Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-4097/2023 24.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, X1 barəsinsə qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 15882435 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində 24 iyul 2023-cü il tarixli EQ seriyalı 15882435 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət geri qaytarılmalıdır. Belə ki, işin baxılmağa hazırlanması zamanı iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, ərizə verən şəxs tərəfindən törədilməsi istinad edilən inzibati xəta hadisəsi Bakı şəhəri Nəsimi rayonunun ərazisində törədilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, ləğv edilməsi xahiş edilən inzibati qərar X1 barəsində qəbul edilsə də həmin qərardan, barəsində qərar qəbul edilməyən şəxs yəni X3 şikayət vermişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi Bakı şəhəri Nəsimi rayonu ərazisində törədildiyindən və barəsində inzibati qərar qəbul edilməyən şəxs tərəfindən müraciət edildiyindən hazırki şikayət ərizəsi geri qaytarılmalıdır. Məhkəmə izah edir ki, xx.xx.2023-cü il tarixli EQ seriyalı 15882435 saylı inzibati tənbeh vermə haqqında qərarından yenidən şikayət verməklə inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə və barəsində qərar qəbul edilmiş şəxsin yazılı vəsatətinə əsasən yaşayış yeri üzrə birinci instansiya məhkəməsinə müraciət edilə bilər. Məhkəmə həmçinin izah edir ki, gələcəkdə məhkəməyə müraciət edilərkən buraxılmış müddətin bərpası ilə bağlı vəsatətin verilməsi məsələsinə diqqət yetirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X1 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 15882435 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4097/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-4097/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver