinin adından X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X8 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 Azərbaycan Respublikası DİN Bakı şəhər X8 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, sözügedən protokol qanunsuz olaraq yazılmışdır. Həmin protokolu qanunda pərdəyə icazə olduğu halda 150 manat cərimə edilmişdir. Eləcə də, o, qeyd etmişdir ki, qanunda sürücünün görüntüsünün məhudulaşdırılmaması şərti göstərilmişdir. Onun avtomobilinin arxa podpresində olan pərdənin orta hissəsi açıq olmuş və heç bir görüntü məhdudiyyəti yaratmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 nəqliyyat vasitəsinin şüşələrinə qanunla tətbiqinə icazə verilən örtükdən çəkdiyini nəzərə alaraq, həmin qərarı əsassız olduğunu bildirmişdir. Beləliklə, o, tərəfindən verilmiş şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verilən orqanın nümayəndəsi X4 bildirmişdir ki, Azərbaycan Respublikasi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi” Qaydasına əsasən nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına, yük avtomobillərində, sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə, jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına yol verilir. X3 minik avtomobili idarə etdiyindən, onun avtomobilinin ban şüşələrinə pərdə yerləşdirməsi qanunazid hesab edilmişdir. Beləliklə, Azərbaycan Respublikası DİN Bakı şəhər X8 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarın əsaslı olduğunu bildirərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər X8 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərara əsasən X3 İXM-in 327.2 və 342.2.4-cü maddələri ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Faktiki olaraq, şikayətçi X3 məhkəməyə ünvanladığı şikayət ərizəsində minik avtomobilinin arxa şüşəsinə pərdə asdığını göstərmişdir. “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi” Qaydasına əsasən nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə bu örtüklərin çəkilməsinə yol verilir: minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına; yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. X3 minik avtomobili idarə etdiyindən, onun avtomobilinin ban şüşələrinə pərdə yerləşdirməsi qanunsuzdur hesab edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilməlidir ki, inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası DİN Bakı şəhər X8 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarına əsasən, X1 idarə etdiyi avtomobil “Khazar SD” minik avtomobili olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən ona məxsus olan avtomobilin ban şüşələrinə pərdənin örtük qismində yerləşdirilməsi yuxarıda qeyd edilən qaydaya zidd olmuşdur və mübahisələndirilən qərar qanunidir, şikayət isə əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddərini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X8 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4094/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4094/2023
17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver