Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4098/2024 14.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin sahə rəisi X4, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin sahə rəisi X7 tərəfindən tərtib edilmiş MN ******* saylı, 14 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-ci il tarixdə ünvan 2 ünvanında həyat yoldaşı X5 fiziki zor tətbiq edərək sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək döymüşdür. Bununla da o, İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsinin sahə rəisi Eldəniz Hüseynov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2024-ci il tarixdə ünvan 3 ünvanında yerləşən gözəllik salonunda X5 fiziki zor tətbiq edərək sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək döymüşdür, onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsində özünü qismən təqsirli bilərək, bildirdi ki, X1 onun həyət yoldaşıdır və onlar 25 ildir evli olsalarda X2 illərdə ona qarşı aqressiv münasibət göstərərək ondan ayrılmaq istəmişdir.O, zərərçəkmiş şəxsin ondan ayrılmaq səbəbini anlaya bilmir və zərərçəkmiş şəxsdən ayrılmaq istəmir.xx.xx.2024-cü ildə elə bu səbəbi aydınlaşdırmaq üçün zərərçəkmişin işlədiyi gözəllik salonuna getsədə zərərçəkmiş şəxs onunla danışmaqdan imtina edərək ona qarşı nalayiq ifadələr işlətmiş bu zaman aralarında dava yaransada o zərərçəkmiş şəxsi vurduğunu xatırlamır,bildirdiyinə görə o, zərərçəkmişi sadəcə olaraq itələmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X6 bildirdi ki,Şəxs ilə 25 ildir ailəlidir. Şəxs bu illər ərzində hər zaman ona qarşı şiddət göstərmiş dəfələrlə onu döyərək ona müxtılif bədən xəsarətləri yetirmişdir.Son illər ərzində aralarındakı münasibətlər dahada kəskinləşdiyi üçün o, Şəxs ilə aralarındakı ailə münasibətlərinə son verməyi qərara almış və Yasamal rayon məhkəməsinə “Nikahın pozulması” tələbi ilə müraciət etmişdir.Hal hazırda onlar birlikdə yaşamamalarına baxmayaraq zərərçəkmiş şəxs yenədə Şəxs təqibinə və şiddətinə məruz qalmışdırş.Beləki Şəxs dəfələrlə zərərçəkmiş şəxsə və onun yaxınlarına zəng edərək onları təhdid etmiş,onlara qarşı nalayiq ifadələr işlətmişdir.Həmçinin X1 əvvəllərə iki dəfə Şəxs Yasamal rayon RPİ-nin 27-ci bölməsinə şikayət etmiş ,ilk dəfə aralarında barışıq olduğu üçün inzibati iş üzrə icraata xitam verilmiş,ikinci dəfə isə Şəxs 27-ci Polis Bölməsi tərəfindən 300 manat cərimə edilmişdir.xx.xx.2024-cü ildə X6 yaşadığı evin yaxınlığında işlədiyi gözəllik salonunda Şəxs tərəfindən döyülmüşdür. Həmçinin, Şəxs bağışlamadığını və onun həbs olunmasını məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsinin sahə rəisi Eldəniz Hüseynov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2024-ci il tarixdə ünvan 3 ünvanında yerləşən gözəllik salonunda X5 fiziki zor tətbiq edərək sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək döymüşdür, onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı T.Əzizovun xx.xx.2024-cü il tarixli qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması, həmçinin Həsənovlar ailəsinin ailə daxili mübahisələrinin mütamadi xarakter daşımasi nəzərə alaraq və gələcəkdə onlar arasında baş verə biləcək xoşagəlməz halların qarşısını almaq məqsədi ilə münaqişəli ailə kimi nəzarətə götürülməsini gücləndirməsi və qabaqlayıcı tədbirlərin görülməsindən ötrü qəbul edilmiş qərarın icra olunması üçün şöbənin aidiyyatı əməkdaşlarına həvalə edilməsi tapşırılmışdır. Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 758 saylı rəyinə əsasən X3 bədən səthində xəsarətlər- sağ yanaq nahiyəsinin şişkinliyi və qançırı, hər iki bazunun və qarının qançırları küt əşyanın təsirindən törənmişdir. Qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü ildə əmələ gələn xəsarətlər ola bilərdilər, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi müəyyən edilmir. 14 avqust 2024-cü il tarixdə tərtib edilmiş MN1883821 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-ci il tarixdə ünvan 3 ünvanında yerləşən gözəllik salonunda X5 fiziki zor tətbiq edərək sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək döymüşdür. “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024 cü il saat 12:45 də inzibati qaydada tutulmuşdur. X1 polis bölməsində verdiyi izahatında bildirmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birgə yaşayır Şəxs onun həyat yoldaşıdır.Son 5-6 aydır ki,aralarındakı münasibətlər pozulduğundan onunla yaşamır və Yasamal Rayon Məhkəməsinə boşanmaq üçün müraciət etmişdir. Buna baxmayaraq, Şəxs hələ də onu narahat edir. Belə ki,Elman hər dəfə onun işlədiyi Yasamal rayonu, Mehdiyev ünvanında yerləşən gözəllik salonunda onu döyür, əlində istifadə etidiyi mobil telofonu alır. Bu barədə polislərə yazılı müraciət etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il saat 14:30 radələrində iş yerinə gələrək onunla barışmaq istədiyini bildirib. Onunla üz-üzə söhbət etməyini tələb etmişdir. X6 buna etiraz etdikdə və onun iş yerindən uzaqlaşmasını tələb etdikdə Şəxs onunla mübahisə edərək sonuncunun qollarına və qarnına yumruqla zərəbələr vurmuş, əlindəki İphone telefonu alaraq ordan uzaqlaşmışdır. Telefonu tələb etsə də Şəxs telefonu onun aldığını və geri verməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs bildirir ki telefonu Şəxs ilə birgə yaşadığı dövürdə öz pulu ilə almışdır. Bədən xəsarətlərinin olduğu üçün tibbi ekspertizadan keçmək istəyir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs polis bölməsində verdiyi izahatında bildirir ki, ünvan 3 ünvanında yaşayır. X6 onun həyat yoldaşıdır.Son 5-6 aydır ki,aralarındakı münasibətlər pozulmuş söz söhbətlər yaranmışdır. xx.xx.2024-cü il saat 14:30 radələrində iş yeri Yasamal rayonu, Mehdiyev ünvanında yerləşən gözəllik salonuna gələrək antena aparatını geri verməsini istəmiş zərərçəkmiş bundan imtina etdikdə aralarında mübahisə yarandı. Baş vermiş mübahisə zamanı Reyhan əlləri ilə onun bədənimin müxtəlif yerlərinə vurmağa başladı. Nəticədə o bədən xəsarətləri almış və Reyhan İsgəndərovun bu hərəkətləri ona ağrı verdiyi üçün polisə şikayət etmək qərarına gəlmişdir. Şəxs bildirmişdir ki, zərərçəkmiş ona vurduğu üçün o da onu vurmuşdur. xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində 300 manat məbləğində inzibati cərimə tənbehi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157 maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X3 döyülməsi və bununla da, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 758 saylı rəyinə və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsi vurmadığını və münaqişə zamanı itələdiyini göstərsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs tərəfindən inzibati xətanın inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı (xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar) inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi (AR İXM-33.1.2) qiymətləndirilir. Məhkəmə AR İXM-nin 157-ci maddəsinə münasibətdə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli inzibati qaydada tutulduğu 14 avqust 2024-cü il tarixdən, saat 12:45-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 14 avqust 2024-cü il tarixdən, saat 12:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-4098/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4098/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver