Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-41/2024 11.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X22 oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X1 X2 vəkili X13 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinin 27 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X14 tərtib etdiyi 27 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərara əsasən X25 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1000 min manat inzibati cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, “vətəndaş X6 işlədiyi peşə üzrə ştat vahidi qanunvericiliklə nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilmədən azaldılmış və nəticədə əmək haqqı düzgün hesablanıb edənilməmişdir. X8 tərəfindən Azərbaycan Respublikası nzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, məktəbdə dərslərə sərf olunan saatlar və dərs yükü azaldığından Naibə Məhərrəmovanın işlədiyi xadimə peşəsi üzrə ştat vahidi BŞTİ tərəfindən azaldılmışdır. Həmin ştat vahidinə uyğun olaraq əmək haqqının hesablanmasını isə BŞTİnin 3 saylı Xidmət Əməliyyat Mərkəzi həyata keçirmişdir. Sözügedən prosesdə onun heç bir iştirakı olmamışdır. Göründüyü kimi, mənim əməlimdə İXM-nin 192.4-cü maddəsində nəzərdə rutulmuş inzibati xətanın tərkibi yoxdur. Məhkəmə iclasında iştirak edən X2 vəkili X17 şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X4 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İzahatına əlavə olaraq bildirmişdir ki, X6 işlədiyi peşə üzrə ştat vahidi qanunvericiliklə nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilmədən azaldılmış və nəticədə əmək haqqı düzgün hesablanmamışdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarından görünür ki, X25 tərəfindən vətəndaş X6 işlədiyi peşə üzrə ştat vahidi qanunvericiliklə nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilmədən azaldılmış və nəticədə əmək haqqı düzgün hesablanmamışdır. X8 AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan əməli törətmiş və 1000 manat məbləğində cərimə olunmuşdur. Bakı şəhəri 201 nömrəli tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli, 682 nömrəli stavkada dəyişiklik edilməsi barədə əmrdən çıxarışına əsasən xx.xx.2023-cü il tarixindən məktəbin kiçik texniki işçisi X6 əmək haqqısının 0,5 st hesabı ilə hesablanması əmr edilmişdir. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktor müavini X9 həmin məktəbin direktoru X18 ünvanladığı kiçik texniki işçi X12 haqqında xx.xx.2023-cü il tarixli xidməti məlumatında qeyd edilmişdir ki, məktəbin kiçik texniki işçisi X12 işlədiyi müddət ərzində cavabdeh olduğu ərazini lazım olan səviyyədə təmizləmədiyi üçün onun ərazisi digər texniki işçi ilə dəyişdirilmişdir. Bu rəhbərliyin kiçik texniki işçi Naibə Məhərrəmovaya verilən sonuncu şifahi xəbardalığı idi. Bu dəyişikliyə baxmayaraq Naibə Məhərrəmova işində dönüş yaratmamış, öhdəsində olan ərazini də təmiz saxlamamış, kitabxananı belə təmizləməkdən imtina etmişdir. Kitabxana müdiri Nabat Nəcəfova dəfələrlə Naibə Məhərrəmova haqqında ona şifahi məlumat vermişdir ki, Naibə Məhərrəmova kitabxananı təmizləmir. Yekun olararaq məktəbin kiçik texniki işçisi X7 işində yol verdiyi ciddi nöqsanlara görə ona töhmət verilməsini məqsədəuyğun hesab etdiyini bildirmiş və məktəbdə sinif sayı azaldığı üçün qanunvericinin tələblərinə görə azalan 0,5 ştat vahidinin Naibə Məhərrəmovaya şamil olunmasını, işinin 0,5 stavkaya endirilməsini xahiş etmişdir. Azərbaycan Təhsil İşçiləri X21 201 nömrəli tam məktəb komitəsininin kiçik texniki işçi X10 töhmət verilməsi haqqında rəyinə əsasən 201 nömrəli məktəbin texniki işçisi X3 texniki işçi kimi öz vəzifəsini düzgün icra etmədiyinə, əmək funksiyalarının yerinə yetirilməsində ciddi nöqsanlara yol verdiyinə görə məktəbdə sinif sayının azalması səbəbindən ixtisar olunan 0,5 stavkanın Naibə Məhərrəmovadan götürülməsi məqsədəuyğun hesab edilmişdir. Bakı şəhəri 201 nömrəli tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli, 690 nömrəli əmrdən çıxarışa əsasən məktəbin kiçik xidmətedici vəzifəsində çalışan X10 AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, X6 işlədiyi peşə üzrə ştat vahidi qanunvericiliklə nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilmədən azaldılmış və nəticədə əmək haqqı düzgün hesablanmamışdır. Belə ki, X5 öz şikayətində məktəbdə dərslərə sərf olunan saatlar və dərs yükü azaldığından Naibə Məhərrəmovanın işlədiyi xadimə peşəsi üzrə ştat vahidinin BŞTİ tərəfindən azaldıldıldığını və həmin ştat vahidinə uyğun olaraq əmək haqqının hesablanmasının BŞTİ-nin 3 saylı Xidmət Əməliyyat Mərkəzi tərəfindən həyata keçirildiyini qeyd etsə də bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan Bakı şəhəri 201 nömrəli tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli, 682 nömrəli stavkada dəyişiklik edilməsi barədə əmrdən çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixindən məktəbin kiçik texniki işçisi X6 əmək haqqısının 0,5 st hesabı ilə hesablanması əmr edilmişdir. Habelə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktor müavini X9 həmin məktəbin direktoru X18 ünvanladığı kiçik texniki işçi X12 haqqında xx.xx.2023-cü il tarixli xidməti məlumatından görünür ki, məktəbin kiçik texniki işçisi X7 işində yol verdiyi ciddi nöqsanlara görə ona töhmət verilməsini məqsədəuyğun hesab etdiyini bildirmiş və məktəbdə sinif sayı azaldığı üçün qanunvericinin tələblərinə görə azalan 0,5 ştat vahidinin Naibə Məhərrəmovaya şamil olunmasını, işinin 0,5 stavkaya endirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinin 27 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X15 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-41/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-41/2024
11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver